YAŞAT üç qazi ilə bağlı açıqlama yaydı - FOTO
1-03-2021, 22:11
68

YAŞAT üç qazi ilə bağlı açıqlama yaydı - FOTO

YAŞAT Fondu son günlər sosial şəbəkələrdə qazilər Cahangir Əliyev, Hüseyn Mustafayev, Səbuhi Hüseynlinin səhhətiylə bağlı edilən paylaşımlara münasibət bildirib. 
Fondun yaydığı açıqlamada hər üç qazinin səhhətinə xüsusi həssaslıqla yanaşıldığını bildirilib:
“Qazimiz Cahangir Əliyevin ailəsi “YAŞAT” Fonduna qazimizin müalicəsinin getdiyini, tibbi zərurətlə bağlı yox, maddi yardım istədiyini bildirib və Fond tərəfindən seçilən istiqamət üzrə ailəyə maddi yardım edilib. Buna baxmayaraq qazimiz  “YAŞAT” Fondunun təşəbbüsü ilə Türkiyədən və İsraildən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub. Müayinə nəticələri əsasında müvafiq qərar qəbul ediləcəkdir. Hazırda isə qazimizin Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəsi davam etdirilir.  
Qazimiz Hüseyn Mustafayev Türkiyədən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub və həkim rəyinə əsasən xaricə təyyarə ilə aparılması həyatı risk daşıyır. Ancaq ailəsi onun Türkiyədə müalicə olunmasında israr  etdiyi üçün ailənin məsuliyyəti və yazılı razılığı əsasında qazimizin yaxın günlərdə müalicə və reabilitasiya prosesi ilə bağlı xüsusi ambulans vasitəsilə Türkiyəyə göndərilməsi nəzərdə tutulub. 
Qazimiz Səbuhi Hüseynli Türkiyədən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub və həkim rəyinə əsasən hələ də komada olduğundan müalicə üçün xaricə göndərilməsi çox riskli hesab olunur. Bu səbəbdən qazimizin beyin əməliyyatı üçün "YAŞAT" Fondu tərəfindən Türkiyədən xüsusi həkim gətiriləcək”.

Oxşar xəbərlər

Qazilərimizin əməliyyatı üçün İsraildən həkimlər dəvət olunub
Daha üç yaralı qazimiz Türkiyəyə göndərildi - Fotolar
"Yaşat" Fonduna rəhbər təyin edildi
“YAŞAT" Fondu daha üç nəfərin əməliyyatını təmin edib - FOTO
“YAŞAT” Fondunun bank rekvezitləri açıqlanıb
“YAŞAT” Fondu adından istifadə edərək yardımları ələ keçirmək istədi - FOTO
“YAŞAT”ın Himayəçilik Şurasının ilk iclası keçirildi
“YAŞAT” Fondunun Himayəçilik Şurasının tərkibi təsdiqləndi - SİYAHI
Yaralı Qazinin atası yaşadığı şəraitdən şikayət edir... - Başçı da oyuncaq yolladığını deyir...
“Xankəndində yaralanan oğlumun kəllə qapağı çıxarılıb və..." - Qazimizin anası kömək istəyir
"YAŞAT" əməkdaşları yaralı hərbçilər və şəhid ailələri ilə görüşürlər
Məcburi köçkünlərdən “YAŞAT” Fonduna pul tutulur? - RƏSMİ MÖVQE
"Crystal Group of Companies" ASC "YAŞAT" Fonduna pul vəsaiti köçürüb
“Global Media Group”un işçiləri “YAŞAT” Fonduna ianələr barədə qərar qəbul etdi
Deputatdan vətəndaşlara çağırış
Bu şəxslərə “YAŞAT kart” veriləcək - RƏSMİ AÇIQLAMA
“YAŞAT” Fonduna ianə belə ediləcək
Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi “YAŞAT” Fonduna ianə edib
Məcburi köçkünlərə verilən yardımın bir hissəsi kəsilib - Rəsmi qurumlarsa təkzib edir...
Bank Respublika “YAŞAT” Fonduna 200 min manat köçürdü
Fonda daxil olan vəsaitin məbləği açıqlandı
Jalə Əliyevanın təklifi etiraza səbəb oldu: Deputat xadimələri nəyə məcbur edir?
Ən çox həkim maşınlarına atəş açırdılar - Həkim qazi
“Bilirdim ki, məni heç vaxt atmaz” - Qazimiz evləndi
Ürəyindən yaralanan qazimiz Bakıya gətirilib
Yeni fond şəhid ailələri və qazilərin kredit borcunu həll edəcək - Detallar açıqlandı
Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan şirkətlər “YAŞAT” Fonduna 1 milyon manat köçürdü
“Bu pozğun ünsürlər şəhid ailələrinə catacaq pulları mənimsəyirlər...“ - Çingiz Abdullayev
Türkiyədən peşəkar psixoloq və psixoterapevtlər Bakıya gəldi
Mehriban Əliyevanın tapşırığı ilə daha bir qazimiz Türkiyəyə müalicəyə göndərildi - FOTO/VİDEO