"Bakı Metropoliteni” 207 minə mismar alır – İki tanınmamış şirkətlə tender müqaviləsi
19-02-2021, 14:18
135

"Bakı Metropoliteni” 207 minə mismar alır – İki tanınmamış şirkətlə tender müqaviləsi

Bakı Metropoliteni” QSC ümumi maliyyə həcmi 407 421 AZN təşkil edən iki müqavilə imzalayıb. Reportyor.info xəbər verir ki, müqavilələr “Meteor Supply and Services” MMC və “Polimart” MMC ilə bağlanıb. “Meteor Supply and Services” şirkəti 206 954.3 AZN müqabilində QSC-ni mismarla, “Polimart” MMC isə 200 467.47 AZN-ə müxtəlif növ plastik bağlantıları və santexnika malları ilə təmin etməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “Meteor Supply and Services” MMC 29 mart 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı qeyri-müəyyəndir. Daha doğrusu, reyestr məlumatlarında MMC-nin Bakı şəhəri Yasamal rayonu, Vidadi küçəsi ev 3 ünvanı göstərilib. Lakin mənzilin nömrəsi qeyd edilməyib. Şirkətin qanuni təmsilçisi isə Babayev Mehman Fuad oğludur.

Şirkət iki ildir fəaliyyət göstərməsinə baxmyaraq açıq mənbələrində barəsində hər hansı məlumat yoxdur. MMC-nin qanuni təmsilçisi Mehman Babayevin da fəaliyyəti sanki gizli saxlanılır.
“Polimart” MMC-yə gəlincə, bu şirkət 7 avqust 2015-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 100 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 1, ev 10a-da yerləşən şirkətin qanuni təmsilçisi Musayev Fərhad Aslan oğludur.

Bu şirkət və sahibi haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur.

Oxşar xəbərlər

BNA-nın “çoxprofilli” şirkəti – Daha bir şübhəli tenderin izi ilə
Nazirlik 48 min manata bayraq aldı
BNA 2.8 milyonluq “zapçast” alır
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
Nazirlik 154 minə iki maşın alacaq - Tender
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
İsmayıllı icra başçısından “parlaq” tender – Faktlar
İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...
Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi” - Yasamalda 1 milyonluq şübhəli tenderlər
BNA rəhbərinin 3 milyonluq şübhəli tenderi: Dövlətin pulu dəniz...
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi - 1.9 milyon manat…
Azərbaycanda İpəkqurdu toxumu zavodu tikilir – Nazirlik 30 minlik müqavilə imzalayıb
Yeni yaradılan şirkət ləğv olunur
"Bakı Metropoliteni”nin dövlətə vergi borcu - 9 milyonu keçdi
Fond rəhbəri 19 milyonluq müqavilə bağladı – Bakıda məcburi köçkünlərə bina tikilir
Sahil Babayevin “Avalon”u – Yaxud dövlət qurumunun iri məbləğli şübhəli tenderləri
Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə
Mehdiyev AMEA-da da oturub yeyir... - İLGİNC FAKT
İcra Hakimiyyətlərinin sevimli Abıyevi: Bir manatlıq “böyük” şirkət...
Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür... - ŞÜBHƏ!
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
İsgəndər Xəlilovun oğlu Azərbaycanda yeni şirkət yaratdı
Dövlət Məşğulluq Agentliyinin işbirliyi qurduğu MMC-lər kimlərə məxsusdur? - İLGİNC FAKTLAR
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)
Bakı Nəqliyyat Agentliyinin tender talanları: - Büdcə pulları kimlərin cibinə axır?