Karantində idman zalı işlədən şəxs həbs edildi - FOTO
24-02-2021, 18:21
99

Karantində idman zalı işlədən şəxs həbs edildi - FOTO

Mingəçevir şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən idman zalı aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 20 Yanvar küçəsində yerləşən “Herakl” idman zalının işlədiyi və içəridə müştərilərin olduğu müəyyən edilib. İcarədar, Yevlax rayon sakini Natiq İsmayılov xüsusi karantin rejimi qaydalarını pozduğu üçün polis şöbəsinə gətirilib. 
Onun barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə həmin şəxs səkkiz gün müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, bir müddət əvvəl də polis əməkdaşlarının xüsusi karantin rejimi qaydalarının təmin olunması məqsədilə keçirdikləri nəzarət tədbirləri zamanı həmin idman zalının qaydaları pozaraq işlədiyi müəyyən olunub və N.İsmayılova ciddi xəbərdarlıq edilməklə barəsində cərimə protokolu tərtib edilib.

Oxşar xəbərlər

Ağsuda karantin qaydalarını pozan kafe aşkar edilib
Qaxda karantin qaydalarını pozan oyun zalı aşkar edilib
Karantin qaydalarını pozan oyun zalı aşkarlandı - FOTO
Karantini pozan daha bir çayxana aşkarlandı
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Gizli restoran işlədən şəxs 3 100 manat cərimələndi
Biləsuvarda idman zalı işlədən və orada məşq edənlər cərimələndi
"Mercedes"lə Bakıya sərnişin daşıyan sürücü həbs edildi
Qobustanda karantin qaydalarını pozan kafe aşkar edilib
Ağdaşda karantin qaydalarını pozan obyektlər aşkar edilib
Qusarda qanunsuz işləyən oyun zalı müəyyən edildi
Mərc oyunlarının təşkil olunduğu çayxana aşkarlandı
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
Sabirabadda gizli işlədilən oyun zalında 20 nəfər cərimələndi
Evdə qumar oynayanlar cərimələndi
Karantini pozan çayxana aşkarlandı, 15 nəfər cərimələndi
Karantini pozan çayxana sahibi və müştərilər cəzalandırıldı
Gecə saatlarında işləyən restoranın sahibi həbs edildi
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi
Daha bir rayonda toy edənlər cərimələndi
Cəlilabadda gizli fəaliyyət göstərən iki kafe aşkar edilib
Qəbələyə istirahətə gələnlər cərimələndi
Yevlaxda qanunsuz işləyən kafe aşkarlandı
Bakıda “Dostlar” kafesi, Sumqayıtda "Power gym" qanunsuz işləyirmiş - VİDEO
Çayxanaya gedənlər cərimələndi - Foto
Özünü qardaşı kimi təqdim edən şəxs saxlanıldı
Yevlaxda toy məclisi keçirənlər cərimələndi
Gizli şəkildə xınayaxdı mərasimi keçirənlər saxlanıldı - FOTO
Qusarda kafe sahibi və müştəriləri polis şöbəsinə gətirildi
“Mercedes”lə Bakıya sərnişin daşıyanlar CƏRİMƏLƏNDİ