DYP-dən sürücülərə xəbərdarlıq - Bunu etməyənlər cərimələnəcək
1-03-2021, 12:31
105

DYP-dən sürücülərə xəbərdarlıq - Bunu etməyənlər cərimələnəcək

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə bir daha müraciət edib.
Qurumdan verilən məlumatda bildirilib ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər:
“Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki yeni istifadəyə verilmiş Müayinə Mərkəzində, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər. Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək sürücüləri cərimə olunacaqlar”.
Qeyd edilib ki, müayinə mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərir. Sürücülər hər gün saat 9-00-dan axşam saat 6-ya qədər avtomobillərini texniki baxışdan keçirə bilərlər:
“Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər.
Texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atan sürücülərə rast gəlinməkdədir. Bəzi sürücülər texniki baxışdan keçən avtomobillərin nömrələrini digər nəqliyyat vasitələrində istifadə edərək hərəkət etməyə cəhd göstərirlər. Belə sürücülər də dövlət yol polisinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanır və onlar qanunvericiliyə uyğun olaraq cərimə olunurlar”.

Oxşar xəbərlər

DYP-dən sürücülərə XƏBƏRDARLIQ
Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
Yol polisi SMS almış sürücülərə müraciət etdi
Avtomobillərin texniki baxışı üçün Qaradağda yeni müayinə mərkəzi işə başladı
Avtomobillərin texniki baxışı ilə bağlı xəbərdarlıq
Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı VACİB AÇIQLAMA
Sürücülərin nəzərinə: Əgər karantin vaxtı texniki baxışla bağlı SMS gəlibsə...
Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir
Avtomobili olanlara BƏD XƏBƏR: bu rüsum 50 FAİZ ARTIRILIR
Vilayət Eyvazovdan yeni TƏYİNATLAR - ƏMR
Yarımmilyonluq texnika, yoxsa..? - İnsanları ölümə sürükləyən "BakuBus" - Video
İnsanları ölümə sürükləyən "BakuBus" - Yarımmilyonluq texnika, yoxsa..?
Bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar
DİQQƏT! Buzlu yollarla bağlı rəsmi müraciət edildi
Liseylərə elektron qeydiyyat başa çatıb
Yol polisi 150 manat rüşvət alıb maşını cərimə meydançasından buraxdı – İddia + Səs yazısı
Bu sürücülər 400 manat cərimələnəcək
814 çağrı mərkəzindəki problem aradan qaldırıldı - Yenilənib
Nasaz avtomobillər yollarda tıxac yaratdı - FOTO
Liseylərə qəbulla bağlı nəticələr açıqlandı
Vilayət Eyvazovdan DYP-də kadr dəyişikliyi
İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi
Azərbaycanda əmək haqqı 22 faiz artıb
"Instagram"da nasazlıqlar yarandı
Vilayət Eyvazovdan yeni təyinat
“Kür-Araz Şirkəti” MMC son bir ildə Fonddan 18 milyonluq tender udub
Azərbaycanda orta aylıq əməkhaqqı neçə manatdır?
Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib - Diqqət!
DYP-dən sürücülərə MÜRACİƏT
Sürücülərə 10 manat cərimə xəbərdarlığı