İkinci qrup əlil olan Tovuz Rayon sakini Birinci Vitse-Prezident  Mehriban xanım Əliyevaya müraciət etdi-AZƏRAVTOYOL EVİMİ YARARSIZ HALA SALIB,BƏRPA ETMİR...........
23-02-2021, 07:28
93

İkinci qrup əlil olan Tovuz Rayon sakini Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət etdi-AZƏRAVTOYOL EVİMİ YARARSIZ HALA SALIB,BƏRPA ETMİR...........

''Gündəlik Bakı'' qəzeti(gundelik-baku.com saytı) müraciəti olduğu kimi təqdim edir: 

Hörmətli Mehriban xanım !  

2010-cu ildə  ailəmin  yaşayışı üçün  Tovuz rayonunun Düz Cırdaxan kəndində yeni, müasir üslubda 3 kəmərli, bir mərtəbəli kürsülü  bina tikdirdim. Binanı təcübəli ustalar inşa ediblər.


2020-ci ilin martın əvvəlində Novruz bayramını qeyd etmək üçün Tovuza getdik. Və koronavirus-pandemiya səbəbindən Bakıya qayıda bilmədik, düz 7 ay kənddə qaldıq. 

Biz kənddə olan zaman  Azəravtoyol şirkətinin çəkdiyi Gəncə - Qazax yolu  evimizin yaxınlığından keçirdi. 

Yol tikintisi zamanı ağırtonnajlı maşınların hərəkəti, tikinti qurğuları, yoldöyən katoklar  evimizə ciddi ziyan vurublar. 


Yol  tikintisi zamanı evimin hasarı uçub, evimin divarlarında çat əmələ gəlib,  döşəmələr aralanıb, evin dam örtüyündə çatlar yaranıb, evin içində qorxa-qorxa gəzirik. Evimin qarşısında əkdiyim ağaclar və 100 illik tarixə malik qədim ''Şərq Çinar'' ağaclarını kəsib, yaşıllıqları məhv ediblər. 
Bütün bunlar  Azəravtoyolun işçilərinin çəkdiyi şəkillərdə öz təsdiqini tapır, yəni evimdə problemlər yol çəkilən zaman baş verib. 


Bizim FHN-ə müraciətimizə  cavab olaraq qurumun əməkdaşları gələrək hasarın uçmasının və evdə çatların əmələ gəlməsinin tikinti zamanı baş verməsini təsdiq edən Akt  tərtib etdilər. 
FHN-nin tərtib etdiyi Aktla Azəravtoyol şirkətinin tərtib etdiyi ölçülər  üst-üstə düşmür. Azəravtoyolun yazdığı məktubda ölçülər şişirdilmiş formadadır. 


Azəravtoyolun  cavabında qeyd olunur ki, baş verənlər, hasarın uçması guya təbii fəlakət nəticəsində, ya da hörgünün sementinin və qumunun keyfiyyətli olmaması səbəbindən olub. Bizi gülünc vəziyyətə salıblar. Tovuz rayonunda bu müddətdə hansı təbii hadisə olub ki, bunu Azəravtoyoldan başqa kimsə bilməyib.


Hazırda biz tərəfdə olan yol tikintisi bitməyib və vəziyyət necə olacaq bilmirik.   
Bütün bunları  “Azəravtoyol”un  podratçısı olan “Polad Yol Yapı Sənayə və Ticaret A.Ş”  şirkəti edib. ( Şirkətin Azərbaycan filialının müdiri
Zəfər Özkök ). 


Cənab Birinci Vitse-Prezident ! 


Mənim Sizə 1-ci müraciətimi Azəravtoyola göndərərək, lazımı göstərişlər vermişdiniz. Ancaq Azəravtoyol məsələyə özlərinə sərf edən qaydada yanaşdılar.


Hörmətli Mehriban xanım !
 


Özüm II qrup əliləm, işləmirəm. Həyat yoldaşım da işsizdir. Evi yenidən bərpa etmək imkanımız yoxdur.Bizim tək ümid yerimiz sizsiniz.


Azəravtoyol şirkətinin əvvəl tərtib etdiyi aktı, evin əvvəlki şəkilini, FHN-nin tərtib etdiyi aktı, kənd bələdiyyəsinin aktını Sizə təqdim edirəm. 


Sizə  ikinci dəfə müraciətimdə  bir daha  xahiş edirəm ki, məsələni şəxsi nəzarətinizə götürəsiniz. Və şirkətin mənə vurduğu ziyan dəqiq hesablansın və uyğun kompensasiya ödənilsin.

Əlaqə nömrəsi:0505110090

Oxşar xəbərlər

Mehriban Əliyevanın çəkdiyi görüntülər gündəm oldu - Video
Rafiq Hüseynovun həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür edib
"Qəlpədən zərər görmüş evlər siyahıdan kənarda qalıb..." - GİLEY
Tovuzda iki körpə uşaqlı ailə dörd aydır susuz qalıb
“Bir mayor və iki erməni əsgərini öldürmüşəm” Qazimizdən ölkə başçısına müraciət + VİDEO
“Binalar yararsız vəziyyətdədir, su sızır” - GİLEY
“2000 manat ver, evini 2 günə təmir edək” – Füzulidə məcburi köçkündən “Qaçqınkom”a rüşvət ittihamı
Prezident mükafatına layiq görülən sənətkarlar: “Sevincimizin həddi-hüdudu yoxdur”
Putin Mehriban Əliyevanı təbrik etdi
Qazi ailəsi Göyçayın başçısından ŞİKAYƏT ETDİ - Prezidentə müraciət olundu
Baş redaktor Mehriban xanım Əliyevaya kövrək məktub yazdı-Tanınmış jurnalistin müraciəti hamını kövrəltdi!
Prezident İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər - Yenilənib
Prezident və xanımı yeni xəstəxananın açılışında
Prezident və birinci xanım Fəxri xiyabanda və Şəhidlər xiyabanında
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar
Ev ala bilməyən məcburi köçkün ailəsi çadır qurmaq üçün yer istəyir – MÜRACİƏT
“Sovetski” sakinləri aksiya keçirdi: “Bəsdirin pulumuzu oğurladız” - Video
Zurabişvili Mehriban Əliyevanı təbrik etdi
II qrup əlil, Qarabağ müharibəsi iştirakçısından Əli Həsənovun ailəsindən və qohumundan Prezidentə müraciət --FOTO
Mehriban Əliyeva Yuxarı Gövhər Ağa məscidinə “Qurani-Kərim” aparıb
Prezident və xanımı 216 nömrəli məktəbin açılışında
"Günlərlə quru çörəyi belə tapmırıq" - GİLEY
Gəncədə evinə raket düşən daha bir vətəndaş sığorta şirkəti ilə ÜZ-ÜZƏ QALIB... - GİLEY
Prezident və xanımını toya dəvət etdilər
Prezident və xanımı Pirsaat Baba ziyarətgahında-FOTO
Prezident və birinci xanım İçəri Şəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olublar - Yenilənib, Fotolar
Rəmişdən xəbər var: Xalq artistini həkimlər bütün günü müalicə edirlər
"Onlar tikinti normalarını pozaraq işlərini davam etdirdilər..." - GİLEY
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər
"Onlar tikinti normalarını pozaraq işlərini davam etdirdilər..." - GİLEY