Prezident Rusiya sülhməramlılarından nə üçün narazı olduğunu AÇIQLADI
26-02-2021, 19:41
78

Prezident Rusiya sülhməramlılarından nə üçün narazı olduğunu AÇIQLADI

Noyabrın 10-dan sonrakı dövrdən prinsip etibarilə məmnunam. Çünki 10 noyabrda imzalanmış Bəyanatda göstərilən əsas məsələlərdən biri Ağdam, Kəlbəcər və Laçın rayonlarının bizə qaytarılması idi və buna biz nail olduq. Dekabrın 1-də bu bölgələr bizə qayıtdı. Eyni zamanda, Bəyanatda göstərilən digər məsələlərlə bağlı, hesab edirəm ki, müsbət addımlar atılır. Bəzi məsələlər təbii olaraq hələ ki icra edilmir. Onlar üçün müəyyən zaman lazımdır. Amma hesab edirəm ki, məsələ prinsip etibarilə müsbət istiqamətdə gedir".
Bu fikirləri Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Türkiyənin Anadolu Agentliyinin müvafiq sualına cavabında söyləyib.
Dövlət başçısı vurğulayıb ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyət göstərməsi də bu istiqamətdə atılmış çox önəmli addımdır.
“Mən əminəm ki, bu monitorinq mərkəzi vasitəsilə bölgədə sabitlik və atəşkəs rejiminin möhkəmləndirilməsi işinə böyük töhfə veriləcək. Azərbaycan Prezidenti olaraq bildirmək istəyirəm ki, Azərbaycan tərəfindən hər hansı bir aqressiv addım atılmayacaq. Biz bunu heç vaxt etməmişdik və bu gün buna ehtiyac yoxdur. Ona görə 10 noyabr Bəyanatı prinsip etibarilə icra edilir”.
Bəzi məsələlərin 10 noyabr Bəyanatında öz əksini tapmadığını, amma ondan sonrakı dövrdə razılaşdırıldığını qeyd edən Prezident İlham Əliyev deyib:
“Bu məsələlərin bir qismi icra edilir, bir qismi isə hələ ki icra edilmir. Yenə də deyirəm, bəzi məsələlər var ki, Rusiyanın sülhməramlı qüvvələri bizim ərazimizə xarici vətəndaşların buraxılmasında o qədər də ciddi addımlar atmırlar. Bu, bizi narahat edir və bu narahatlığı da biz Rusiya tərəfinə çatdırırıq. Əminəm ki, vaxt keçdikcə bu məsələlər də tənzimlənəcək”.
Azərbaycan prezidenti xatırladıb ki, 10 noyabrdan sonra bizim bölgəmizdə və bütövlükdə dünyada tam yeni bir vəziyyət yaranıb:
“Biz bir məsələni də unutmamalıyıq ki, 10 noyabrdan sonra bizim bölgəmizdə və bütövlükdə dünyada tam yeni bir vəziyyət yaranıb. Biz bu vəziyyətə uyğunlaşmalıyıq, hər bir ölkə buna öyrəşməlidir. Bu, yeni bir vəziyyətdir, bizim üçün də, qonşu ölkələr üçün də. Burada həm logistik, həm texniki, həm nəqliyyat, eyni zamanda, psixoloji problemlər var”.
İlham Əliyev deyib ki, bəzilərinin gözləntiləri həddindən artıq çoxdur:
“Amma hər şeyin öz vaxtı var, öz yeri var. Biz addım-addım öz hədəfimizə çata bilmişik və mümkün olmayanı 44 gün ərzində reallığa çevirmişik. Bunu bu gün təkcə biz yox, beynəlxalq ekspertlər də deyir. Bizim apardığımız hərbi əməliyyat bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Hesab edirəm ki, biz müharibə dövründə və müharibədən sonra mümkün olan maksimum nəticəni əldə etdik və həyat davam edir, həyat yerində durmur, yeni məsələlər ortalığa çıxır”, -deyə dövlət başçısı vurğulayıb.
Azərbaycanın strateji baxışından danışan Prezident İlham Əliyev deyib:
“Biz nə istəyirik, bu günə qədər nə istəmişik, bundan sonra nə istəyirik. Bu arzulara, hədəflərə çatmaq üçün nə etməliyik? Bizdə çox aydın baxış və təsəvvür var. Biz bu ümumi plan çərçivəsində bundan sonra da öz addımlarımızı atacağıq və yeni nailiyyətlər, uğurlar da olacaqdır”.

Oxşar xəbərlər

Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşəcək - Prezidentdən AÇIQLAMA
"Türkiyə-Rusiya Monitorinq Mərkəzi maksimum iki həftəyə hazır olacaq" - Dövlət başçısı
Türkiyə və Rusiya müşahidə mərkəzi ilə bağlı razılaşma imzaladılar
“Onlar müharibə əsirləri sayıla bilməz, terrorçudurlar” – İlham Əliyev
Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalandı
“Üç ilə Laçın şəhəri də bizə qaytarılacaq” - İlham Əliyev
İlham Əliyev Putinə zəng etdi
Ərdoğanla Putinlə Qarabağı müzakirə etdi
Türkiyə hərbçiləri nə vaxt gələcək? – Açıqlama
Monitorinq Mərkəzində Türkiyə və Rusiya hərbçilərinin sayı eyni olacaq
Türk əsgəri Qarabağda: nələr dəyişəcək?
Dövlət başçısı: "Bəyanata müdaxilə etmək cəhdləri var"
“Xalq bu məlumatı məndən eşitsin…” – Prezident danışıqlardakı sirləri açdı
“Qısa zamanda separatçı rejim Qarabağdan qovulacaq”
Putin xahiş etdi ki, çox da təkid etməyim - İlham Əliyev
Birgə Monitorinq Mərkəzi tez bir zamanda yaradılacaq
“Bu, bölgədə sülh üçün atılan ən böyük addımdır” - Çavuşoğlu
Qarabağda Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyətə başlayır - FOTO
İlham Əliyev üçtərəfli bəyanatın detallarını açıqladı - İLK DƏFƏ
Monitorinq Mərkəzinin mühafizəsinə kim nəzarət edəcək? - RƏSMİ
Qarabağda vəziyyətə nəzarət: Türk-rus Mərkəzi hansı işə baxacaq?
"Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib" - Prezident
Bu, Azərbaycanın siyasi iradəsinin gerçəkləşməsi deməkdir
“Ermənistan ağ bayraq qaldırdı, diz çökdü” - Ali Baş Komandan
Bu gün TBMM Qarabağdakı vəziyyəti müzakirə edəcək
Mövlud Çavuşoğludan Azərbaycanla bağlı ÖNƏMLİ MESAJLAR
44 günlük Qarabağ müharibəsi... – Qalib Azərbaycandır
Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
“Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur” - İlham Əliyev
Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir - İlham Əliyev