“Azərsığorta”nın 20-yə yaxın filialı bağlandı
1-03-2021, 13:19
91

“Azərsığorta”nın 20-yə yaxın filialı bağlandı

“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Bakı filialları da daxil olmaqla, 20-yə yaxın yerli rayon şöbəsi ləğv edilib. 
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, filial müdirləri şirkətin rəhbərliyinin yeni qərarları ilə bağlı dövlətin yüksək qurumlarına şikayət teleqramları ünvanlayıblar. İddiaya görə, “Azərsığorta”nın yeni rəhbərliyi yanvar ayından etibarən işçilərin minimum əmək haqqını ləğv edib və hər kəsə toplanan sığorta haqqının müəyyən faizi qədər ödəniş edilməsi barədə qərar verib. 
Bununla bağlı teleqramı Oğuz, Göygöl, Salyan, Astara, Balakən, Qəbələ, Ağdaş, Qazax, Samux, Sabirabad və digər rayon filiallarının rəhbərləri Maliyyə Nazirliyinə, Mərkəzi Bank və Nazirlər Kabinetinə göndəriblər.
Rayon rəhbərləri teleqramda qeyd ediblər ki, “Azərsığorta” Dövlət Şirkəti filialların 2021-ci il üçün əməyin ödənilməsi üzrə ştat cədvəlini, işlərin görülməsi xərclərinin smetasını və eləcə də sığorta yığımları barədə plan tapşırıqlarını təqdim etməyib: “Bu səbəbdən filialda çalışan işçilərə əmək haqqlarının və digər xərclərin ödənilməsində çətinlik yaranıb. Xahiş edirik köməklik göstərəsiniz”.
Bu müraciətləri Maliyyə Nazirliyi araşdırılması üçün Azərbaycan İnvestisiya Holdinqinə göndərib.
“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətindən bildirilib ki, şirkətin idarəetmə strukturu korporativ qaydalara uyğunlaşdırılır: "Bir neçə istiqamətdə aparılan uğurlu işlərdən biri də portfelin sağlamlaşdırılması və bəzi xərclərin azaldılmasıdır. Təbii ki, sağlamlaşdırma və izafi xərclərin aradan qaldırılması üçün bəzi rayon filiallarının bağlanması qərara alınıb".
Filialların bağlanmasına əsas səbəblərdən biri kimi filialların aylıq xərclərinin gəlirlərini daha çox üstələməsi olub:
"Yəni sözügedən filiallar əldə etdikləri gəlirlərlə öz xərclərini qarşılaya bilmirdilər. Bu isə yekunda Dövlət Sığorta Şirkətinin gəlirlərinə ciddi təsir etməklə zərərlə işləməsinə gətirib çıxara bilərdi.
Regionlarda və paytaxt Bakıda yerləşən bağlanmış filiallar gəlirlilik baxımından daha səmərəli fəaliyyət göstərəcəyi halda nümayəndəlik statusu daşıyacaq. Regional statusa malik yeni filialların yaradılması nəzərdə tutulub. Fəaliyyəti dayandırılan filialların müdirləri və əməkdaşları cari ilin yanvar ayı üzrə əmək haqqı və müvafiq müavinatları alıblar.
Qeyd edək ki, bir neçə gün öncə mediada “Azərsığorta” ilə bağlı daha bir qalmaqallı məlumat yayılmışdı. İddiaya görə, şirkətin departament müdiri Xəyyam Hətəmov yaxın tanışı olan qadının qəzaya düşərək yüngül zədələr alan avtomobilini fotomontajla çox əzilmiş kimi göstərərək 22 min zərər ödətdirib. Şirkət isə məsələ ilə bağlı ətraflı açıqlama verməkdən imtina edərək yazılanların yalan olduğunu qeyd edib.

Oxşar xəbərlər

Şəhid olmuş və xəsarət almış hərbçilərin sığorta ödənişilə təmin olunma qaydası AÇIQLANDI
Bu aydan bütün işçilərin maaşından tutulacaq (RƏSMİ)
Yanvar ayının 1-dən etibarən maaşınızdan pul tutulacaq - RƏSMİ
Dövlət Sığorta Şirkətində Həsənxanov-Musayeva-Hətəmov üçlüyü-22 min manat necə mənimsənilib?
Yanvarın 1-dən bu şəhər və rayonlarda icbari tibbi sığorta tətbiq ediləcək
Bu gündən Xocalı və Xocavənddə bu qanun qüvvəyə minir - RƏSMİ
İcbari tibbi sığorta haqları bu qaydada alınacaq
Yanvarın 1-dən maaşlardan bu qaydada pul tutulacaq – Detallı izah
830 şəhidə aid 1 503 kredit silindi - RƏSMİ
“Rəvan Sığorta” fəaliyyətini dayandırır - Nuru Əliyev iflas edir?..
“Standard Insurance” müflis elan edildi — Ləğvetmə Komissiyası yaradılır
Sosial sığorta kartları LƏĞV EDİLİR
“Günay Sığorta”nın sədr müavini ISB-ya transfer olub
Bağlanan bank və sığorta şirkətlərinin rəhbərləri - HARADA İŞLƏYƏ BİLƏR?
Bu sığorta şirkəti ləğv olunur
“Günay Sığorta” üzərində qara buludlar... - TƏFTİŞ OLUNUR
Azərbaycanda sığorta şirkəti təyyarəyə görə milyonluq ödəniş etdi
Tanınmış sığorta şirkətinin filial müdiri vəfat etdi
Azərbaycanın sığorta bazarı 11% böyüyüb
“Günay Sığorta”da yeni TƏYİNAT
“Atəşgah sığorta” yenə də narazılıq yaradır - "İki aydır maşınımı təmir etməkdən imtina edir"
İşsizlikdən sığorta ilə bağlı şərtlər yumşaldılacaq
Bu qanun ləğv edildi
"Daşkəsən Filizsaflaşdırma”dan 10 şirkətə qarşı MƏHKƏMƏ İDDİASI
SON DƏQİQƏ: Prezidentdən pensiyalarla bağlı mühüm SƏRƏNCAM
Daha iki rayon xərclərini öz gəlirləri hesabına təmin ediləcək
MÜJDƏ: I Qarabağ Müharibəsi qazilərinə sığorta haqqı VERİLƏCƏK - Zaman açıqlandı
"Qala Sığorta" işi dövlətin boynuna yıxmaq istəyir? - Çəkişmə...
"Azsığorta" ödəniş etmək istəmir - Sahibkardan şikayət
“Günay Sığorta” hərbçiyə ödəniş etməkdən imtina edir - NARAZILIQ!