Qadın zorakılığını bütün çılpaqlığı ilə ortaya qoyan FİLM + VİDEO
26-02-2021, 16:20
73

Qadın zorakılığını bütün çılpaqlığı ilə ortaya qoyan FİLM + VİDEO

Xocalı soyqırımına həsr olunan "13” adlı qısametrajlı filmi təqdim edilib.
Film Xocalıda ailəsi öldürülən və özü isə təcavüzə məruz qalan qızın həyatından bəhs edir.
Gənclər Fondunun dəstəyi, Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin və "Azxeber Media”nın birgə təşkilatçılığı ilə ərsəyə gətirilən film qadın zorakılığını və erməni vəhşiliyini bütün çılpaqlığı ilə ortaya qoyur.
Filmdə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli soyqırımlarından biri olan Xocalıda baş verənlər 13 yaşını qeyd edən Mənsumənin dilindən ifadə olunur. Ailəsi ermənilər tərəfində qətlə yetirilən qəhrəmanın 29 illik ağrıları və bu ağrılarından doğan, günümüzə qədər yaşadığı izdirablı həyatı filmdə canlandırılıb. Filmin sonunda isə Məsumənin müharibədə iştirak edən qardaşı ona qələbə xəbərini çatdırır.
Filmin ideya müəllifləri tanınmış jurnalistlər - Hacıbəy Heydərli və Əfsələddin Ağalarovdur.
Yazıçı Türkan Turanın hekayəsi əsasında ssenariləşdirilən və gənc rejissor Rüfət Hüseynovun ekranlaşdırdığı "13” filmində aktrisa Şəhla Məmmədova, Yelena Sidrenko-Eyvazlı, aktyor İlqar Musayev və başqaları rol alıb.
Filmdə "Sarı Gəlin” musiqisi fərqli aranjmanda müğənni Çinarə Məlikzadənin ifasında tamaşaçılara təqdim edilib.
Qeyd edək ki, "13” filminin rus və İngilis dillərində olan tərcümələri yaxın günlərdə xarici auditoriya üçün təqdim ediləcək.
 

Oxşar xəbərlər

Polad Həşimovla bağlı film çəkilir
"Netflix"in ilk Azərbaycan filmi - VİDEO
Azərbaycanda “Görünməyən düşmən” adlı film yayımlanacaq – VİDEO
Əlindəki fənər onu ölümdən qurtardı - Video
Özcan Dəniz karantində film çəkir
Vətən müharibəsi haqda sənədli film hazırlandı - VİDEO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərginin açlışında iştirak edib
Türkiyədə Polad Həşimova film həsr olundu - VİDEO
Qarabağ haqqında erməni filmi “Kann-2020”-nin siyahısına daxil edildi?..
Azərbaycan əsilli fransız aktyor koronavirusdan öldü
Koronavirusa görə Kann Film Festivalı ləğv edildi
Şahin Mustafayev niyə özü haqda kino çəkdirdi? - İDDİA
Qorbaçov kimsəsiz qalıb: Baxanı yoxdur – Video
Vaqif Mustafayevin Heydər Əliyev haqda filmini kim qadağan edib?
Xocalı soyqırımından 29 il ötür
Aygün 50 yaşını belə qeyd etdi - Video
Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi - Foto
Xocalı canilərindən biri Şuşada belə yaxalandı
Azərbaycan kanalında ciddi nöqsan - Video
“Oskar” müsabiqəsində iştirak qaydaları dəyişdi
Tom Kruzdan inanılmaz layihə: Açıq kosmosda film çəkəcək
Meyitlərin səpələndiyi dağlar, meşələr... - Video
Memati möhtəşəm layihə ilə geri qayıdır - Tarixi başdan yazacaq
İntihar edən Sevilin ailəsi danışdı: “Əgər əzazil ata olsaydım...” - Video
İtkin düşmüş Xocalı sakini ilə bağlı videoçarx hazırlanıb - Video
ABŞ-da lentə alınan bu film 2019-cu ilin ən gəlirli ekran əsəri oldu
AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq
İtaliyalı jurnalist: “Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır”
Rusiya televziyası azərbaycanlı kəşfiyyatçı haqqında veriliş hazırlayıb - Video
Sevil Atakişiyevanın psixoloqu gənc qızın intiharının səbəbini açıqladı - Video