“Biz qul deyilik, dənizçiyik” – Mübariz Mənsimovun işçiləri üsyan etdi
24-02-2021, 15:35
85

“Biz qul deyilik, dənizçiyik” – Mübariz Mənsimovun işçiləri üsyan etdi

“Palmali Shipping” şirkətinin onlarla gəmisi Aralıq dənizindəki limanlarda tərk edilmiş vəziyyətdədir.
Yenisabah.az xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, “Shovket Alekperova” adlı şirkət gəmisi 9 aydır Zeytinburnuda lövbərdə gözləyir. Həmçinin şirkətin 150 işçisinin yüzminlərlə dollar dəyərində olan maaşlarını ala bilmədiyi də iddia edilir. Maaşlarını ala bilməyən işçilər gəmidəki yemək və təmiz su çətinliyindən də əziyyət çəkirlər.
Hazırda “Shovket Alekperova” gəmisinin heyəti “Twitter”də paylaşım edərək səsini eşitdirməyə çalışır.
Heyətin son “tweet”ində, “9 aydır Zeytinburnuda lövbər gözləyirik. “Palmali Shipping” bizə maaşımızı vermir. Maaşlarımız üçün mübarizə aparırıq. 17-18 aydır maaş almırıq. Biz qul deyilik, dənizçiyik. Ailəmiz əziyyət çəkir. Psixologiyamız pozulub. Bizə haqqımızı verin”,-ifadələrinə yer verib.
Qeyd edək ki, digər bir hadisə Beyrutda lövbər atan “Palmali Shipping”ə məxsus bir tankerdə doqquz günlük aclıq aksiyası keçirilmişdi, heyət üzvlərinin evlərinə təyyarədə göndərilməsi ilə nəticələnmişdi. Həmin vaxt itirilmiş maaşların bir hissəsini ödəmək üçün onlara 114 min dollar təklif edilmişdi.
Bildirək ki, yanacaq tədarükçülərinə, gəmiqayırma zavodlarına və banklara təxminən 900 milyon dollar borcu olduğu ortaya çıxan Palmali Holdinqin bir çox gəmisi ələ keçirilib, lakin bununla da borclar tam ödənilməyib.
SOCAR neft şirkəti də Mübariz Mənsimova məxsus Palmali qrupuna qarşı Londondakı Beynəlxalq Arbitraj Məhkəməsində bir sıra iddia qaldırmışdı. 2018-ci ildə və ondan sonrakı dövrlərdə açılan iddialardan 3-ü həllini tapdı. London Beynəlxalq Arbitraj Məhkəməsi  “Palmali”nin “Socar”a 3 məhkəmədən ümumilikdə 245 milyon dollar təzminat ödəməsinə qərar verdi.
Xatırladaq ki, 2018-ci ildə iflas edən “Palmali Shipping” şirkətinin qurucusu Mübariz Mənsimov İstanbulda Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar aparılan istintaq çərçivəsində mart ayında nəzarətə götürülüb və İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə Mənsimov haqqında “FETÖ / PDY silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 7.5 ildən 15 ilədək həbs cəzası verilməsi barədə cinayət işi açılıb.

Oxşar xəbərlər

Mübariz Mənsimovun həbsxanadan gizli məktubu: “Xahiş edirəm...”
"Mübariz Mənsimova azadlıq tələb edən adamlar bizim azadlığımızı əlimizdən alıb" - NARAZILIQ!
London məhkəməsindən həbs - QƏRARI VERİLDİ
Mübariz Mənsimovun üzünə durduğu deyilən dostundan açıqlama
Mübariz Mənsimov bu gün məhkəmə qarşısına çıxarılır
Məhkəmə qərar verdi: Mübariz Mənsimov SOCAR-a 63 milyon dollar ödəməlidir
Mübariz Mənsimovun məhkəməsi təxirə salındı
"Gilan Holdinq"in şirkəti 2 aydır ki, işçilərin maaşını vermir - AKSİYA
London məhkəməsindən Mənsimov qərarı - 63 milyon ödəyəcək!
18 dənizçi 16 aydır gəmidə girov qalıb - Aralarında azərbaycanlı da var
Mübariz Mənsimov bu gün məhkəmədə SON SÖZÜNÜ DEYƏCƏK
"Bahar Əməliyyat Şirkəti" işçilərinin maaşını ödəmir - GİLEY
4 aydır ki, maaşlarını ala bilmirlər... - Prezidentə müraciət olundu
Vətəndaşdan DGK-ya HAQLI İRAD!!! - NARAZILIQ!
“6 aydır maaş əlavələrini almırıq” - ETİRAZ
“Keşlə” 3 aydır maaş vermir”  - Legionerdən açıqlama
Aynişan Gömrük Komitəsini tənqid etdi: “Biz insanıq, heyvan deyilik“
“Bizə 18 manata imza atdırıb, 40-50 manatlıq iş gördürürdülər” - GİLEY
Tibb işçilərinə iki aydır maaş verilmir: “Gəlib yolpulu istəyirlər” - Tanınmış həkimdən ETİRAZ
Masallıda tibb işçiləri maaşlarını ala bilmir
İranın yük gəmisi İraq sularında batdı: Ölənlər var
Ərdoğan Trampla söhbətdə Aralıq dənizindəki gərginlikdən danışdı
“Xankəndi” gəmisi ilə bağlı CMS şirkətindən açıqlama
Ceyhun Bayramov hücum edilən Türkiyə gəmisinin kapitanı ilə danışdı
Saatlı sakini 7 aydır problem içindədir... - GİLEY
Dövlət Dəniz Agentliyi xəbərdarlıq etdi
Ukrayna XİN-dən Azərbaycanla bağlı PAYLAŞIM
"Etiraz aksiyaları da nəticə vermir, çarəsiz vəziyyətdəyik..." - ACINACAQLI MƏNZƏRƏ...
Əli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş - Qalmaqal
Mübariz Mənsimov məhkəmədə hansı sirləri açdı? - VİDEO