Əli Əhmədov YAP-dakı vəzifəsindən uzaqlaşdırılacaq
2-03-2021, 13:42
91

Əli Əhmədov YAP-dakı vəzifəsindən uzaqlaşdırılacaq

Martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.

Qurultayda partiyanın İdarə Heyəti və Siyasi Şura üzvləri yenidən seçiləcək, katiblikdə ciddi dəyişikliklər olacaq. YAP-ın VII qurultayının təkcə bu partiyanın deyil, bütövlükdə ölkənin siyasi həyatında ciddi dəyişikliklərə səbəb olacağı bildirilir.

YAP-dakı mənbə bizimlə söhbət zamanı bu xəbərləri təsdiqləyib. Qeyd edib ki, dəyişikliklər təkcə İdarə Heyəti və Siyasi Şura üzvləriylə məhdudlaşmayacaq. Onun sözlərinə görə, YAP-ın “vitrin”ində nəzərəçarpacaq dəyişikliklər olacaq. Mənbə YAP-da vəzifəsini itirəcək funksionerlərin siyahısına sədr mavini - icra katibi Əli Əhmədovun başçılıq etdiyini deyib. Onun sözlərinə görə, Əli Əhmədov martın 5-də partiyadakı hər iki vəzifəsiylə vidalaşacaq.

Məlumatlı şəxs YAP-ın digər “ağır toplarının” da “vurulacağını” istisna etməyib. Bildirib ki, martın 5-də keçiriləcək qurultay həmçinin AMEA-nın sabiq prezidenti Akif Əlizadənin YAP-ın sədr müavini postundan uzaqlaşdırılmasıyla yadda qalacaq. Akif Əlizadə ilə yanaşı, digər sədr müavini, Qaçqınların və Məcburu Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun da partiyadakı səlahiyyətlərinə xitam veriləcək. Mənbə deyib ki, Prezidentin sabiq köməkçisi Əli Həsənov isə İdarə Heyətinin üzvlüyündən xaric olunacaq.

YAP-ın icra katibliyində də dəyişikliklərin baş verəcəyi bildirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının YAP İcra katibinin müavini vəzifəsindən uzaqlaşdırılması gözlənilir.

Xatırladaq ki, partiyada vəzifə tutan deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bir müddət əvvəl YAP icra katibinin müavini vəzifəsindən istefa verib.

Oxşar xəbərlər

Azərbaycanda bu partiyanın adı dəyişdirildi
YAP-ın gizli qərarı: bu həftə islahat qurultayı olacaq
Siyavuş Novruzovun boş qalan yerinə İlham Əliyev təqdimat verəcək - Açıqlama
Əli Əhmədov: "YAP sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib"
Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
Aydın Hüseynov Novruzovun digər vəzifəsini də tutacaq?
Ramiz Mehdiyev keçmiş nazirə yeni vəzifə verdi
Siyavuş Novruzov YAP-ın qərargahını TƏRK ETDİ
Novruz çərşənbələrinin vaxtı məlum oldu
Öküz ili ən çox kimi sevindirəcək?
Soydaşımız Estoniyada siyasi partiyanın həmsədri seçildi
Martda 14 gün iş olmayacaq
İlqar Məmmədov yenidən ReAL-ın sədri seçildi
Tağı Əhmədovun ayaqları tutuldu, xəstəxanaya yerləşdirildi
“Space” telekanalı hind filmlərinin yayımını dayandırır? - AÇIQLAMA
Pensiyalarla bağlı dəyişikliklər olacaq – Təfərrüat
İlham Əliyev Mevlüt Karakayanı qəbul edib
YAP həbs edilən sabiq məmurlarla vidalaşır: “Hamısı partiyadan çıxarılacaq!”
Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı - TƏQVİM
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Saakaşviliyə Gürcüstanda daha bir qadağa
"Hakim partiya kadr islahatlarından kənarda qalmayıb” – YAP katibi aydınlıq gətirdi
Ermənistan parlamentində gərginlik: “Siz sadəcə avamsınız”
Əli İnsanov “səssiz rejim”ə keçib
Səfər Mehdiyev yeni ilə qədər vəzifədən alınacaq - İDDİA
Arif Hacılı başqanlığa namizədliyini irəli sürdü
Əli Həsənov şantaja keçir: Siyasi alver
Ramiz Mehdiyev AMEA-nı Prezident Administrasiyasına çevirir - Elm, yoxsa siyasət ocağı?
AMEA-da 8 şöbə ləğv olunur - SƏBƏB
Moldovanın yeni prezidenti istefa verdi