Srebrenitsa anaları Ağdamda olublar
26-02-2021, 16:29
64

Srebrenitsa anaları Ağdamda olublar

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycana gələn “Srebrenitsa anaları” İctimai Birliyinin üzvləri işğaldan azad edilmiş Ağdam şəhərində olublar.
“Srebrenitsa anaları” Ağdamda erməni vəhşiliyinin nəticələri ilə yaxından tanış olub, viran qoyulmuş ərazilərə baxıblar. Bosniya və Herseqovinadan olan analar Xocalı sakinlərinin qətliam edildiyi, bir hissəsinin isə xilas olunduğu Şelli kəndi yaxınlığına, faciə qurbanlarının meyitlərinin gətirildiyi Ağdam şəhər məscidinə və onların dəfn edildiyi Şəhidlər xiyabanına gedib, 29 il əvvəl ermənilər tərəfindən törədilən soyqırımı haqqında daha ətraflı məlumatlanıblar.
“Srebrenitsa anaları” Birliyinin sədri Munira Subaşiç deyib: “Mən Serbiyada olan hadisələrin qurbanıyam. 1995-ci ildə Serbiyada 22 yaxın qohumumu, o cümlədən həyat yoldaşımı və oğlumu itirmişəm. O vaxt özümə söz vermişdim ki, hadisə barədə hər yerdə danışacağam, səsim hər yerdə eşidiləcək. Həm Haaqa tribunasında, həm məhkəmələrdə, beynəlxalq təşkilatlarda öz səsimizi ucaltdıq. Həm Bosniya xalqı, həm də Azərbaycan xalqı eyni faciəni yaşayıblar”.
Qeyd edək ki, Bosniya və Herseqovinanı təmsil edən “Srebrenitsa anaları” Hərəkatının üzvləri də 1995-ci ildə serblər tərəfindən törədilən soyqırımına məruz qalıblar. Həmin ildə Srebrenitsada üç gün ərzində 10 mindən çox insan, o cümlədən 570 qadın və 1000-dən çox uşaq öldürülüb. Bu soyqırımının günahkarları cəzalandırılıb və dünya bu soyqırımını tanıyır. Avropa İttifaqı 11 iyul tarixini Srebrenitsa Qurbanlarının Anım Günü kimi təsis edib. Həmin ərazidə böyük memorial kompleksi inşa edilib.

Oxşar xəbərlər

Ölən və yaralanan erməni əsgərlərin anaları hökumətdən maddi yardım istəyir
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
Meyitlərin səpələndiyi dağlar, meşələr... - Video
Qalib Azərbaycan bu il Xocalı soyqırımını necə yad edəcək?
Mehriban Əliyevadan Xocalı paylaşımı - FOTO
Ağdam Dövlət Dram Teatrı işğaldan əvvəl və sonra (FOTO)
Xocalı soyqırımından 29 il ötür
“Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq” - İlham Əliyev
Prezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət etdi
Ağdamda komendant saatı tətbiq olunacaq
Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım etdi - FOTO
Əli Həsənov yazdığı statusla özünü və ölkəmizi rüsvay etdi - FOTOFAKT
Ağdamda düşmən tərəfindən tikilmiş sığınacaqlar aşkarlandı - VİDEO
Polis Ağdamda xidməti fəaliyyətini bərpa edib
İlham Əliyev Məkkədən gətirdiyi Quranı Ağdam məscidinə bağışladı - FOTO
Xarici jurnalistlər Qarabağa gedib
İşğaldan azad edilmiş bu kəndlərin adları dəyişdirilir
Pəncərədən atılan iki körpə: Tükürpədici cinayətin təfərrüatları
Mikayıl Cabbarov: “Faşizmə “yox” deyək“
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - Bu saatda
Könüllü gedib şəhid olan prokurorluq işçisi... - VİDEO
ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü
Ermənilər Ağdamda 97 ev və obyekti dağıdıb
Ermənistanda döyüşə getməyənlərin uşaqları girov saxlanılır
Erməni əsgər anaları Anna Akopyanı evlərindən qovur
Ağdamda 27 ildən sonra ilk dəfə azan oxundu - VİDEO
Atası Ağdamda şəhid olmuşdu, özü Bərdədə öldürüldü
Şuşa Radio-Televiziya Yayım Stansiyası yayıma başladı
Xocalı Azərbaycana niyə təhvil verilmir? - Türkiyəli general AÇIQLADI
"Əgər ermənilər özləri öz canlarını bu xuntadan qurtara bilmirsə, biz onlara kömək edəcəyik" - Prezident İlham Əliyev