“Kim şəffaf işləməsə, məsuliyyətə cəlb ediləcək” - Prezidentdən xəbərdarlıq
26-02-2021, 15:33
81

“Kim şəffaf işləməsə, məsuliyyətə cəlb ediləcək” - Prezidentdən xəbərdarlıq

“Dövlət şirkətlərində idarəetmə sistemi axsayır. Müasir tələblərə cavab vermir. Demək olar ki, heç bir dövlət şirkəti özü-özünü təmin edə bilmir. Bir və ya ikisi istisna olmaqla. Belə davam edə bilməz. Digər tərəfdən strateji infrastruktur, hal-hazırdakı vəziyyəti və Qarabağdakı vəziyyəti nəzərə alsaq dövlətin əlində qalmalıdır. Bu birmənalıdır. Əks halda biz ərazini bərpa edə bilməyəcəyik. Fərz etsək ki, bizim dövlət şirkətlərimiz bu gün korporativ idarəetmə üsulu ilə işləsəydilər, onlar indi bərpa layihələrinə pul qoymazdılar. Bu mərhələdə məqsədimiz dövlət şirkətlərinin korporativ idarəetməsini beynəlxalq normalara çatdırmaq, lazımi nəzarəti təmin etməkdir.”
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib. Prezident bildirib ki, dövlət şirkətləri dövlətin boynunda olan böyük yükdür:
“Hətta Azərbaycanın ən böyük vergi ödəyicisi olan Dövlət Neft Şirkəti də bu yaxınlara qədər qazlaşdırma üçün dotasiya alırdı. Bu belə olmaz. Başqalarını demirəm. Bir neçə istisnalar var bəlkə də. Amma əksəriyyəti səmərəsizdir. Buna son qoymaq lazımdır. Kim yeni qaydalarla, düzgün və şəffaf işləməsə, məsuliyyətə cəlb ediləcək.
Amma dövlət şirkətlərinin özəlləşdirməsinə gəlincə, bu dəqiq bu il olmayacaq. Amma bəzi dövlət şirkətləri özəl kapitalı hesabına inkişaf etməlidir. Birinci növbədə enerji sahəsini qeyd etməliyik, özəl investisiyalar üçün bu sahəni açmışıq”.

Oxşar xəbərlər

Prezident tapşırıq verdi: “Jurnalistlər Şuşaya aparılsın”
"Artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir” - Dövlət başçısı
Prezident Xudavəng kilsəsindən DANIŞDI
ARDNŞ ləğv ediləcək? - Rəsmi açıqlama
İlham Əliyevdən Xankəndi ilə bağlı AÇIQLAMA
“Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq” - İlham Əliyev
Nazir dövlət şirkətlərinin işini tənqid etdi
“Azərbaycan 30 il işğalda olan ərazisinin böyük hissəsini azad edib”
Prezident şəhid ailələri ilə bağlı tapşırıq verdi
"Türkiyədən ən müasir silah növlərinin alınması üçün yeni müqavilələr imzalanıb"
"Normal həyat bərpa ediləcək" - Prezidentdən vaksinlə bağlı AÇIQLAMA
İlham Əliyev erməni xalqına MÜRACİƏT ETDİ
“Bu il böyük Zəfər ili kimi Azərbaycan tarixində əbədi olaraq qalacaq”
SOCAR-ın Prezidentin çıxışına absurd və gülməli cavabı: “Prezident İlham Əliyevin SOCAR-a ünvanlanan tənqidini “dəqiq və haqlı” sayırıq”...
“Sən kimsən ki, Qarabağa gedirsən? Xəbərdarlıq edirəm...”
Prezidentdən göstəriş: ANAMA yenidən təşkil ediləcək
Prezidentdən Qarabağda bərpa olunacaq şəhərlərlə bağlı TAPŞIRIQ
Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır - İlham Əliyev
“Aeroportun idarə edilməsi AZAL-dan ayrılmalıdır” - Ekspert
Prezidentdən sahibkarlara mane olan məmurlara XƏBƏRDARLIQ
“Ermənistan rəhbərliyi regionda vəziyyətin alovlanmasına xidmət edən bəyanatlar verir” - Ceyhun Bayramov
“Elə bil it damıdır, bunlar nə gündə yaşayıblar…” – Prezident Şurnuxdan danışdı
İlham Əliyevdən qondarma "DQR"i tanımaq istəyən ölkələrə XƏBƏRDARLIQ
Prezidentdən Füzuli aeroportu ilə bağlı AÇIQLAMA
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı - Ermənistana XƏBƏRDARLIQ
Prezidentdən neftin qiyməti ilə bağlı AÇIQLAMA
"Mənə müxtəlif dövlət qurumları fərqli rəqəmlər təqdim edib" - İlham Əliyev
“Hər şey plan üzrə gedir” - İlham Əliyev
İşğaldan azad olunan bölgələrin bərpası üçün bəzi ölkələrə dəvət göndərilib .
“Vətəndaşların Ağdama qayıtmağına köməklik göstəriləcək”