Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı
1-03-2021, 10:11
113

Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda ittiham olunan Bakı şəhər sakini 36 yaşlı Ceyhun Balayev və Quba rayon sakini 40 yaşlı Ramin Əliməmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə,  oğurluq hadisəsi ötən il avqustun 10-da Binəqədi rayonu ərazisində baş verib.
İttihama görə, Ceyhun Balayev bacanağı Ramin Məmmədovla birgə paytaxtın Azadlıq prospekti, ev 196, mənzil 158 ünvanında təmir işləri aparıblar. Eyvandakı taxta dolabı söküb döşəmədən ayırdıqdan sonra mərtəbələr arası boşluq hissədən bir mərtəbə aşağıda yerləşən mənzilə daxil olublar. Mənzilin eyvanındakı taxta dolabın üst rəfindən Rusiya vətəndaşı Elxan Tarverdiyevə məxsus, içərisində 250 min dollar (425 min manat) olan, skoçla bağlanmış plastik çantanı ələ keçiriblər.
Hər iki şəxsə qarşı Cinayət  Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsi tərəfindən barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən Ceyhun Babayev ifadəsində günəmuzd fəhləlik etməklə ailəsini dolandırdığını, tanışı Elşən Zamanovun ona və bacanağı Ramin Əliməmmədova mənzillərdə, tikinti yerlərində fəhlə işləri verdiyini deyib. Sonuncu dəfə bacanağı ilə birgə gündəlik 15 manata söküntü işləri aparıblar: “Mənzilin binanın həyətinə baxan eyvanında sovet vaxtından qalma şkafı sökəndə döşəmənin altındakı boşluq hissədə çemodana oxşar qutu tapdıq. Qutunun üstü yapışqan lentlə bağlanmışdı, içərisində  25 paçka (hərəsində 10 min dollar olmaqla)  dollar var idi. Pulu Raminlə yarıbayarı böldük”.
C.Balayev payına düşən puldan paytaxtın “Xalqlar Dostluğu” ərazisindən özünə 110 min manata 3 otaqlı mənzil, 20 min manatına isə  avtomobil alıb.
İstintaq zamanı ziddiyyətli ifadələr verən C.Balayev mənzildən 250 deyil, 150 min dollar tapdıqlarını, oğurluq etmədiklərin deyib.
Təqsirləndirilən Ramin Əliməmmədov  da anoloji ifadə verib.  Bacanağından geri qalmayan R.Əliməmmədov da payına düşən puldan özünə “Xalqlar Dostluğu” ərazisindən mənzil və avtomobil alıb. Yerdə qalan pulun bir qismini isə Quba rayonunun İqriq kəndindəki ata evində saxlayıb. Ailə üzvlərinə isə pulları lotereyadan qazandığını deyib : “Söküntü işləri gördüyümüz mənzildən bir mərtəbə aşağıdan pul oğurlamağımız haqda Elşən Zamanova bildirmədik. Həmin pulların hesabına özümə yaxşı şərait yaratdım. Evdəkilərə dedim ki, loterayada 140 min manat udmuşam”.
Zərərçəkmiş Elxan Tarverdiyev ifadəsində Rusiyada bizneslə məşğul olduğunu, oğurluq edilən mənzildə 25 ildir ki, daimi yaşayış olmadığını deyib: “Ötən ilin martında 250 min dolları saxlamaq üçün evə gətirib səliqəli şəkildə qutuya yığdım. Üstü nəm götürməsin deyə skoçla bağladım, eyvandakı divar şkafının üst tərəfinə yerləşdirdim.  Pulu ora qoyanda tavan tam şəkildə bağlı idi”.
Ötən ilin sentyabr ayında bina üzrə istilik sisteminin dəyişdirilməsi xəbərini alan E.Tarverdiyev pulları saxladığı mənzilə gəlib. Dəhlizə keçəndə yuxarı mənzildən evə su axdığını və döşəmədə su izləri qaldığını görüb. Bu səbəbdən üst mərtəbədəki mənzilə qalxıb. Qonşu mənzildə təmir işləri getdiyini görən E.Tarverdiyev mətbəxi və eyvanı  gəzərək suyun haradan axması ilə maraqlanıb. Bu zaman eyvandakı şkafın döşəməsinin söküldüyün görüb: “Şübhələnib tez öz mənzilimə düşdüm. Pulları qoyduğum şkafa baxdım, tapmadım. Yenidən üst mərtəbəyə qalxıb ustalardan həmin şkafın yerini sökən fəhlələrin kim olduqlarını soruşdum...”
Qonşu mənzildə təmir işləri gördürən şəxsin Elşən Zamanovun olduğunu öyrənən E.Tarverdiyev onu öz evinə çağırıb. E.Zamanov ona mənzildə Ceyhun və Ramin adlı fəhlələr işlədiyini, şkafı da onların sökdüklərini deyib. Zərərçəkmiş E.Zamanova “zəng vur onlara deynən, əmanəti qaytarsınlar, mən də şikayət etməyim” deyib. E.Zamanov C.Balayevə zəng vurduqda sonuncu “biz heç nə götürməmişik, pul-zad görməmişik” cavabı verib.
Bundan sonra E.Tarverdiyev mənzilindən oğurluq edilməsi faktı ilə bağlı polisə müraciət edib.
Təqsirləndirilən şəxslər ilkin dindirilmə zamanı və və istintaq dövründə ziddiyyətli ifadələr veriblər. Onlar elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər. Oğurluq etmədiklərini, işlədikləri mənzildən pul tapdıqlarını, tapdıqları pulu bir ay saxladıqlarını, sahibini gözlədiklərini, pulun uzun illər öncə ermənilər tərəfindən qoyulub getdiyini təxmin edərək götürdüklərini , heç bir cinayət törətmədiklərini bildiriblər.
Əlbətdə, fəhlə işlədikləri evin döşəməsini dəlib aşağıdakı mənzildən xəzinə tapan və asan yolla güzəranlarını yaxşılaşdıran bu adamların dediklərinə nə müstəntiqlər, nə zərərçəkən inanmayıb. İndi onları oğurluq ittihamı ilə cəza gözləyir, 250 min dolların sahibinə geri qaytarılmasının necə mümkün olacağı isə hələ bəlli deyil.

Oxşar xəbərlər

Hacıqabul sakininin evindən 15 min manat oğurlandı
Vəzifəli şəxs məhkəmə zalında həbs edildi
Sabiq hakim 100 min manatlıq dələduzluqda ittiham edilir
Bakıda məktəb direktoruna yarım milyon manatlıq ittiham: Cinayət işi açıldı
İki il əvvəl həbsdən çıxan şirkət rəhbəri yenə dələduzluqda ittiham edilir
Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin məhkəməsi başlayıb
Bacanağını öldürən Mahmudovun məhkəmə işi - arvadını qısqanırmış
Rasim Məmmədov bu gün məhkəmə qarşısına ÇIXARILACAQ
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
Bakıda qadına sataşanı öldürüb, ayaqlarını sındıran şəxslərə cəza kəsildi- 35 il
Bakı sakininin maşınından külli miqdarda heroin tapıldı
Bakıda gözəllik salonu qarət olundu
Vüqar Səfərli ilə birgə həbs olunan Nadir Məmmədov apelyasiya şikayəti verdi
Komendant postunda külli miqdarda heroinlə saxlanıldı - FOTO
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
Cəlilabadın sabiq icra başçısının ittihamları məlum oldu - külli miqdarda rüşvət almaqda təqsirləndirilir
Bakıda zülmkar qaynananı öldürən gəlinə 16 illik həbs cəzası
Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı
Sabiq hakim Lətif Nəbiyev yarım milyon manatı niyə alıb? – Təfərrüat
“E-manat“ və “MilliÖn“dən külli miqdarda pul oğurlandı
Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçildi
Bakıda qadın kafedən iki min manatlıq oğurluq etdi
Vüqar Səfərlini 14 ilədək həbs cəzası gözləyir
Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb
Bakıda keçmiş məhkumlar kafeləri soydular
Hamilə arvadını amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başladı
10 milyonluq mənimsəmə - Həbs edilən direktor hakim qarşısında
Axtarışda olan şəxslər saxlanılıblar
Qarət etdiyi evləri yandıran şəxs tutuldu
Həbs edilən icra başçıları: Nizaməddin Quliyevin və müavininin işi məhkəməyə göndərildi