Gəncədə avtobusla “avtoş”luq edənlər tutuldu
28-02-2021, 10:00
67

Gəncədə avtobusla “avtoş”luq edənlər tutuldu

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ)  əməkdaşları tərəfindən yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində tədbirləri davam etdirir.
Aparılan müvafiq tədbirlər nəticəsində DYPŞ əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, şəhər sakini, Kamran Əliyev idarə etdiyi “İsuzu-Bogdan” şəhərdaxili marşurut avtobusunu qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək avtoxuliqanlıq etmiş və video-çəkiliş edərək sosial şəbəkələrdə paylaşıb. Onun barəsində DYPŞ əməkdaşları tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K. Əliyev 1 il sürücülük hüququndan məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.
Bundan başqa etdiyi avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşan digər bir şəhər sakini barəsində də hüquqi tədbir görülüb. Belə ki, polis əməkdaşları tərəfindən şəhər sakini Novruz Məmmədovun özünə məxsus “VAZ 2107” markalı avtomobillə təhlükəli manevrlər etməsi, yol hərəti qaydalarını kobud surətdə pozaraq özü və digər hərəkət iştirakçılarına təhlükə yaratması aşkar edilib. N. Məmmədov barəsində də toplanmış material baxılması üçün məhkəməyə göndəlib. Məhkəmənin qərarı ilə o, 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.

Oxşar xəbərlər

Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olundu
Gəncədə avtoxuliqanlıq edən şəxs tutuldu - FOTO
Avtoxuliqanlıq edən şəxslər saxlanıldı
Avtoxuliqanlıq edən şəxs saxlanıldı
“07” ilə "avtoşluq" edən dostlar saxlanıldı - FOTO
Evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb
Avtoxuliqanlıq edən sərxoş sürücü həbs edildi
Astarada avtoxuliqanlıq edən şəxs həbs edildi
Gəncədə kafe sahibi və müştəriləri cərimələndi
Gəncədə stasionar postda COVID-19 xəstəsi müəyyən edilib
Gəncədə gizli şagird hazırlaşdıran müəllim cəzalandırıldı
Avtoyumada işləyən koronavirus xəstəsi SAXLANILDI
Evdən çıxan daha bir koronavirus xəstəsi saxlanıldı
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
“Dəli Tural” saxlanıldı - SƏBƏB
Yanacaqdoldurma məntəqəsinə basqın edən maskalı şəxs tutuldu
Kafedə karantini pozan 12 nəfər polis şöbəsinə gətirildi
Zaqatala sakinindən odlu silah götürüldü
Evində toy təşkil etdi: Qonaqlardan əvvəl polis gəldi
Qanunsuz ov edənlər saxlanıldı
"Mercedes"lə Bakıya sərnişin daşıyan sürücü həbs edildi
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib
Koronavirusdan ölən ərinə ehsan verən qadın cərimə olundu
Biləsuvarda idman zalı işlədən və orada məşq edənlər cərimələndi
Polisdən ƏMƏLİYYAT: Gəncə sakinindən silah və narkotik götürüldü
Gəncədə reyd keçirilib
Karantin rejimini pozan kafe aşkarlanıb
Karantini pozan daha bir çayxana aşkarlandı
Tərtərdə karantin rejimini pozan çayxana aşkar edildi
Polis qızına nişan keçirən atanı cərimələdi