CƏMİYYƏT
15-05-2020, 18:37
218
Bakıda koronavirusa yoluxmanın ən çox olduğu rayon açıqlandı
Azərbaycanda koronavirusa yoluxma ilə bağlı rayonların statistikası açıqlanıb.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, Bakı şəhərində yoluxma 47,8 faiz təşkil edir:
“Gəncə-Qazax bölgəsində koronavirusa yoluxma 13 faiz, Aran zonasında 10,3 faiz, Lənkəran zonasında 10,2 faiz aşkarlanıb. Digər ərazilərdə isə koronavirusa yoluxma faizi beşdən aşağıdır”.
Sədr qeyd edib k, xaricdən idxal olunan yoluxma halı 7,7 faiz təşkil edir:
“Bakı şəhərinin Yasamal rayonunda virusa yoluxma 17 faiz, Nəsimi rayonunda 15,8 faiz, Sabunçu rayonunda 14 faiz, Binəqədi rayonunda 10,5 faiz, Qaradağ rayonunda 9,5 faiz, Nərimanov rayonunda isə 9,4 faiz olub. Bakı şəhərinin digər rayonlarında koronavirusa yoluxma 8 faizdən aşağıdır”.
İlhamə Əbülfət