"Lady Sharm”ın rəhbərini həbsdən çıxarmaq üçün qardaşı 300 minə razılaşıb
23-02-2021, 12:26
49

"Lady Sharm”ın rəhbərini həbsdən çıxarmaq üçün qardaşı 300 minə razılaşıb

2 il əvvəl “Bandotdel”in keçirdiyi əməliyyatla məşhur brendləri saxtalaşdıraraq satdığı üçün saxlanılan “Lady Sharm” mağazasının vəzifəli şəxsləri Elnur və Səməd İsmayılovla bağlı növbəti cinayət işi başlanılıb.

Həmin zaman "Lady Sharm" MMC-yə daxil olan mağazalar şəbəkəsinin direktoru Elnur İsmayılov həbs edilsə də, qardaşı Səməd polisin nəzarətinə verilməklə sərbəst buraxılmışdı.

S.İsmayılov bu sərbəstlikdən istifadə edərək qardaşını həbsdən azad etdirmək üçün 300 min manat rüşvət vermək məqsədilə vəzifəli şəxs axtarışına çıxıb. O, “Carçıoğlu Group” MMC-nin rəhbəri Azər Pirimov vasitəsilə onun işçisi Kənan Quliyevin atası Hikmət Quliyevə müraciət edib. H.Quliyev isə öz növbəsində dostu Mehdi Sadıxovla danışıb. Mehdi isə ona yalandan vəd verərək Prezident Administrasiyasında, Baş Prokurluqda vəzifəli tanışlarının olduğunu deyərək bu işi həll edə biləcəyini deyib.

Elnur İsmayılovun həbsdən azad edilməsi üçün iş 300 min manata danışılıb. Səməd əvvəlcə H. Quliyevə 50 min manat pul verib, lakin bir müddət sonra işin həll edilmədiyini gördükdə hüquq-mühafizə orqanlarına müraciət edib.

Bu dələduzluq işi üzrə Hikmət Quliyev və Mehdi Sadıxovla yanaşı Kənan Quliyev də həbs edilib. Kənan Quliyev Hikmət Quliyevin oğlu kimi bu cinayətin iştirakçısı hesab edilib. Hər üç şəxs dələduzluğa cəhddə, başqa şəxsi cinayət törətməyə təhrik etməkdə və vəzifəli şəxsə rüşvət verməkdə ittiham ediliblər. İstintaq zamanı dəymiş zərər 50 min manat Səməd İsmayılova ödənilib. Hikmət Quliyev 8 il, Mehdi Sadıxov 8 il, Kənan Quliyev isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. H. Quliyevlə M. Sadıxov özlərini təqsirli bilsələr də, Kənan Quliyev qərardan narazı qalıb.

Bu müddətdə qardaşını azadlığa çıxarmaq istəyən Səməd İsmayılovun özü “Lady Sharm” mağazalar şəbəkəsinin cinayət əməllərinə görə həbs edilib.

Kənan Quliyev isə Bakı Apelyasiya Məhkəməsinə şikayət edərək barəsində bəraət hökmü çıxarılmasını istəyir. O, heç bir sübut olmadan, yalnız şahidlərin - əsasən də Səməd İsmayılovun qərəzli və yalan ifadələri əsasında həbs edildiyini iddia edir. S. İsmayılov məhkəmədə ifadəsində deyib ki, Kənanla 2019-cu ildə “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı “Texnikabank”da (2016-cı ildə bağlanıb) tanış olublar.

O, həmçinin, bir ifadəsində 50 min manatı Kənana verdiyini, digər ifadəsində isə onun atası Hikmət Quliyevə verdiyini deyib. Digər təqsirləndirilən Mehdi Sadıxov isə 30 min manatı Səməd İsmayılovdan şəxsən özünün aldığını etiraf edib. S. İsmayılov Hikmət və Mehdi ilə “Gənclik”də görüşərkən Kənanın da orada olduğunu deyərək onun cinayətdə iştirakçı olduğunu əsaslandırıb. Lakin istintaqda məlum olub ki, həmin zaman Kənan Keşlə qəsəbəsində ofisində olub.

Kənan Quliyev apelyasiya şikayətində qeyd edib ki, bütün bu ziddiyyətlər onun məhz qisas məqsədilə yalan ifadə əsasında həbs edildiyini göstərir: “Elnur və Səmədin atası Heydərxan Səmədov mənim ailəmə deyib ki, övladları həbs edildiyi üçün qisas alır və onun oğulları həbsdə olduğu müddətdə mən də həbsdə qalacağam”.

Qeyd edək ki, "Bandotdel"in keçirdiyi əməliyyat zamanı müəyyən olunub ki, "Lady Sharm" mağazalarında satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior”, “İtterre” və digər dünyaca məşhur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib.

Qafqazinfo.az

Oxşar xəbərlər

"Kürd Elnur"un həbs müddəti uzadıldı
İcra Hakimiyyətlərinin sevimli Abıyevi: Bir manatlıq “böyük” şirkət...
AMEA-da vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
Daha bir neçə vəzifəli şəxs barədə cinayət işi açıldı - SİYAHI
İcra başçısının otağından 50 min pul oğurlandı: Yevlaxda görünməmiş olay-VİDEO
Bakıda oğlunu və gəlinini baltalayan kişi tutuldu
Həbs olunan daha bir yüksək vəzifəli məmur YAP-dan çıxarıldı
Nazirliyin vəzifəli şəxslərinin adından daha bir şok cinayət — Rüşvət necə alınıb?
Reyestr Xidmətinin vəzifəli şəxsi HƏBS EDİLDİ
Şirkət direktoru vəzifəsindən azad edildi
DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı
Sabiq icra başçısı və birinci müavininin məhkəməsi başlayır
Daha bir vəzifəli şəxs rüşvətə görə həbs olundu
“Kontakt Home”un sahibi  Elnur Allahverdiyev kimdir?-''KONTAKT HOME''dan bitməyən ŞİKAYƏTLƏR......
Deputatın qardaşı oğluna cinayət işi açıldı
Sabiq icra başçısının məhkəməsi başladı
Qəzənfər Ağayev yarım milyonu kimə həvalə edib? - Eldar Mahmudov da onu tutdurubmuş...
Gəncə DMSF-də 2-ci qrup əlili incidirlər... - GİLEY
Gəlinini, nəvələrini və qardaşı arvadını bıçaqlayan Gəncə sakini saxlanıldı
227 min rüşvət verən iş adamı məqsədinə çatdı: Şabranda bir gündə 2 tender “uddu”
Məhkəmələr Paşinyana qarşı - Baş nazirin əleyhdarları həbsdən azad edildi
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
Türkiyədə saxlanılan rus jurnalistlər sərbəst buraxıldı
Prezident “ASAN xidmət”in əməkdaşlarını təltif etdi
Rüşvət üstündə saxlanılan şöbə müdirinin məhkəməsi başlayır
Cinayətkar qrup yaratmış aparat rəhbəri həbs edildi - Foto
Fazil Məmmədov sabiq başçının oğluna vəzifə verdi
"Kontakt Home"un rəhbəri olduğu deyilən deputat DANIŞDI
Azərbaycanda direktor rüşvətə görə HƏBS EDİLDİ
Millət vəkilinin qardaşı Vaqif Əmiraslanov həbs edilə bilər