"Quş qripi"nin Azərbaycanda yayılma riski artıb
2-03-2021, 23:23
57

"Quş qripi"nin Azərbaycanda yayılma riski artıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, ötən ilin yanvar ayından etibarən vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogen "quş qripi" və digər zoonoz xəstəliklər qeydə alınıb. Respublika ərazisini yoluxucu heyvan xəstəliklərindən qorumaq məqsədilə AQTA tərəfindən zəruri tədbirlər həyata keçirilib, eyni zamanda əhaliyə diqqətli olmaq, ölmüş və ya şübhəli quş cəsədləri gördükdə bu barədə Agentliyin 1003-Çağrı Mərkəzinə məlumat vermələri ilə bağlı dəfələrlə müraciət olunub.
AQTA-dan verilən məlumata görə, bununla bağlı olaraq vətəndaşlar tərəfindən bu sahədə aktivlik nümayiş etdirilib və Agentliyə müxtəlif regionlarda, o cümlədən Bakı şəhəri ərazisində çöl və vəhşi quşların (qarğa, göyərçin, sərçə və s.) ölümü ilə əlaqədar müraciətlər daxil olub. Müraciət daxil olduqdan dərhal sonra AQTA və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən sözügedən ərazilərə baxış keçirilib. Quş cəsədlərindən götürülən nümunələr AQTİ-nin müvafiq laboratoriyalarında müayinələrə cəlb edilib və quşların ölümünün müxtəlif səbəblərdən (havaların kəskin soyuması, fizioloji ölüm, qarışıq infeksiyalar və s.) baş verdiyi müəyyən edilib.
Çöl və vəhşi quşların ölüm səbəbləri arasında qarışıq infeksiyaların olması, həmçinin hazırda dünyanın 48 ölkəsində quş qripi xəstəliyinin yayılmasını nəzərə alaraq, AQTA növbəti dəfə əhalini diqqətli olmağa, xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağa, şübhəli hallarla bağlı dərhal Agentliyin 1003-Çağrı Mərkəzinə zəng edib məlumat verməyə çağırır.
Bildirilib ki, köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu "quş qripi" xəstəliyinin Azərbaycanda yayılma riskini artırıb.
Vətəndaşlar tərəfindən aşağıdakı zəruri tələblərə əməl olunması vacibdir:
- ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların və yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması;
- ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın 1003-Çağrı Mərkəzi və regional bölmələri, rayon baytarlıq idarələri və s.);
- quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi;
- quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması;
- quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi;
- qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi;
- təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və sair.

Oxşar xəbərlər

AQTA-dan quş qripi ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
İrandan Azərbaycana quş ətinin gətirilməsi dayandırıldı
Azərbaycan “quş qripi” xəstəliyinə görə riskli ölkə sayılır
Üç ölkədən quş əti idxalına qadağa QOYULDU
Bu ölkələrdən Azərbaycana ət idxalı qadağan olundu
Azərbaycan daha iki ölkədən quş əti idxalına məhdudiyyət qoydu
AQTA quşçuluq məhsullarının satışı ilə sahibkarlara müraciət etdi
Quş ətinin idxalına məhdudiyyət: Yoluxma qeydə alınıb?
“Quş qripi“ səbəbi ilə 410 min toyuq məhv ediləcək
Yenə yararsız at satışı - Qarşısı alındı
Dövlət agentliyindən broyler sahiblərinə XƏBƏRDARLIQ
AQTA 155 obyektdə pozuntular aşkarladı
Qurban bayramında pandemiya dövrünün tələblərinə əməl olunmalıdır
Beyləqanda dəfələrlə mal-heyvan oğurlayan şəxslər saxlanıldı - FOTO
Hindistanda 48 mindən çox ev quşu məhv edildi
“Leş Tofiq”in müəssisənin məhsullarına AQTA “sertifikat” verib? - RƏSMİ
Ağstafada 4 ədəd aviabomba tapıldı - Foto
Abşeronda qanunsuz fəaliyyət göstərən bal emalı sahəsi aşkarlandı - FOTO
Yaponiyada “quş qripi” aşkarlandı: 134 min toyuq məhv ediləcək
Bərdədən Bakıya yararsız ət gətirmək istədi
İrandan Azərbaycana idxal edilən duz yararsız çıxdı
AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir
Bu müəssisələrlə bağlı cinayət işi başlandı - Rəsmi
ANAMA son üç gündə 102 mina zərərsizləşdirib
Enerji içkilərinin bu şəxslərə satışı qadağan olunur - Azərbaycanda
Rusiyanın qoyduğu qadağa araşdırılır - AQTA
Gəncədə iki top mərmisi tapıldı
Daha 13 müəssisəsi Rusiyaya pomidor və alma ixrac edəcək
Dəniz kənarından 2 ədəd mina tapıldı
Cəbhəboyu ərazilərdə yüzlərlə mina və partlamamış hərbi sursat tapıldı