Əli İnsanov hardadır? - Açıqlama
2-03-2021, 13:54
61

Əli İnsanov hardadır? - Açıqlama

Sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov son zamanlar “səssiz rejim”ə keçib. Azadlığa çıxdıqdan sonra alovlu açıqlamalar verən, aktiv siyasətlə məşğul olan sabiq nazir ötən ilin yayından etibarən çox nadir hallarda görünür.
Onun partiyasının da nə işlə məşğul olduğundan çoxları xəbərsizdir. İnsanovun aktivliyinin “yox olması”nın səbəbləri barədə müxtəlif versiyalar önə çəkilir, ehtimallar səsləndirilir.
HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli Musavat.com-a açıqlamasında deyilənlərlə razılaşmayıb:
“Bu cür yanaşmaları subyektiv hesab edirəm. HƏP yeni yaranmış bir partiyadır və hazırda təşkilatlanma ilə məşğuldur. Artıq 60 rayonda yerli təşkilatlarımızı qurmuşuq. Hədəfimiz bütün rayonlarda bunu həyata keçirməkdir. Toplantılarımız keçirilir və baş verən proseslərə operativ reaksiyalarımız olur. Digər partiyalarla əlaqəli şəkildə fəaliyyət göstəririk. Gündə bir neçə internet telekanalında çıxış etmək fəallığın əlaməti deyil. HƏP funksioneri olaraq, verilişlərə dəvət alıram və orada partiyanın mövqeyini ifadə edirəm. Cəmiyyətə barış və sülh platforması təklif etmişik. Bir sıra ideyalar irəli sürmüşük və bu mətbuatda səslənib. Partiya kifayət qədər aktiv şəkildə fəaliyyət göstərir. Bəlkə də digər siyasi qurumlardan fərqli olaraq ən üst səviyyədə təşkilatlanma işi ilə məşğul olan partiyayıq. Martın sonlarına doğru Ali Məclisin sessiyası keçiriləcək. Hər halda, proseslərin düz içərisindəyik və hər bir prosesi diqqətlə izləyirik. Azərbaycanın gələcəyinə iddialı olan partiyalardan biri HƏP-dir. Bunu hər kəsin, dostlarımızın bilməsində bir fayda var”.
Z.Məmmədli heç bir siyasi qurumla aralarında məsafə saxlamadıqlarını da söylədi: “Biz çağırılmayan yeri dar etmirik, çağırılan yerdə də öz ədəb-ərkanımızı qoruyuruq. Açığı deyim ki, sizin müşahidənizdə bir qərəz hiss edirəm. Əli İnsanova yönəlik münasibətdə onun əleyhinə olan münasibət hiss edirəm. Pandemiyanın yaratdığı şərtlər var və kütləvi toplantıların keçirilməsi mümkün deyil. 10 nəfərdən artıq toplanma qadağandır. Bir dəfə cərimə ödədim. Siyasi məsələlər olsa da, bunu ictimailəşdirmədik. Məsələlərə Əli müəllimin özünün doğru yanaşması var. Ola bilsin ki, bu yaxınlarda nüfuzlu kanallardan birində partiyanın mövqeyini ifadə edəcək. Amma hər gün kanallarda görünmək ola bilər ki, siyasi fəallığın bir detalı olsun, amma əlaməti deyil”.
HƏP Ali Məclisinin sədri partiyanın qarşıdakı hədəflərini də açıqladı: “Hakimiyyətin indiki siyasəti qaneedici deyil. Milli maraqlarımız təhdid olunur. Eyni zamanda idarəetmədə çox ciddi qüsurlar var. Faktiki olaraq, hakimiyyətin çevrəsi milli maraqlarımızı tapdalamaqla məşğuldur. İndiki zamanda, təklifimiz milli etimad hökumət ideyası ilə bağlı olub. Birlikdə müzakirələr aparıb, durumu izah edib, bunu həyata keçirmək mümkündür. Milli maraqlarımızı təhdid edən amillərə qarşı cəmiyyətin bütövlüyünü təmin edə bilərik. İqtidardan müxalifətin mövqeyinə sağlam yanaşmasını gözləyirik”.
Sonda HƏP təmsilçisi Ə.İnsanovun son aylarda mətbuatda görünməməsi ilə bağlı deyilənlərə belə cavab verdi: “Əli müəllimin müsahibəsi üçün darıxanlar varsa, narahat olmasınlar. Çox güman ki, bu həftə müsahibə olacaq”.

Oxşar xəbərlər

Əli İnsanov “səssiz rejim”ə keçib
Əvvəl Elçibəyin müavini idi, indi Əli İnsanovu seçdi - FOTO
“Bəlkə də Əli İnsanovla Ramiz Mehdiyev artıq bir yerdədir”
Əli İnsanov iqtidar dairələri ilə anlaşıb?
Əli İnsanovun köməkçisi saxlanılıb
Əli İnsanov Ramiz Mehdiyevlə əlaqəsindən danışdı - "...birgə siyasi fəaliyyətimiz ola bilməz"
“Mən Elçibəyin adamı olmamışam...” – Zəlimxan Məmmədli
“Əli İnsanov çaşıb, başından yekə hərəkətlər edir”
“Əli İnsanov dediklərinə özü də gülürdü…”
Partiya sədrlərinə COVİD-19 əleyhinə peyvənd vuruldu
Siyavuş Novruzov bir müddətliyə “qeybə çəkilib” - zənglərə cavab vermir
“Prezident ona qapını göstərdi ki, özünü idarə edə bilmirsənsə...” – Siyavuş Novruzov
Samir Şərifov yola salınır... - Onun yerinə sürpriz namizəd!
Binali Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti Bakıdadır
“Gültəkin Hacıbəyli uzun illərdir yalnız Müsavata qarşı fəaliyyət göstərməklə məşğuldur”
YAP-ın gizli qərarı: bu həftə islahat qurultayı olacaq
Mehdiyev müxalifətə keçsə, nə baş verəcək? – Arif Hacılının baxışı
Müxalifət liderlərinin gizli görüşü - Paşinyanı devirmək üçün YENİ PLAN
“İcra başçısının müavinləri rayonda quldurluqla məşğul olurlar”
Ramiz Mehdiyev dövlətin ayırdığı pulları "moyka"ya və digər sahələrə xərcləyir - AÇIQLAMA
İsa Qəmbər İlham Əliyevi təbrik etdi
“Əsgərlərə siqaret satanlar, yeməyini kəsənlər güllələnsin” — Hafiz Hacıyev
“Mən siyasətlə məşğul deyiləm, öz ideyam var: ədalət və təmizlik...” – Lotu Quli
“Düşmənin hədəfi millətimizi ruhdan salmaqdır” - Zəlimxan Məmmədli
Ermənistan müxalifəti parlamenti ələ keçirməyə hazırlaşır
Dərslərə az qaldı, amma internetin sürəti hələ "sürünür" - AKTUAL
“Bəzi şəxslər süni şəkildə dərman qıtlığı yaradırdlar”
Ermənistandan Xankəndinə “qaçqın” adı altında terrorçular gətirilir?
Pənah Hüseyn cəbhəyə gedən oğlundan danışdı: “Bu da bir qismətdir...“