Dələduzluq edən "vəzifəli şəxs" SAXLANILDI
24-02-2021, 17:06
103

Dələduzluq edən "vəzifəli şəxs" SAXLANILDI

Cəfərov Süleyman Xanlar oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

HİT.Az xəbər verir ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Süleyman Cəfərovun 2020-ci ilin avqust ayında özünü dövlət orqanın rəhbər vəzifəli şəxsi kimi təqdim edərək həmin orqana qulluğa qəbul olunmaq üçün müraciət edən şəxsə müsabiqədə iştirak etmədən işə qəbul edilməsinə köməklik göstərilməsinə dair yalan vəd verərək guya səlahiyyətli rəhbər vəzifəli şəxsə verilməsi adı ilə vətəndaşdan 15 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, eləcə də vətəndaşı vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.
 
24 fevral 2021-ci il tarixdə Süleyman Cəfərova Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Özünü prokurorluq əməkdaşı kimi təqdim edən həbs olundu
Direktor rüşvətə görə həbs edildi
DSMF-nin 7 vəzifəli şəxsi hakim qarşısında
2 milyonluq dələduzluq edən qadının həbsi barədə rəsmi məlumat
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs həbs edildi
Azərbaycanda vəzifəli şəxsin mülkinə həbs qoyuldu
“Zaminbank”ın həbs edilən vəzifəli şəxsindən XƏBƏR VAR
Millət vəkilinin qardaşı Vaqif Əmiraslanov həbs edilə bilər
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı - RƏSMİ
Rüşvət üstündə saxlanılan şöbə müdirinin məhkəməsi başlayır
Nazirliyin vəzifəli şəxslərinin adından daha bir şok cinayət — Rüşvət necə alınıb?
Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi
“AzGold” MMC-nin rəhbəri həbs edilib
Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
Sex rəhbərindən rüşvət alan vergi müfəttişlərinin işi məhkəməyə göndərildi
Deputatın qardaşı oğluna cinayət işi açıldı
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Bələdiyyə sədri barəsində cinayət işi BAŞLANDI
Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı
Bakıda qanunsuz işlərlə məşğul olan vəzifəli şəxslər SAXLANILDI
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
“VTEK“ əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
“Güllübulağ”ın rəhbəri həbs edildi
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı - Anbaan video
“Azərxalça”nın rəhbəri HƏBS EDİLDİ
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ