Azərbaycan Qarabağda anti-terror əməliyyatına hazırlaşır? - AÇIQLAMA
1-03-2021, 15:34
116

Azərbaycan Qarabağda anti-terror əməliyyatına hazırlaşır? - AÇIQLAMA

Ötən il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanan, bütün hərbi fəaliyyətlərin dayandırılmasını özündə ehtiva edən üçtərəfli bəyanatın müddəaları rəsmi Yerevan tərəfindən yenə pozulur. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti beynəlxalq hüququn norma və prinsiplərinə, insan hüquqlarının əsas prinsiplərinə zidd olaraq Azərbaycanın ərazilərində - Xocalı, Xankəndi və Xocavəndə hərbi xidmət üçün göndərilir. Xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Yerevanda müdafiə nazirliyinin önündə toplaşan əsgər valideynlərindən aldığı müsahibələrdən aydın olur ki, erməni hərbi çağırışçılar mülki şəxs adı altında Qarabağa daşınır. Övladlarının gizli yolla Qarabağda xidmətə cəlb edilməsinə etiraz edən valideynlər buna görə Paşinyan hakimiyyəti ünvanına sərt fikirlər səsləndirirlər. Azərbaycan Xarici İşlər Nazirliyi də erməni hərbi qulluqçuların mülki şəxs adı altında Ermənistandan Qarabağa daşınmasına etiraz bildirib, bununla bağlı bəyanat yayıb. Bütün bunların fonunda Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təxris olunmuş hərbçiləri təkrar səfərbərliyə cəlb etməsinə dair məlumatlar da yayılmaqdadır. 
Maraqlıdır, baş verən hadisələr onu deməyə əsas verirmi ki, Azərbaycan Qarabağda növbəti anti-terror əməliyyatına hazırlaşır?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Yenisabah.az-a açıqlamasında qeyd edib ki, Qarabağda anti-terror əməliyyatı ola bilər:
“Çünki bu, məhdud əməliyyatdır, yəni irimiqyaslı müharibə demək deyil. Antiterror əməliyyatı bir şəxsə və ya bir qrup şəxsə qarşı yönəlmiş olur. Ona görə də səsləndirilən fikirlər müəyyən dərəcədə doğrudur”.
 
Səfərbərlik məsələsinə gəldikdə isə həmsöhbətimiz Azərbaycan Ordusunun kifayət qədər qüvvəsinin olduğunu və anti-terror əməliyyatı üçün belə bir addıma ehtiyac yaranmayacağını diqqətə çtdırıb:
“Azərbaycan Ordusunun lazımi qüvvəsi var ki, bu məsələni səfərbərlik olmadan həll etsin. Anti-terror əməliyyatını, adətən, xüsusi təyinatlı dəstəmiz həyata keçirir. Lakin hazırda əsas olan odur ki, anti-terror əməliyyatından daha çox diplomatiya güclü işləsin və Laçın dəhlizinin başındakı sərhəddə biz nəzarət edə bilək. Neçə ki biz o sərhəddə nəzarət edə bilməyəcəyik, belə hallar kütləvi şəkildə olacaq”.
Ekspertin sözlərinə görə, Qarabağda genişmiqyaslı əməliyyat o səbəblə mümkün deyil ki, orada Rusiya sülhməramlıları var:
“Müharibənin başlaması üçün gərək, Rusiya sülhməramlıları oradan tamamilə çəkilib getsin.  Anti-terror əməliyyatı ola bilər, amma müharibə sülhməramlıların dövründə olmayacaq”.

Oxşar xəbərlər

SON DƏQİQƏ: Rəsmi Bakı Laçın dəhlizi ilə bağlı açıqlama yaydı
Ermənistan Qarabağa əsgər göndərməkdən imtina etdi
Azərbaycan əsgərinin meyitinin yandırılması haqda – Rəsmi  açıqlama
Rəsmi Bakıdan lüksenburqlu nazirə CAVAB
Erməni əsgərinin Azərbaycan hərbi geyimi ilə bağlı – Açıqlama
Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyırmış... - Video
Döyüşdən qaçan erməni hərbçilərin həbsi başladı
Yerevanda növbəti təxribata hazırlıq - Qarabağa əsgər göndərilir - Video
Baş nazir MDB ölkələrinə çağırış etdi
Şuşada PKK-çılara Azərbaycan hərbi forması geyindirilir - Prezidentin köməkçisindən xəbərdarlıq
Xocavənddə 62 nəfərlik diversiya qrupu saxlanılıb - RƏSMİ AÇIQLAMA
Rusiya XİN-dən Qarabağa dair YENİ AÇIQLAMA
Saxlanılan 62 nəfər hərbi əsir deyil, terrorçudur - ATƏT PA-nın vitse-prezidenti
Erməni hərbiçilər Xankəndi, Xocavənd və Xocalıdan tamamilə çıxarılır - Müdafiə Nazirliyindəki gizli mənbə
Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət - MƏTN
Dağlıq Qarabağ ermənilərinin ordusu buraxılacaq?
Laçın dəhlizində 15 erməni əsgəri əsir götürüldü
Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı yeni hərbi cinayətlərə zəmin hazırlayır - Hikmət Hacıyev
Ermənistan ordusunda silahlı qarşıdurma: Ölən və yaralananlar var
“Ermənistanda olan azərbaycanlı əsirlərin hüquqları pozulur” - Ombudsman
Azərbaycanlı əsirlərə verilən işgəncələrə dair faktlar açıqlandı
“Xankəndi, Xocalı və digər ərazilərimizdə suverenliyimizin bərpası üçün iki əsas məsələ həll edilməlidir”
MN və DTX məlumat yaydı: 4 şəhidimiz, 3 yaralımız var
Rusiya Qarabağda daha bir hərbi hospital yaradır
Ermənistan ordusunun əsgəri fərarilik edib
Qarabağdan 15 min erməni “itib”
XİN-dən Ermənistanın döyüşlərə uşaqları cəlb etməsinə MÜNASİBƏT
“Hərbi xidmətə göndərəcək uşağımız yoxdur" - Erməni valideynlər
“Ermənistan silahlı qüvvələrinin tərkibində PKK-çıların olması faktdır” – Rəsmi açıqlama
Qarabağda bu sayda erməni yerləşdirilib