Türkanda məmurlar sakinlərə "qan uddurur"... - GİLEY
23-02-2021, 10:24
40

Türkanda məmurlar sakinlərə "qan uddurur"... - GİLEY

Bakının Türkan qəsəbəsinin icra nümayəndəsi Rahil Babayevin həbsindən sonra vəziyyət bir qədər də qəlizləşib. Rahil Babayevin fəaliyyətinə bələd olanlar deyir ki, onun nümayəndə olduğu dövrdə Türkanın torpaqları zəbt olunub, qarış-qarış satılıb. Rahil Babayev torpaqları zəbt etdirib qanunsuz satsa da, tikintiyə görə rüşvət yığmağa o qədər də həvəs göstərməyib. Bu barədə istiqlal.az-a qəsəbədki mənbələrdən məlumat daxil olub.

Mənbənin sözlərinə görə, Rahil Babayev 2 ahıl qadının torpaq sahələrnin zəbtinə görə qandallanıb Bakı İstintaq Təcridxanasına göndəriləndən sonra Türkanda nəhayət ki, torpaqlarla bağlı qanunsuzluqlara son qoyulacağına ümid yaranıb.

Sakinlər deyir ki, Vüqar Balayev 2 ay əvvəl icra nümayəındəsi vəzifəsinə gətirilsə də, artıq həbsdə olan Rahil Babayevə rəhmət oxudur. Türkan sakinləri deyirlər ki, bu gün kənddə yeni və daha ağır qaydalar otuşdurulmaqdadır. Vüqar Balayev icra nümayəndəsi gətirilməklə yanaşı onun qaynı Böyük Ağa Xaləddin oğlu Yarıyev də Türkan bələdiyyəsinə sədr vəzifəsinə təyin olunub. Bu gün Türkan yeznə-qayının yeni və daha ağır şərtlərinə sinə açmaq məcburiyyəti ilə üz-üzə qalıb. Türkanlılar bu təyinatları icra başçısı Elşən Salahovla nümayəndənin qaynatası, sədrin atası Xaləddin Yarıyevin dostluğundan qaynaqlandığını deyirlər.

Yayılan məlumatlara görə, Rahil Babayevin etmədiyi özbaşınalıqları da yeznə-qayın birləşib edirlər. Kəndin ərazisində illər əvvəl aparılmış tikintiləri qanunsuz elan edib dağıtmaqla sakinlər arasında çox böyük narazılıq yaradıblar. Qanunsuz elan edilən və sökülməyən tikililər də var. Bunun üçün belə tikililərin sahibləri ağsaqqalla, yəni Xaləddin Yarıyevlə görüşməli, onun razılığını almalıdır. Türkanda yeznə-qayın və onlara başçılıq edən ağsaqqal peyda olub. İndi kənddə köhnə əyyamları arzulayanlar az deyil. Ən azı Rahil Babayevin qaynı bələdiyyə sədri deyildi, özü də Yarıyev kimi ağsaqqallıq iddiasından çox uzaq idi. İndi isə dəngələr dəyişib. Bu dəyişiklər kənddə çox ciddi problemlərin başlanğıcı kimi dəyərləndirənlər də az deyil. Bunun ilkin əlaməti kimi kənd sakini Samir Quliyevin Nəzakət Quliyevaya məxsus daş karxanasına silahlı basqını, Qərib Nadirovun hasarının heç bir məhkəmə qərarı olmadan yeznə-qayın tərəfindən yerlə bir edilməsi, sonuncunun qanunsuzluğa etiraz əlaməti olaraq öz maşınını kəndin mərkəzində odlayaraq yandırmasını misal göstərmək olar. Türkan sürətlə kriminal qaydalarla idarə olunan kənd statusunu qazanmaq üzrədir.

Oxşar xəbərlər

Zeynəb Xanlarovanın bacısı oğlu HƏBS EDİLDİ
Türkandakı böyük cinayətə Zeynəb Xanlarovanın bacısı oğlunun adı qarışıb - sensasion gəlişmə
Türkanda 2 ahıl qadını kimlər necə “öldürdü” - yeni adlar
Oğlu qızını öldürən icra nümayəndəsi İŞDƏN ÇIXARILDI
Bacısını öldürən icra nümayəndəsinin oğlu polisə təslim olub
Bakıda bacısını öldürən vəzifəli şəxsin oğlu həbs edildi
Zeynəb Xanlarovanın bacısı oğlu haqda rəsmi açıqlama: “Qadınları aldadaraq...”
Xalq artistinin istintaqdan gizlənən bacısı oğlu tutuldu
Axtarışda olan qohumu Zeynəb Xanlarovanın evində gizlənir – Sensasion iddia
Zeynəb Xanlarovanın bacısı oğlu ələ keçirildi - Polisdən əməliyyat
“Qarabağ“ın koronavirusdan sağalan ulduzu sabah meydanda olacaq
Siraqəddin Cabbarov Qazi ailəsi ilə maraqlanmır - Elvin Babayev maaşını da ala bilməyib
Xəzəri zəbt edən milyonçuların hasarları sökülür
Türkanda 2 ahıl qadını "öldürüb" torpaqlarını ələ keçirdilər - dəhşətli cinayətin izi ilə...
Nazir müavininə ağır itki üz verib
Bakıda qanunsuz tikili və hasarlar sökülür - FOTOLAR
Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
Bu da Oqtay Əsədovun itləri - Sabiq spiker Türkanda tulaları üçün də çimərlik tikib
Sağ olan ahıl qadınlar barədə ölüm kağızı verilməsi ilə bağlı rəsmi açıqlama
Nizami İH araşdırılır: müavinlər nələrə şərik olub?
Keçmiş başçı ilə bağlı ilginc iddialar... - müavinlər nələrə şərik olub?
“Olympys Park” MMC sakinlərə qarşı... - GİLEY
EMIN ƏMRULLAYEVIN MƏKTƏB DIREKTORU “MAKLERLIK EDIR”- ŞOK FAKTLAR
“İcra hakimiyyəti bizi qarşı-qarşıya qoyub” - QALMAQAL
Gənc icra başçısı üçün də sakinlər önəmli deyil... - GİLEY
Sahil Babayevin nazirliyində şəhid ailələrinin mənzil problemi ilə kim məşğul olur? - İTTİHAM
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxarıldı
“Deyirlər, get, müalicə ol…” - GİLEY
"Azsığorta" keçmiş əməkdaşının iddialarına CAVAB VERDİ
Baş Prokurorluq: Saxta ölüm sənədi hazırlayan şəxslərə cinayət işi açılıb