Azərbaycanda iki həftədən sonra qapanma olacaqmı?- AÇIQLAMA
1-03-2021, 11:08
161

Azərbaycanda iki həftədən sonra qapanma olacaqmı?- AÇIQLAMA

"Biz vaksinasiya prosesində davam edən uğurları bir qədər də artırmaqla tədricən mərhələli şəkildə həm toy və yas mərasimləri, həm də ictimai nəqliyyatda açılıma gedə bilərik. Bu məsələdə səbr və təmkinlə, tələskənliyə yol vermədən addımlar atılmalıdır".
Bu sözləri Milli Məclisin üzvü Müşfiq Məmmədli bildirib.
O əlavə edib ki, tələskənliyə yol verərək yumşaldılma tədbirlərinin atılması sonradan müəyyən bir sərtləşdirmənin həyata keçirilməsinə gətirib çıxara bilər: "İndiki rəqəmlər, yoluxmanın sayının azalması, bir gün ərzində yoluxmanın sayının artması bizi o qədər də qorxutmamalıdır.
Biz diqqətimizi vaksinasiya prosesinə yönəltməliyik. Vaksinasiya könüllü olsa belə, əhali bu prosesdə yaxından iştirak etməlidir. Bu prosesdə iştirak etməklə yumşaldılma tədbirlərinin həyata keçirilməsini sürətləndirəcəyik.
Fikrimcə, iki həftəyə yaxın müddət bizim üçün kritik bir müddətdir. Biz yoluxmaların sayının dinamikasını nəzərə alaraq azalmaların maksimal olduğu, müəyyən artımın olduğu müddətlərə, sonrakı enmələrin hansı dinamikada getdiyinə və vaksinasiyadakı sıxlığa diqqət yetirsək, iki həftədən sonra bu barədə müəyyən fikirlər söyləmək olacaq.
Azərbaycanda insanlar qoruma tədbirlərini anlayışla qarşılayırlar. Vaksinasiya prosesi də kifayət qədər qaneedici sürətlə gedir. Vətəndaşlar həm yaş qrupuna, həm də müəyyən olunmuş vaksinasiya strategiyasına görə müəyyən addımlar atıldıqdan sonra yumşaldılmaların da olması realdır". / BAKU.WS

Oxşar xəbərlər

“Bu həftədən “SMS icazə” sisteminə keçirilə bilər” - AÇIQLAMA
Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
SMS icazə sistemi aktivləşdiriləcəkmi? - AÇIQLAMA
Sərt karantin rejimi yanvarın 18-də başa çatır - Video
Toylara icazə verilə bilər: “Qonaqların sayının az olması əsas şərtdir”
Toyların başlaması ilə bağlı mühüm açıqlama: Şadlıq saraylarında son durum
“Vaksinasiya prosesi mərhələli şəkildə davam etdiriləcək“ -Nazir müavini
Bu müəllimlər məcburi şəkildə vaksinasiya olunacaqlar - VİDEO
Karantin rejimi ilə bağlı vacib xəbər - 15 gün sonra...
Sərt karantin hansı nəticələri verəcək?
Azərbaycanda 258 minə yaxın vətəndaş peyvənd OLUNUB
“İki-üç aydan sonra Azərbaycanda koronavirus yoxa çıxa bilər“ - Tanınmış həkim
Müəllimlər də peyvənd olunacaq
Vaksinasiya olunacaq şəxslərin siyahısı açıqlanıb
Azərbaycanda karantin qadağaları ləğv edilə bilər - Bu tarixdə
Baş həkim əhaliyə çağırış etdi: “Vaksinasiya həyat xilas edir“
Rusiyada vaksinasiya hərbi yolla aparıla bilər
Azərbaycanda vaksinasiya necə aparılacaq? - MÜSAHİBƏ
Kafe və restoranların fəaliyyəti nə vaxt bərpa olunacaq? – DEPUTATDAN AÇIQLAMA
"Gələn həftədən İranda vaksinasiya başlayacaq" - Ruhani
Müəllimlər vaksinasiya olunacaq
Şirvanda yoluxmaların sayının artması ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Vaksinasiyanın ikinci mərhələsi başlayır - RƏSMİ
Röya növbəsiz necə vaksin vurdurub? - Nazirlikdən açıqlama
ÜST-dən koronavirus XƏBƏRDARLIĞI: “Ən kritik dövrə qədəm qoyuruq”
Azərbaycanda 2 həftəlik ən sərt qadağa olacaq? - AÇIQLAMA
“Sədərək” və “Binə” ilə bağlı açıqlama - Gələn ay...
Azərbaycanda vaksinasiya necə aparılacaq? - Baş infeksionistdən AÇIQLAMA
"Vaksinasiya ilə virusu əngəlləyə bilərik" - Adil Allahverdiyev
Avropa sərt karantinə qayıdır – Bəs Azərbaycan necə?