Ev dustaqlığına buraxılan hərbçinin ailəsi İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkür ETDİ
25-02-2021, 19:48
77

Ev dustaqlığına buraxılan hərbçinin ailəsi İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkür ETDİ

Ev dustaqlığına buraxılan Vətən Müharibəsinin iştirakçısı, mayor Ziya Kazımovun həyat yoldaşı  Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkKür ünvanlayıb.
Z. Kazımovun həyat yoldaşı Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib:
“Hörmətli İlham Əliyev və Mehriban Əliyeva,
Xalqımızın sonsuz sevincinə səbəb olan Qələbəyə görə dərin təşəkkürümü bildirirəm.
Azərbaycanın yenilməz Ordusu Sizin rəhbərliyinizlə 44 gün ərzində qəhrəmanlıq göstərərək dilbər guşəmiz Qarabağı erməni işğalından azad etdi.
Tarixə düşən misilsiz hünər Vətənimizin parçası Qarabağın azadlığı və səadəti naminə atılan addımların nəticəsində mümkün oldu, dinc gələcək naminə bölgədə Azərbaycan bayrağı dalğalandı.  
Torpaqlarımızın azad edilməsi savaşında mənim həyat yoldaşım Ziya Kazımov da ilk gündən qəhrəmanlıqla döyüşüb.
O, Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füziuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin etmişdir. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda şərəflə döyüşərək, 44 günlük Vətən Müharibəsində düşməni yüzlərlə canlı qüvvə və texnika itkisinə məruz qoyub.
Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı mövcuddur. Bu  Sizlərin diqqət və qayğısının təzahürünü və Azərbaycan xalqının böyüklüyünü bir daha təsdiq edir.
Əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin və şəhid ailələrinin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradılıb.
Siz və igid əsgərlərimiz 44 gün gecə və gündüz qələbə naminə çalışdınız, mübarizə apardınız. Allah şəhidlərimizə rəhmət eləsin. Bütün xalqımız Sizə və dünyanın güclü ordularından birinə çevirdiyiniz silahlı qüvvələrimizə minnətdardır.
Sizlərə cansağlığı, uzun ömür və yeni uğurlar arzulayıram”.
 
Ev dustaqlığına buraxılan hərbçinin ailəsi İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkürETDİ

Oxşar xəbərlər

Vətən Müharibəsi iştirakçısı ev dustaqlığına buraxıldı
Rafiq Hüseynovun həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür edib
60 hərbçidən Hadruta ilk girən qaziylə bağlı Prezident və birinci vitse-prezidentə müraciət - FOTOLAR
Prezident mükafatına layiq görülən sənətkarlar: “Sevincimizin həddi-hüdudu yoxdur”
Mehriban Əliyeva Yuxarı Gövhər Ağa məscidinə “Qurani-Kərim” aparıb
Prezidentlə xanımının səfərindən daha bir səmimi - Video
Şəhid atası ölüm ayağındadır - Ailə kömək gözləyir
Hərbi Prokurorluq Hadruta ilk daxil olan komandir Ziya Kazımovun işini nəzarətə götürdü
Rəmişin səhhətindən xəbər var - Xanımından AÇIQLAMA
Rəmişdən xəbər var: Xalq artistini həkimlər bütün günü müalicə edirlər
Mehriban Əliyeva xalq artisti ilə bağlı tapşırıq verdi
Mehriban Əliyeva Madagizin azad olunması münasibətilə paylaşım etdi
“Onlar bizim qəlbimizdə daim yaşayacaq“ - Mehriban Əliyeva
“Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm!” – Mehriban Əliyeva
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
Mehriban Əliyeva bir illik əmək haqqını koronavirusla mübarizə fonduna bağışladı
“Bir mayor və iki erməni əsgərini öldürmüşəm” Qazimizdən ölkə başçısına müraciət + VİDEO
Polad Həşimovun anası Prezidentə təşəkkür etdi - Video
Prezident ailəsi ilə Cıdır düzündə - FOTOLAR
Mehriban Əliyevanın çəkdiyi görüntülər gündəm oldu - Video
Cəbrayılda xidmət edən hərbçilərə bağlamalar çatdırılıb
Ərdoğan İlham Əliyevə zəng etdi
Putin Mehriban Əliyevanı təbrik etdi
İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
Kamran Əliyev şəhid olan prokurorluq əməkdaşların ailə üzvləri ilə görüşüb - VİDEO
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! - FOTO
Mehriban Əliyeva Sami Yusufa Prezidentin fəxri diplomunu təqdim etdi
Ermənilərin qurduğu yol nişanı İlham Əliyevin ayaqları altında - FOTO
Vətən Müharibəsi iştirakçısının həyat yoldaşı PREZİDENTƏ MÜRACİƏT ETDİ