Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudovanın, RİH başçısı Aparatının məsul işçilərinin, rayon ərazisində məskunlaşmış Xocalıdan olan şəhid ailələrinin və soyqırım şahidlərinin, könüllülərin iştirakı ilə videokonfrans formatında anım tədbiri keçirilib.
Videokonfrans formatında keçirilən anım tədbirini giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova Xocalı faciəsi barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib, əsir götürülən insanlar dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalıb. O, çıxışında deyib ki, ermənilərin dinc əhaliyə qarşı törətdikləri soyqırımı zamanı xocalılar əsl qəhrəmanlıq nümunəsi göstərib, Xocalı şəhərinin ölməzlik tarixini yazıblar: “Xocalı soyqırımına əsl siyasi-hüquqi qiyməti 1994-cü ilin fevralında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev verdi. Həmin ildən başlayaraq ölkəmizdə hər il 26 fevral-Xocalı soyqırımı günü kimi qeyd edilir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətləri Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu ağır hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasına xidmət edir. Ümummilli məsələrlə bağlı Türkiyə və Azərbaycan parlament nümayəndə heyəti bir sıra beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurasında birgə fəaliyyət göstərirlər. Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” layihəsi çərçivəsində Xocalı soyqırımının, ermənilərin törətdikləri digər vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən tanınması, hüquqi-siyasi qiymətini alması üçün kompleks tədbirlər həyata keçirilir”.
Anım tədbirində Xocalı şəhəri İcra hakimiyyəti başçısının Nərimanov rayonu üzrə nümayəndəsi, şəhid ailəsinin üzvü Mehriban Əliyeva, Xocalı hadisələrinin canlı şahidləri, Xocalı rayon sakinləri Aygül Həsənova, Cəmilə Aslanova və digər çıxış edən könüllülər bildiriblər ki, bu faciə təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayətdir və Xocalı soyqırımı xalqımız tərəfindən heç vaxt unudulmayacaq.
Çıxışlarda həmçinin Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından da fəxrlə danışılıb, 30 illik işğala və həsrətə son qoyulduğu bildirilib. Xocalı sakinlərinin çıxışlarında dövlətin hər zaman onların yanında olduğu, daima diqqət və qayğı ilə əhatə olunduqları vurğulanıb. Buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.
Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirildi
26
fevral
17:11

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Xocalı soyqırımından 29 il ötür
Qalib Azərbaycan bu il Xocalı soyqırımını necə yad edəcək?
Xocalı şəhidləri İlandağda anıldı
Mehriban Əliyevadan Xocalı paylaşımı - FOTO
Srebrenitsa anaları Ağdamda olublar
Deputat “A Haber” televiziya kanalında Xocalı soyqırımından danışdı - Video
Meyitlərin səpələndiyi dağlar, meşələr... - Video
Sabah bəzi avtobusların hərəkət qrafikində dəyişiklik olacaq
Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım etdi - FOTO
Nərimanovun icra başçısına yeni birinci müavin təyin olunub
İcra başçısının müavini koronavirusdan öldü
“Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq” - İlham Əliyev
Xocalı canilərindən biri Şuşada belə yaxalandı
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
İcra başçısının həbs müddəti artırılır
İcra başçısına yeni müavin təyin edildi
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
Erməni keşiş Paşinyanın qatıldığı anım mərasimində iştirakdan imtina edib
Abşeron icra hakimiyyətində yeni həbslər...- İradə Gülməmmədovanın bacısı oğlu həbs edildi
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Xocalının qisasını aldı
DTX məlumat yaydı
Hulusi Akar generala Qarabağla bağlı tapşırıq verdi
Əli Həsənov yazdığı statusla özünü və ölkəmizi rüsvay etdi - FOTOFAKT
Abşeron icra hakimiyyətində yeni həbslər...- İradə Gülməmmədovanın bacısı oğlu həbs edildi
Bu il Xocalı abidəsini ziyarət fərqli olacaq
İtkin düşmüş Xocalı sakini ilə bağlı videoçarx hazırlanıb - Video
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Nərimanov rayon icra hakimiyyətinin şöbə müdiri dünyasını dəyişdi – Məsələ araşdırılır
Həbsdəki icra başçısının işçisi niyə özünü asıb? - Rəsmi açıqlama
- 200 min manata civə satan şəxs saxlanıldı
- Rusiyalı aktyor vəfat etdi
- Şirvanda evdən 100 min manatlıq oğurluq olub
- Azərbaycan nefti bahalaşdı
- Hansı yaşda evləndikdə boşanma riski yüksək olur?
- Portuqaliya Ukraynaya 3 "Leopard" tankı verib
- Azərbaycan quş qripinə görə bəzi məhdudiyyətləri aradan qaldırdı
- Fransa xalqı Makronu istefaya ÇAĞIRDI
- Millət vəkilinə silahlı hücuma REAKSİYALAR
- Deputat Fazil Mustafa güllələndi - YENİLƏNİR
- Fazil Mustafanın güllələndiyi ərazidən GÖRÜNTÜLƏR
- Messi het-trik etdi, Argentinadan 7 qol - Video
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü