“Space” telekanalı hind filmlərinin yayımını dayandırır? - AÇIQLAMA
22-02-2021, 13:09
123

“Space” telekanalı hind filmlərinin yayımını dayandırır? - AÇIQLAMA

“Space” TV-də müvəqqəti rəhbər olaraq vəzifəsinin icrasına başlayan Kamil Şahverdiyev telekanalda hansı dəyişikliklər edəcək?
“Space” TV-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Elgün Modern.az-a açıqlamasında deyib ki, hələ ki ciddi dəyişikliklər barədə məlumat yoxdur.
Onun sözlərinə görə, Vaqif  Mustafayevin vaxtından yayımlanan “Bu zalım dünyada doğulma” (Amaci) hind serialı dayandırılıb:
“Kanalın rəhbəri vəzifəsinə Kamil müəllimin təyinatından sonra “Bu zalım dünyada doğulma” serialının yayımı dayandırılıb. Bunun səbəbi isə serialın insanların zövqünə uyğun olmamasıdır”.
E.Elgün qeyd edib ki, hələ ki yeni qərarlar nəzərdə tutulmur:
“Digər hind filmlərinin yayımlanmasında heç bir problem gözlənilmir. Sadəcə, tez-tez verilməsinin mənası yoxdur. Əgər yeni hind filmləri çəkilərsə, yayımlanacaq.
Hələ ki qərar “Amaci” serialı ilə bağlıdır, əlavə dəyişikliklər olarsa, rəsmi açıqlama veriləcək”.
Qeyd edək ki, 2006-cı ildən “Space” TV-yə rəhbərlik edən Vaqif Mustafayev 2021-ci il fevralın 5-də tutduğu vəzifədən azad olunub.
Kamil Şahverdiyev “Space” TV-də rəhbər vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub.

Oxşar xəbərlər

Cəmiyyətin tənqid etdiyi serialın yayımı dayandırıldı
“Space“in yeni rəhbəri məşhur aparıcının verilişini bağladı
"Space" TV-yə yeni rəhbər TƏYİN EDİLDİ
Vaqif Mustafayevin "Sadə Həqiqətlər" verilişi bağlandı
““Space” Azərbaycan xalqı üçün böyük bir ləkədir“ - Kamran Həsənli
"Space" TV-nin yeni rəhbəri məlum oldu
Space TV-nin yeni rəhbəri kim olacaq? - İDDİA
Tahir İmanov “Space” TV-yə rəhbər gətirilir? - AÇIQLAMA
Vaqif Mustafayevin Tahir İmanova 70 min borcu qalıb
Vado Korovin “Space“ TV-yə rəhbər təyin edilib? - ATV-dən gedib və...
“Borc var, özü də külli miqdardadır” – Tahir İmanovdan açıqlama
“Space” TV-nin prezidenti istefa VERDİ
Rusiya, İran və Çin birgə hərbi təlim keçirəcək
Məşhur hind aktyoru Rişi Kapur vəfat edib
“Vaqif Mustafayev istefa verməyib, mən onu işdən azad etmişəm” – Sevil Əliyeva
190 manat birdəfəlik yardım nə vaxt və neçə ay veriləcək? - RƏSMİ AÇIQLAMA
“Şampiyon” serialı yenidən çəkilişlərə başlayıb
Tanınmış jurnalist İTV-də işə başladı
Məktəblər sentyabrda açıla bilər - Bu qaydada - Video
Mətanət “Space”ə keçdi, ilk verilişində yıxıldı - VİDEO
Azərbaycan Ağsaqqallar Şurasının yeni sədri kim olacaq? - AÇIQLAMA
Speys TV-yə "kino çəkilişi adıyla toy" şoku - Açıqlama
MTRŞ AZTV ilə bağlı məhkəməyə müraciət etdi
Kamil Zeynallıdan həbsi barədə AÇIQLAMA
“Atam haqda çəkilmiş filmi məmurlar “brak” etdilər” - Sevil Əliyeva
Vaqif Mustafayevin Heydər Əliyev haqda filmini kim qadağan edib?
İbrahim Tatlısəsin verilişi məşhur serialların “belini qırdı“
ATV-nin yayımı bir saatlıq dayandırıldı
Doğum xərclərini ödəyə bilmədilər - Körpələrini xəstəxanaya satdılar
Təhsil Nazirliyindən dərslərlə bağlı açıqlama