Nazirlikdən xaricdən qarayaxma aparan həmvətənlərimizə ETİRAZ: “Onlar öz etik səviyyələrinə görə...”
13-05-2020, 22:00
173

Nazirlikdən xaricdən qarayaxma aparan həmvətənlərimizə ETİRAZ: “Onlar öz etik səviyyələrinə görə...”

Xarici ölkələrdə yaşayan və ölkəmizlə bağlı virtual məkanda qarayaxma, böhtan kampaniyası aparmağı həyat tərzinə çevirmiş bir neçə şəxs bu dəfə də birdəfəlik ödəmə proqramına ləkə yaxmaq üçün öz səhifələrində əsassız status paylaşıblar.
Bu barədə Cebhe.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı bildirib.
O, deyib ki, bu şəxslərdən biri Mirzəli Xəzər Kamil oğlunun adının birdəfəlik ödəmə alanların siyahısında olmasına baxmayaraq, ona ödəmə təyin olunması barədə sms gəlmədiyini və vəsaiti almadığını aşağı, öz etik səviyyəsinə uyğun tərzdə ifadə edir:
“Halbuki yalançı məlumatı paylaşan şəxsin bacısı oğlu dediyi Mirzəli Xəzər Kamil oğlu 13 aprel saat 15.37-də onlayn müraciət edib. Müraciət edərkən anası – Mirzəliyeva Gülnarın adına olan telefon nömrəsini (055 321 41 ..) qeyd etdiyindən birdəfəlik ödəmə təyin olunarkən də həmin nömrəyə bu barədə sms göndərilib. Adıçəkilən şəxs 26 aprel tarixində Göycay Mərkəzi Poçtdan şəxsiyyət vəsiqəsini təqdim edərək vəsaiti götürüb. Ona birdəfəlik ödəmə təyin olunmasından təəccüblənən Emil Amiraslanov adlı birisi isə əslində 2017-ci ilin aprel ayında Binəqədi rayon Məşğulluq Mərkəzinə müraciət edərək işaxtaran, daha sonra işsiz kimi qeydiyyata alınıb. Birdəfəlik ödəmə təyin olunarkən isə aprelin 1-dək işsiz kimi qeydiyyata alınmış şəxslərə onlar müraciət etmədən ödəmə təyinatı aparılıb. Elə Elvin Quliyev də “həmkarı” Emil Amiraslanov kimi, ona 190 manat ödəmə yazılmasından yersizcəsinə təəccüblənir, halbuki həmin şəxs də 2015-ci ildə Sumqayt şəhər Məşğulluq Mərkəzinə müraciət edərək işaxtaran, daha sonra işsiz kimi qeydiyyata alınıb. 2016-cı il 1 fevral tarixindən 6 ay müddətinə 460 manat işsizlik müavinəti alıb. Aydın görünür ki, bu şəxslərin əsassız fikirləri yalan və böhtan üçün bəhanə axtarmaqdan başqa bir şey deyil”, - deyə qurum rəsmisi əlavə edib.

Oxşar xəbərlər

Nazirlikdən sosial şəbəkədə yayılan foto ilə bağlı açıqlama
41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi - SƏBƏB
Nazirlik daha 35 min işsiz üçün birdəfəlik vəsaiti köçürdü
İki və daha çox avtomobili olan 19 200 şəxsə də birdəfəlik ödəmə verilməsindən imtina edildi
13 min şəxsin birdəfəlik ödəməsi ləğv edilib - Rəsmi
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Bu gündən 190 manatın verilməsinə BAŞLANILDI
190 manatı alacaq şəxslərin siyahısı banklara göndərildi
190 manatlıq ödəmə maydan sonra da veriləcək? - Nazir müavini açıqladı
May ayında koronavirusa görə birdəfəlik ödəmə bu yolla veriləcək - Nazir müavinindən AÇIQLAMA
Avqustun 190 manatı nə vaxt veriləcək? - AÇIQLAMA
Sahil Babayevdən pandemiya dövründə iş yerləri ilə bağlı AÇIQLAMA
Əhaliyə ŞAD XƏBƏR: yeni doğulan uşaqlara görə müavinətlər...
190 manatın verilməsi başa çatdırıldı
Nazirlik əlillə bağlı iddialara aydınlıq gətirdi - “Pensiya alacaq”
Hökumətin antiböhran proqramı və ya sosial dövlətin Azərbaycan modeli -
Azərbaycanda turistlərlə bağlı yenilik olacaq
Şəhidin "qan pulu"na görə 8 qardaş və bacı üz-üzə gəldi: hamısı öz payını istəyir
İlqar Məmmədova da 190 manat verilib? - AÇIQLAMA
Ünvanlı sosial yardımın alınması qaydası dəyişir
Əli Həsənov mediadan birdəfəlik gedir
Sahil Babayev: "190 manat yaxın günlərdə veriləcək" - Video
Neftçalada çətin durum hökm sürür - Sosial yardımın əlçatanlığı necə təmin edilir?
VÖEN-i olduğu üçün 190 manat ala bilməyən nə etsin? - Qaydanı burdan oxuyun...
Pandemiya xəstəxanalarında tibb işçiləri eyni geyimdə neçə saat qala bilər?
190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verilib
Bakıda ana uşağı yedirtmək üçün pəncərədə oturtdu, yıxılıb öldü
Kamillə Gülayın gizli boşandığı üzə çıxdı - Foto
Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?
Pensiyaların artırılacağı ilə bağlı rəsmi açıqlama