Qəbiristanlığı zibilliyə çevirən bələdiyyə sədri cərimələndi
1-03-2021, 10:29
104

Qəbiristanlığı zibilliyə çevirən bələdiyyə sədri cərimələndi

Cəlilabadda bələdiyyə sədrinin qanunsuz əməlləri ifşa olunub.
Baş Prokurorluqdan  verilən məlumata görə, kütləvi informasiya vasitələrində yayılmış Cəlilabad rayonu ərazisində yerləşən qəbiristanlıqda yerli sakinlərin narazılığına səbəb olan sanitariya-gigiyena normalarının ciddi  pozulmasını əks etdirən videogürüntülərlə bağlı Cinayət Təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Aparılan araşdırma zamanı torpaq sahəsinin mülkiyyətində olduğu Cəlilabad bələdiyyəsinin sədri Babayev İlham Balo oğlunun həmin sahəyə yaxınlıqdakı ərazidə sakinlər tərəfindən məişət tullantılarının atılmasının qarşısının alınması məqsədilə hər hansı bir tədbir görməyərək, torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etməsinə, bununla yanaşı qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyi pozmasına əsaslı şübhələr müəyyən edilib.
Araşdırmalar nəticəsində İnzibati Xətalar Məcəlləsinin 247.1 (torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) və 516-1.2-ci (qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddələri ilə İlham Babayevin barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.

Oxşar xəbərlər

Bakıda sanitariya-gigiyena qaydalarını pozan şəxs cərimələndi
Daha bir sabiq məmura cinayət işi açıldı
Hökməli bələdiyyəsinin sədri cərimələnib
Bələdiyyə sədrinə cinayət işi açıldı
Cəlilabadda nələr baş verir? - İTTİHAM
Bələdiyyə sədri barəsində cinayət işi BAŞLANDI
Bu rayonun bələdiyyə sədrinə cinayət işi açıldı
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Reyestr Xidmətinin vəzifəli şəxsi HƏBS EDİLDİ
Qəbələdə ağacların kəsilməsinə görə cinayət işi açıldı
Hökməli bələdiyyəsi cəzalandırıldı
Bələdiyyə sədri cərimələndi
Cəlilabadda gizli fəaliyyət göstərən iki kafe aşkar edilib
Buzovnada torpaq sahəsinin zəbt olunması ilə bağlı DİN-dən AÇIQLAMA
Ətraf mühiti çirkləndirən 1411 nəfər məsuliyyətə cəlb olundu
Cəlilabadda qanunsuz at əti kəsimi və satışı faktı aşkarlanıb
Daşkəsəndə həbs olunan vəzifəli şəxslərdən XƏBƏR VAR
Keçmiş bələdiyyə sədri İTTİHAM OLUNUR - SƏNƏD
“Zaminbank”ın həbs edilən vəzifəli şəxsindən XƏBƏR VAR
“Cənnət bağı”nda minlərlə ağac kəsilib - Cinayət işi başlandı
Daha bir vəzifəli şəxsə cinayət işi AÇILDI
Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi
Azərbaycanda bələdiyyə sədri koronavirusdan öldü
Keçmiş bələdiyyə sədri şoran torpaqlara qanunsuz subsidiya yazaraq 19700 manat pulu necə mənimsəyib?-ŞOK SƏNƏD…
Azərbaycanda iki özəl klinika cərimələnib
Prokurorluq Daşkəsəndəki əməliyyatla bağlı MƏLUMAT YAYDI
Karantin rejiminin tələblərini pozan vəzifəli şəxslər həbs edildi
Oğuzda bələdiyyə sədri keçmiş sədri İTTİHAM ETDİ - Prezidentə müraciət olundu
Daha bir vəzifəli şəxsə cinayət işi açıldı
Qəbələyə istirahətə gələnlər cərimələndi