Xalq artisti Yalçın Rzazadə Lənkəran rayonu, Liman şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, mədəniyyət xadimləri, yerli sakinlər iştirak edib.
Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən 74 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
 
***
11:08
Ötən gün vəfat edən Azərbaycanın Xalq artisti Yalçın Rzazadənin dəfn ediləcəyi yer məlum olub.
Xalq artisti Lənkəran rayonu, Liman qəsəbəsində torpağa tapşırılacaq. Mərhumun cənazəsi bu gün saat 12:00-da yaşadığı mənzildən götürüləcək və Lənkərana aparılacaq.
Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən 74 yaşında dünyasını dəyişib.