İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 4 nəfər tutuldu
1-03-2021, 12:27
71

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 4 nəfər tutuldu

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumatına görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.
Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun işğaldan azad olunmuş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən Tərtər rayon sakinləri - Taleh Ağalarov və Əsəd Ağalarov saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Keçirilən digər tədbirlərlə isə rayonun Qapanlı kəndində qurulan nəzarət postunda polis əməkdaşlarına tabesizlik göstərərək işğaldan azad edilmiş Ağdam rayonuna keçməyə cəhd göstərən şəxslər də saxlanılıblar.
Araşdırmalarla onların Tərtər rayon sakinləri - Amin Əlibəyli və Taleh İbrahimov olduğu müəyyən edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Oxşar xəbərlər

Özlərini hərbçi kimi təqdim edərək azad edilmiş ərazilərə keçmək istəyənlər saxlanıldı
İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olanların sayı AÇIQLANDI
Suqovuşana icazəsiz getmək istəyənlər saxlanıldı - FOTO
Qanunsuz yollarla azad edilmiş ərazilərə gedənlərin NƏZƏRİNƏ: Saxlanılanlar var
Füzuliyə qanunsuz yollarla keçən 7 nəfər saxlanıldı
DİN Qarabağa səfər etmək istəyənlərə müraciət etdi
Meşə yolu ilə postu keçməyə cəhd edən şəxs tutuldu - FOTO
Polis Ağdamda xidməti fəaliyyətini bərpa edib
Füzuliyə komendant təyin edildi
İşğaldan azad olunan ərazilərə müvəqqəti komendantlar təyin edildi
Kamil Zeynallı barədə QƏRAR VERİLDİ (Yenilənib)
Polis Bərdədə genişmiqyaslı əməliyyat keçirdi
Kamil Zeynallı yenə saxlanıldı - SƏBƏB
Xocavənddə postlar qurulub
Polis işğaldan azad edilmiş ərazilərdə xidməti necə aparır? - VİDEO
Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşdü
İcazəsi olmayan 1050 sürücü postlarda saxlanılıb
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb
Suqovuşan və Talışa sahə inspektorları təyin edildi - FOTO
Baş Prokurorluqdan çağırış: İşğaldan azad olunan ərazilərə səfər etməyin - VİDEO
Xocalı yol idarəsinin əməkdaşı MİNAYA DÜŞDÜ
Karantin rejiminə zidd fəaliyyət göstərən kafe aşkar edildi
Qusarda kafe sahibi və müştəriləri polis şöbəsinə gətirildi
FHN Suqovuşan su anbarını mühafizəyə götürdü
Koronavirus xəstəsi karantin postundan keçməyə cəhd etdi
Mehriban Əliyevanın təşəbbüsü ilə hərbçilərimizə dəstək aksiyasına başlanıldı
Tərtərdə karantin rejimini pozan çayxana aşkar edildi
Kəlbəcərə komendant təyin edilib
Gecə iki çayxana işlədi - Sahibkar və müştərilər saxlanıldı
Tərtər rayonunun işğaldan azad olunan Talış kəndindən VİDEOREPORTAJ