Ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
2-03-2021, 15:16
97

Ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi

Qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.
Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında “Mahal” MTK tərəfindən tikilən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş ağacların köküstə qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılmışdır.
Aparılmış araşdırmalarla, Rəhimov İlqar Vəliyəddin oğlunun “Mahal” MTK-nın sədrinin vəzifələrini icra etdiyi müddətdə qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, “Mahal” MTK üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq qeyd edilən ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş, meşə fonduna daxil olmayan 8 ədəd, cəmi 17 min 100 manat dəyərində şam, sərv və şərq çinarı ağaclarının qanunsuz kəsilməsinə göstəriş verməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.
İş üzrə toplanmış sübutlar əsasında İlqar Rəhimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilmişdir.

Oxşar xəbərlər

Bələdiyyə sədrinə cinayət işi başlanıldı
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi
Nazirliklə xəstəxana arasında qalmaqal - FOTO
Daha bir vəzifəli şəxsə cinayət işi AÇILDI
Bələdiyyə sədrinə cinayət işi açıldı
Daha bir sabiq məmura cinayət işi açıldı
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
“Cənnət bağı”nda minlərlə ağac kəsilib - Cinayət işi başlandı
ETSN-ə yeni Aparat rəhbəri təyin edilib
Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar
Bələdiyyə sədri barəsində cinayət işi BAŞLANDI
Nizami rayonunda ağaclar məhv edilir - VİDEO
Reyestr Xidmətinin vəzifəli şəxsi HƏBS EDİLDİ
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Qəbələdə ağacların kəsilməsinə görə cinayət işi açıldı
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
Şamaxıda ağacları kəsib satdılar
Polis əməkdaşına zor tətbiq edən şəxs saxlanıldı
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Azərbaycanda daha bir korrupsiya faktı – Cinayət işi açıldı
Ermənilər Qarabağda minillik ağacları məhv ediblər
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
Bakıda məşhur tikinti şirkətinin əmlakına həbs qoyuldu
DİN Qızılağac Milli Parkında reyd keçirdi
Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
“AzGold” MMC-nin rəhbəri həbs edilib
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb