Prezident İlham Əliyev Fikrət Sadıxova Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Fikrət Yaqub oğlu Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.