Nazirliklər maşınlarını satışa çıxardı – 400 manatdan başlayan qiymətlər
1-03-2021, 12:29
76

Nazirliklər maşınlarını satışa çıxardı – 400 manatdan başlayan qiymətlər

Əmlak Məsələləri Dövlət Xidməti matrın 30-da növbəti hərrac barədə elan verib.
Həmin gün Azərbaycanda fəaliyyət göstərən nazirliklərin, Baş Prokurorluğun, icra hakimiyyətinin balansında olan 36 nəqliyyat vasitəsinin satışa çıxarılması planlaşdırılıb. Onlardan 22-si Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan qurumlara aiddir. 
Nəqliyyat vasitələrindən ən ucuzunun ilkin satış qiyməti 400 manatdır. “Motosklet SC150ZH” markalı nəqliyyat vasitəsi 2011-ci ildə istehsal edilib. 2014-cü ilə aid olan “Motoroller” və “Motosikl SHANYANQ ZL150ZH”ı isə 500 manata almaq olar. 
Siyahıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan  traktorlar, yük maşınları, ekskavator, lafet və digər nəqliyyat vasitələri də yer alıb. Onların ən ucuzunun ilkin hərrac qiyməti 1100 manatdan başlayır. Digərlərinin qiymətləri 2000-4500 manat arasında dəyişir. Nazirliyinin Sahələrarası Nəqliyyat və Komleks Mexaniki Təminat İdarəsinə məxsus olan “Mercedes S350” markalı maşın 6 000 manat, “Nissan Maxima” isə 4 500 manata satılır. 
Hərrac elanında Baş Prokurorluğun balansında olan maşınlar da yer alıb. Onlardan “Volkswagen Passat” və “UAZ 3962” markalı maşının hər birinin ilkin satış qiyməti  5 000 manat müəyyən edilib. 
Siyahıda ən bahalı maşın “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus “Toyota Land Cruiser”dir. 1999-cü ilə aid olan maşın 23 250 manata satılır. 
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin balansında olan “Mitsubishi L200” markalı maşın 20 000 manat, “Nissan Pickup” isə 12 000 manata hərraca çıxarılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Mitsubishi Galant”ı (2006) 7 200 manata təklif olunur. Siyahıda daha ucuz qiymətə olan maşınlar da yer alıb. Daha ətraflı buradan tanış ola bilərsiz. 
Xatırladaq ki, hərracda iştirak etmək istəyən vətəndaşlar öncədən maşınların ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər. 
Valyuta.az

Oxşar xəbərlər

Ekologiya nazirliyini “ESE”MMC ilə başqa nələr bağlayır?
Obama ayaqqabısını 43 minə satışa çıxardı - FOTO
Telman İsmayılovun "Rolls-Royce"u hərracda 3 dəfə uzuzlaşdırıldı
ETSN-ə yeni Aparat rəhbəri təyin edilib
Köhnə avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ
Marketlərdə qiymət artımı başladı - Siyahı
Azərbaycanda 64 dövlət əmlakı hərraca çıxarılacaq
Nazirliyin 26 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər vəfat etdi
“Azərsu” 1 ilin şirkətini 768 min manatlıq tenderin qalibi etdi
Marketlərdə kəskin bahalaşma: Qiymətlər nə qədər artdı?
Yeni nazirdən TƏYİNAT
Polietilen torbaların istehsalı zamanı tələblərə riayət olunmur
Karantin qaydalarını pozan 12 sürücü həbs olundu
Bakıda bu mənzillərin qiyməti ucuzlaşdı
Hüseynqulu Bağırov əmlaklarını satışa çıxardı - SİYAHI
Azərbaycanda orta aylıq əməkhaqqı neçə manatdır?
Azərbaycanda siqaretlər bu tarixdən yenidən BAHALAŞACAQ
Gənc oğlanı avtomobil vurdu
İcazəsi olmayan 1050 sürücü postlarda saxlanılıb
"BakuBus"a yeni direktor təyin edildi
DYP Əmlak Məsələləri Dövlət Xidmətini cərimələdi
Digər ölkələrdə benzin və dizel neçəyədir? - Siyahı
Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı
Sürücülərə 10 manat cərimə xəbərdarlığı
Maşın bazarında nə olacaq?  - “Çıxış yolu qalmır”
İlham Əliyevdən Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə bağlı SƏRƏNCAM
Keçmiş nazirə ağır zərbə: Qazandığı tenderlərin nəticələri ləğv olundu
Yol polisi hava ilə bağlı sürücü və piyadalara müraciət etdi
Bakıda piyada vuruldu, tıxac yarandı
Marketlərə sanksiyalar tətbiq ediləcək - Rəsmi açıqlama