Yoluxma artsa, məktəblər bağlanacaq - AÇIQLAMA
1-03-2021, 17:06
64

Yoluxma artsa, məktəblər bağlanacaq - AÇIQLAMA

Bakıda məktəblərin koronavirusa görə yenidən bağlanılması, distant təhsilə keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb.
Bildirilir ki, artıq 5- ə yaxın orta məktəb virusa görə tədris prosesini müvəqqəti olaraq distant rejimə keçirib.
Gündəlik Bakı Sonxeber-ə istinadən bildirir ki, bununla bağlı təhsil eksperti Kamran Əsədov danışıb:
"Virus səbəbilə bağlanan məktəblərin sayı artıq 10-dan çoxdur. Bəziləri statistikaya daxil edilməsə belə, məndə olan məlumata görə artıq Qaradağ rayonunun Lokbatan qəsəbəsində də iki məktəb fəaliyyətini dayandırıb. Həmçinin ölkədə virusa yoluxmağa görə digər məktəblər də tədris prosesinin istiqamətini dəyişib. Bu gözlənilən idi və artıq yüzdən çox sinif yoluxmaya görə bağlanıb.
Məktəblərdə yoluxma sayı dedikdə, təbii ki, ümumi kontingentin yoluxma kütləsini başa düşürük. Bilirik ki, bu ciddi rəqəmdir və hesab edirəm ki, yoluxmuş şəxslər müəyyənləşdirilməlidir. Ona görə ki, görülməli işlər tam şəkildə həyata keçirilməyib, səhlənkarlıqlar müşahidə olunub. Yoluxma sayı artarsa, birmənalı şəkildə tədris prosesi dayandırılacaq. Yəni məktəblər bağlanacaq. Çünki, görürük ki, yoluxma dinamikası artıq artır.
Qeyd edim ki, tədrisin distant olduğu müddətdə belə, şagirdlər arasında yoluxma halları var idi. Hazırda tədris prosesi əyani keçildiyinə görə virusun digər şəxslərə keçməsi məsələsi də var. Olanları nəzərə alsaq, ölkədə karantin rejiminin sərtləşdirilməsini düşünə bilərik. Buna baxmayaraq düşünürəm ki, bütün hallarda təhsil müəsissələrinin yenidən bağlanmasına ehtiyac yoxdur ".

Oxşar xəbərlər

SON DƏQİQƏ: Dərslər 14 günlük dayandırılacaq və... - Yoluxma artdı
Azərbaycanda koronavirus səbəbindən daha 2 sinif distant təhsilə keçib - bir gündə 13 şagird yoluxub
Pediatr Təhsil Nazirliyinə səsləndi: - "Şikəst təhsili bir də kor etməyin"
Azərbaycanda virusa görə məktəblər yenidən BAĞLANACAQ - AÇIQLAMA
Məktəblər yenidən bağlanacaq? - “Eyni səhvi təkrarladıq“
Azərbaycanda daha bir sinif koronavirus səbəbindən distant təhsilə keçirilib
Məktəblər yenə bağlanır? - AÇIQLAMA
Martın 1-dən məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB
Bakıda məktəb koronavirusa yoluxma hallarının çox olması səbəbindən bağlandı
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Azərbaycanda koronavirusa yoluxma üzrə ölüm faizi açıqlandı
Məktəblərin açıldığı ilk həftədə 121 yoluxma: Nə etməli... - ziddiyyətli cavablar
Fransada bir gündə 13 498 nəfər koronavirusa yoluxdu
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı
Məktəblər yenidən bağlanır? — Təhsil Nazirliyindən AÇIQLAMA
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Şagirdlər onlayn dərslərə qatıla bilmir - Virtual Məktəb niyə işləmir?
Metroya giriş limitlə olacaq? - “Qaydalara əməl etməsək...“
Məktəblər sentyabrda açıla bilər - Bu qaydada - Video
Azərbaycanda məktəblər bu tarixdən AÇILA BİLƏR
Şagirdlər məktəbdə virusa yoluxub? - AÇIQLAMA
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq edib
“Belə davam etsə, tədris prosesi yenidən dayanacaq” - ekspert
"Əgər yoluxma sayı kritik həddə çatsa, 5-9-cu siniflərdə..." - Təhsil Nazirliyi
İsraildə 3 həftəlik karantin elan olundu - Qaydalar sərtləşdirilir
Məktəblər yenidən bağlanacaq? - Açıqlama
“Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ - Məktəblər yenidən bağlanacaq?
Məktəblərdə mütəmadi monitorinqlər aparılacaq
Distan təhsil üçün olan platformalar VPN-siz işləyəcək
Koronavirusla bağlı son RƏQƏMLƏR