Cənab İnam Kərimov bunu bilirmi? - Bütün örüş yerləri pambıq sahələrinə çevrilib...
20-02-2021, 14:02
69

Cənab İnam Kərimov bunu bilirmi? - Bütün örüş yerləri pambıq sahələrinə çevrilib...

Koronavirus pandemiyası ətin qiymətinə də təsir edib. 2020-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə əsasən, mal əti satışı ƏDV-dən azad edilib. Bildiyimiz kimi, təxminən bir ilə yaxındır ki, Azərbaycanda toy və yas mərasimləri də keçirilmir. Uzun müddət də restoranlar işləmədi. Amma bütün bunlara baxmayaraq ətin qiymətində ucuzlaşma müşahidə olunmadı. Bunun səbəbi nədir?

Mövzu ilə bağlı suallarımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, ətin qiymətinin ucuzlaşmasına və yaxud da dəyişməsinə əsas yaradan səbəb bolluqdur.

Yəni ilk növbədə ət məhsullarının bolluğu olmalıdır ki, müəyyən dərəcədə qiymətlərdə ucuzlaşma olsun. Ekspert ətin qiymətinin ucuzlaşmamasının əsas səbəbi kimi örüş sahələrinin pambıqçılıq və başqa əkin sahələrinə çevrilməsində görür:

"Azərbaycanda bir neçə il bundan öncə pambıqçılıqla bağlı qərarlar verildi. Qərarlar verilərkən, çox təəssüf ki, bəzi rayonlarda, əsasən də rayon icra hakimiyyətləri elmi araşdırmalar aparmadılar. Sadəcə pambıqçılıq siyasəti var deyə, o cümlədən mərkəzi hökumətə xoş gəlmək üçün bəzi örüş sahələrini pambıqçılığa çevirdilər. Bu da nəticədə yem bazasının zəifləməsinə səbəb oldu".

Ekspert vurğulayıb ki, pambıqçılığın artması yemlərin qiymətinin bahalaşmasına da səbəb oldu:

"Təqribən 2015-2017-ci illərdə biz bu tendensiyanı gördük. Bu elə bir tendensiyadır ki, bir müddət sonra daha çox özünü büruzə verir. Artıq elə bir şəraitə gəlib çatdıq ki, iribuynuzlu və xırdabuynuzlu mal-qarada müəyyən dərəcədə say etibarı ilə azalmalar müşahidə olunur. Nəticə etibarı ilə də ət idxalı artıb".

N.Cəfərli əlavə edib ki, üç ildir ki, ölkəyə gətirilən ətin həcmi də artıb:

"Bunun nəticəsi olaraq, təklifin bol olmaması və artmaması sonda qiymətlərin iqtisadi qanunlarla tənzimlənməsində problemlər yaşadır. Yəni bolluq və daha çox məhsul istehsal olmadığına görə qiymətlər də uzun müddətdir ki, yuxarı səviyyələrdə qalır".

Oxşar xəbərlər

Oktyabrda Azərbaycanda ətin qiyməti bahalaşacaq - AÇIQLAMA
Ət ucuzlaşdı
Növbəti bahalaşma!Çörək bu qiymətə olacaq – SON DƏQİQƏ AÇIQLAMASI
Dizel mühərrikli avtomobillərin qiyməti ucuzlaşdı
Ərzaq və kənd təsərrüfatı məhsulları bahalaşacaq - Gözlənti
Bakıda 65 milyona torpaq sahəsi satılır
Dekabrın 24-dən sonra Azərbaycanda ən yüksək yoluxma
Bərdədən Bakıya yararsız ət gətirmək istədi
Füzulidə fermerlərin suyu kəsilib – ƏKİN SAHƏLƏRİ YANIR
“SOCAR yenidən qurulmalıdır” - Ekspertdən xəbərdarlıq...
Bu xidmətlərin də qiyməti bahalaşacaq - Açıqlama
Azərbaycanda dolların QARA BAZARI... - Necə yaranır, kimlər maraqlıdır...
“Baku Bus” niyə ziyanla işləyirdi? - şirkətin BNA-dan alınma səbəbi
İş adamı “McDonald's“la bağlı dəhşətli faktlar AÇIQLADI
Neftin qiyməti nədən ucuzlaşır? - TƏHLİL
Maşın bazarında nə olacaq?  - “Çıxış yolu qalmır”
100 min hektar torpaq sahəsi su ilə təmin olunacaq - Prezidentdən tapşırıq
Bu maşınların gömrük rüsumu sıfırlansın! – “Üç qat artıq pul alınır”
“Azərsun” ölkədə süni bahalaşma dalğası yaradıb – Ekspert/Foto
Azərbaycanda bu məhsulların qiyməti bahalaşdı
Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”... - Azərbaycana milyardlarla dollar lazımdır
Ucarda otlaq sahələrini kimlər zəbt edib? - GİLEY
“Azəriqaz” yaxasını kənara çəkir - Öz başınıza çarə qılın
Azərbaycanda bahalaşmanı kim yaradır? – Gömrük Komitəsi buraxılmalıdır...
Eyni adda dərmanlar müxtəlif qiymətə satılır – Səbəb nədir?
Dövlət Gömrük Komitəsinə maraqlı sual: " Atam, soyğunçuluq nə vaxtdan ekoloji aksiya sayılır ki?"
SON DƏQİQƏ! Azərbaycanda çörəyin QİYMƏTİ BAHALAŞDI-FOTOFAKT
Bakıda saxta pul əməliyyatları ilə bağlı ilginc iddialar
“35 min manatlıq bayraq vətənpərvərlik deyil, vətəndaşa hörmətsizlikdir..."
Bakının ev bazarı nə zaman dirçələcək? - Ekspert zaman verdi