Bakıda avtomobillərin hərəkəti çətinləşdi - Yol polisindən müraciət + Video
24-02-2021, 11:40
185

Bakıda avtomobillərin hərəkəti çətinləşdi - Yol polisindən müraciət + Video

Ötən gecədən etibarən ölkə ərazisində havaların kəskin dəyişməsi nəticəsində Bakıda avtomobil yollarında vəziyyət çətinləşib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hazırda paytaxtda duman, çiskin, şaxta və qar müşahidə olunur:
“Əksər yollarda sürüşmə ehtimalı yaranıb, bəzi ərazilərdə avtomobillərin sürüşməsi artıq nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Eyni zamanda, texniki cəhətdən nasaz avtomobillərin yolun hərəkət hissəsində qalması problem yaşadır. Bəzi sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün artıq maddi zərərlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib. Lakin buna baxmayaraq, gecə saatlarından Bakı şəhər Dövlət Yol Polisinin bütün şəxsi heyəti səfərbər edilərək ərazidə xidmət təşkil edilib. Sürücülərə təhlükəsizliyin təmin edilməsi ilə bağlı köməklik göstərilir. Yolların təmizlənməsi ilə bağlı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları ilə birgə yol polisi işlər aparır".
V.Əsədov qeyd edib ki, yol kənarlarında səkilər qar olduğu üçün bəzi hallarda piyadalar avtomobil yollarının hərəkət hissəsinə çıxır: "Bu isə həm piyadaların həyatı üçün, həm də avtomobillərin hərəkətinə təhlükələr yaradır. Piyadalardan xahiş edirik, yalnız piyada səkiləri ilə hərəkət etsinlər". (Trend)
 

Oxşar xəbərlər

DYP sürücülərə müraciət etdi
Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
Vaqif Əsədovdan sürücü və piyadalara XƏBƏRDARLIQ
Yollardakı vəziyyət açıqlandı: harda hərəkət var?
Avtomobillərin texniki baxışı ilə bağlı xəbərdarlıq
Yol polisindən sürücüclərə XƏBƏRDARLIQ! karantin qaydalarını pozmayın
Sabah bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
Sürücülərə 10 manat cərimə xəbərdarlığı
Nasaz avtomobillər yollarda tıxac yaratdı - FOTO
Xüsusi zolağa icazəsiz daxil olan sürücülər cərimələnəcək
Bakıda güclü duman var
Yol polisi paradla bağlı sürücülərə müraciət edib
Ağsu aşırımında son durum
Bakıda moped piyada keçidində qadını vurdu - VİDEO
DYP-dən sürücülərə xəbərdarlıq
Avtomobilində dərman qutusu olmayan sürücüləri cərimə gözləyir - DYP
Bakıda 80-ə yaxın avtobus sürücüsü cəzalandırılıb
Avtobus zolaqlarına bu saatlarda girmək olmaz - Xəbərdarlıq
Bakının bu yollarında sürət həddi endirildi
Parklanmaya görə cərimələr bərpa edilir - FOTO
Avtobus zolağına daxil olan sürücülər cərimələnəcəklər - XƏBƏRDARLIQ
DİQQƏT! Buzlu yollarla bağlı rəsmi müraciət edildi
DYP-dən sürücülərə MÜRACİƏT
Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
Bakıda sürət həddi endirildi - XƏBƏRDARLIQ
Bakıda qəza: Yol bağlandı - FOTO
Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı VACİB AÇIQLAMA
40 manat cərimələnə bilərsiniz - DYP-dən piyadalara müraciət
Bakıda yolun ortasına beton qarışığının tökülməsi sıxlığa səbəb olub
Azərbaycanda bir dəqiqəlik sükut olacaq