Azərbaycan Televiziyası Xocalı soyqırımına həsr olunmuş bədii-sənədli film hazırlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi xəbər verir ki, televiziyanın Kinoproqramlar və dublyaj baş redaksiyasının istehsalı olan film “Ümid işığı” adlanır. Real faktlar əsasında çəkilən filmin 26 fevralda - Xocalı soyqırımı günü nümayiş olunması nəzərdə tutulur.
“Ümid işığı” Xocalı soyqırımı zamanı Teymur adlı körpənin yaşadıqlarından bəhs edir.
Ermənistan hərbi birləşmələri Xocalı şəhərinə hücum edəndə Teymurun 6 yaşı olur. Şaxtalı bir qış gecəsində anasının şirin laylası altında mışıl-mışıl yatan Teymur qəflətən ah-nalə səsinə oyanır, gözlərini açanda günahsız insanların necə qətlə yetirildiyini, ona qucaq açan yaxınlarının ayaqyalın, başıaçıq qarın üzərinə necə “səpələndiyini” görür.
Sağ qalan insanların helikopterlə təxliyəsi zamanı anası Teymuru Xocalıda unudur. Əlindəki fənər onun ümid işığına çevrilir. Məhz fənər sayəsində 6 yaşlı uşağı xilas etmək mümkün olur.
Teymur yaşadıqlarını belə xatırlayır: “Üç gün idi xilas olmağa çalışan ailəm, qohumlarım və digər xocalılılarla birlikdə şaxtalı, qarlı havada yol gəlirdik. Atam ağır yaralanmışdı. Anamın qucağında körpə uşaq var idi. Onlar hara getsə, arxalarınca qaçırdım. Gücüm ancaq evdən götürdüyüm fənərlə gecələr getdiyimiz yolu işıqlandırmağa çatırdı.
Biz vertolyota çatanda dedilər ki, birinci yaralılar və qucağında körpə uşaq olanlar xilas ediləcək. Vertolyot ətrafında qarışıqlıq yaranmışdı, hamı xilas olmağa çalışırdı. Vertolyot havaya qalxanda mənim də içəridə olduğumu güman ediblər, ancaq həmin vaxt mən yaddan çıxıb yerdə qalmışdım.
Nə edəcəyimi bilmirdim, son ümidim əlimdəki fənəri vertolyota tərəf tuşlamaq oldu. İşığı görən pilotlar yenidən yerə enib məni də götürdülər. Həmin fənəri bu günə qədər saxlayıram. Bu fənər həyatımın ümid işığıdır”
Qisas hissi ilə böyüyən Teymurun Vətən Müharibəsi başlayanda cəbhəyə yollanması, xocalılıların və yaxınlarının qisasını almaq üçün ağır döyüşlərə atılması filmdə obrazlı şəkildə canlandırılır.
Zaqatalanın Muğanlı, Kəpənəkçi kəndlərində lentə alınan filmin ssenari müəllifi Afaq Əhmədova, quruluşçu rejissoru Natiq Novruzov, quruluşçu operatoru Cavid Əliyev, operatoru Kamran Soduyev, prodüseri Fatimə Əzimovadır.
Film fevralın 26-sı saat 21:30-da AzTV-də yayımlanacaq.
Əlindəki fənər onu ölümdən qurtardı - Video
26
fevral
14:36

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyevadan Xocalı paylaşımı - FOTO
“Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq” - İlham Əliyev
Xocalı soyqırımından 29 il ötür
Qalib Azərbaycan bu il Xocalı soyqırımını necə yad edəcək?
Meyitlərin səpələndiyi dağlar, meşələr... - Video
Mikayıl Cabbarov: “Faşizmə “yox” deyək“
Xocalı şəhidləri İlandağda anıldı
İtkin düşmüş Xocalı sakini ilə bağlı videoçarx hazırlanıb - Video
Xocalı aeroportu açılır?
Vətən müharibəsi haqda sənədli film hazırlandı - VİDEO
Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım etdi - FOTO
Polad Həşimovla bağlı film çəkilir
Azərbaycanda “Görünməyən düşmən” adlı film yayımlanacaq – VİDEO
Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq
AzTV Şuşada yayıma başlayıb
Xocalı soyqırımına görə doğum gününü qeyd etməyən şəhid Məzdək Eyvazlı - VİDEO
“Xocalı aeroportu niyə də açılmasın?” - Sabiq nazirdən qalmaqal yaradacaq AÇIQLAMA
Bu il Xocalı abidəsini ziyarət fərqli olacaq
İtaliyalı jurnalist: “Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır”
Əli Həsənov yazdığı statusla özünü və ölkəmizi rüsvay etdi - FOTOFAKT
AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq
“Bəs Xocalı, Xankəndi, Xocavənd?”
AzTV-nin binasında tavan çökdü, kanalın əməkdaşı öldü
Xocalı canilərindən biri Şuşada belə yaxalandı
14 yaşlı qız ana oldu - Körpənin atasının 17 yaşı var
Xocalı qatili Seyran Ohanyan ağır yaralandı
Qarabağda müharibə bu tarixdə bitəcək - Kuznetsov
Jurnalistə nazirlikdə vəzifə verildi
Soyqırımın ən fəal iştirakçısı olan erməni polkovnik vuruldu
- "Diriliş Ertuğrul"un aktyoru evləndi - FOTOlar
- Türkiyə ordusu şəhid verdi
- Ağdam sakini Bakıda tutuldu - Üzərindən 9 kq marixuana çıxdı
- İrandan Azərbaycana narkotik keçirməyə cəhd etdilər
- “Müğənnilər toylara getməsə, yamaqlı şalvarda gəzərlər” – Akif İslamzadə
- Abşeronda ər arvadını bıçaqladı
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın daha 7 tankı məhv edilib"
- Elman Nəsirov: “Əli Kərimli 3 saata yaxın şəhərin mərkəzində çıxış edib, sonra deməsin ki, imkanları buxovlanıb”
- Ermənilər Şuşa üzərində uçuşlar keçirməyə cəhd göstərib - VİDEO
- Azərbaycan medal sıralamasında dördüncü yerə YÜKSƏLDİ
- Bakıda tələbə faciəli şəkildə öldü
- Bu rayonda su OLMAYACAQ
- Dilarə Əliyeva: "Onun dərdindən 18 yaşında ərə getdim" (VİDEO)
- “İslami Cihad”ın komandiri ÖLDÜRÜLDÜ
- Çətin anlar yaşayan Ebru Gündeş göz yaşlarına boğuldu - VİDEO
- Nömrəsiz maşın sürdü, onu saxlayan polisə zor tətbiq etdi
- Ermənistanda qaçhaqaç: ermənilər ölkələrini belə tərk edir - VİDEO
- Bakıda bu binalar sökülür - FOTOLAR
- "Diriliş Ertuğrul"un aktyoru evləndi - FOTOlar
- Səhiyyə Nazirliyinin 6 milyonluq tenderini bu şirkət uddu - Vergi borcu var
- MİDA güzəştli mənzillərin onlayn satış qaydalarını dəyişəcəkmi?
- Türkiyə ordusu şəhid verdi
- Tükürpədən hadisə: Ana körpəsini satmaq istəyir - Video
- Zakir Həsənov göstəriş verdi