Nə vaxta qədər ki KTN-yə İnam Kərimov başçılıq edir... - Fermerlərdən NARAZILIQ
1-03-2021, 11:21
96

Nə vaxta qədər ki KTN-yə İnam Kərimov başçılıq edir... - Fermerlərdən NARAZILIQ

«Pandemiya başlayandan heyvanları sata bilmirik. Yem bahalaşıb, indiki durumda heyvan saxlamaq sərf etmir». DİA.AZ bildirir ki, bunu ağdaşlı fermer Rəşad Məmmədov deyib.

Onun sözlərinə görə, təxminən ayyarım əvvəl yemi 6 manatdan alıb: «10 baş heyvanım var. Bir inək günə 1 bağlama yeyir. Yem tədarükü üçün bankdan kredit götürmüşdüm. Süd və ya qatıq satmaqla heyvan saxlamaq, üstəlik ailə dolandırmaq çətindir. Məcbur qalıb həyətdə əkin-biçinlə də məşğul oluruq ki, birtəhər dolanaq.Onlarla fermer bu vəziyyətdədir».

Adının açıqlanmasını istəməyən ağdaşlı digər fermer isə bildirib ki, kəndlərdə mal ətinin kiloqramı 8-10 manata təklif edilsə də, satılmır. Bakıda isə mal əti 12-13, iri marketlərdə14 manatdan satılır.

«Heyvanları satmaq üçün Bakıdakı qəssablarla danışdım, lakin onlar da ət satışının zəiflədiyini söyləyib istəmədilər. Otlaq sahələrində pambıq əkildi, bəzi ərazilər isə iri təsərrüfatlar tərəfindən satın alındı. Ərazilərə hasar çəkilib, heyvan sahəyə girən kimi xəbərdarlıq edirlər».

Fermerlər bildiriblər ki, təxminən 1-2 il əvvəl iribuynuzlu sağmar heyvanı 3500 manatdan satıblar, amma indi 1800 manata alan yoxdur. Pandemiya başlayandan yem 20 faiz bahalaşıb: «Qəssaba ətin kiloqramını 8-9 manatdan alıb, 12 manata satmaq sərf edir. Fermer heyvan kəsib bazara çıxarmır. Amma diri çəkini 7-8 manatdan sata bilərsə, sərf edər. Yardım adı altında kasıb ailələrə heyvan alıb verirlər ki, saxlayıb, dolansınlar. Çoxu nəinki dolana bilir, hətta olan-qalanını satıb yem alaraq heyvan saxlayır».

Ötən ilin yazında yonca bağlaması 6, Aran və Qərb bölgəsində 6 manat 50 qəpik-7 manatdan satılıb.

Beyləqanlı fermer isə söyləyib ki, pandemiya dövründə qapısındakı 25 baş heyvandan 12-ni, eləcə də 60-dan çox qoyun-quzusunu satıb: «Bunun otu, suyu, işıq, su haqqı var, heyvan baxım tələb edir, çatdıra bilmirdim. Pandemiya səbəbindən bazarlar bağlanmışdı, qohum-qonşu yığışıb pulunu verirdi, kəsirdim. Heyvandarlıqdansa yonca əkmək sərfəlidir, heç olmasa alıcısı var, xərci borcunu ödəyir».

Rəsmi statistikaya görə, ötən il 2019-cu il ilə nisbətən heyvandarlıq məhsullarının istehsalında 3,1 faiz artım qeydə alınıb. Ötən il diri çəkidə ət istehsalı 3,1 faiz, süd istehsalı 1,9 faiz, yumurta 4,3 faiz, yun istehsalı 0,2 faiz artıb.

Oxşar xəbərlər

Ət ucuzlaşdı
İnam Kərimov fermerlərimizə sahib çıxmır... - Belə davam edərsə...
“Belə getsə, kənddən köçüb getməli olacağıq” - GİLEY
"Etiraz aksiyaları da nəticə vermir, çarəsiz vəziyyətdəyik..." - ACINACAQLI MƏNZƏRƏ...
Kürdəmir Məşğulluq Mərkəzi nəyə lazımdır? - "Bəlkə rüşvət istəyir?"
Başçısı həbs olunan rayonda sakinlər çarəsiz qalıb... - Şikayətlərə baxan yoxdur...
Cənab nazir, fermerlər dad deyir... - NARAZILIQ!
KTN-də Heydər Əsədov ab-havası... - İTTİHAM
Marketlərdə qiymət artımı başladı - Siyahı
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilir
“İcra hakimiyyəti bizi qarşı-qarşıya qoyub” - QALMAQAL
At və ölü mal əti satanlar saxlanıldı - Video
Sabirabadda icra başçısı haqsız çıxdı... - GİLEY
“AzərGold” vətəndaşın torpağına göz dikib... - NARAZILIQ...
Azərbaycanda qarğıdalı sahələrinin dərmanlanmasında dronlar işə salındı
Bakıda 65 milyona torpaq sahəsi satılır
Bakıda bir ailə koronavirusdan vəfat etdi
"“Xəzər İaşə”nin gətirdiyi yeməklərdən iyrənirik" - GİLEY
Gübrə “qara bazarı”nın arxasında kim dayanır?
Kürdəmirdə müəllim çarəsiz durumda... - GİLEY
Biləsuvarın icra başçısından şikayətçiyə “özünəməxsus” cavab: - “Niyə bu qədər heyvan saxlayırsan?”
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
"Sahil Babayevin işçiləri bizi aldadıb" - Sabirabad sakini NARAZILIQ EDİR
Azərbaycanda siqaretlər bu tarixdən yenidən BAHALAŞACAQ
Ermənilər Türkiyədən İrəvana qaçır -  “Məğlub oluruq”
“Su hövzələrinin zəhərlənməsi, meyitlərin, heyvan cəsədlərinin ortada qalması...“ - TƏHLÜKƏ
AQTA sahibkarlara necə problem yaradır - NARAZILIQ!
“Torpağı əkmək üçün toxum almağa belə imkanları çatmır” – Kəndlinin çətin durumu
Bu yarmarkalarda məhsullar ucuz satılır - ÜNVANLAR
Düşmənin kabusu: “Ermənilər azan səsini eşidəndə qaçırdılar” - VİDEO