Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - RƏSMİ
2-03-2021, 17:30
164

Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - RƏSMİ

Azərbaycanda koronavirusa yoluxma faktının qeydə alındığı ilk gündən (2020-ci il fevralın 28-dən) indiyədək ölkədə 235 014 nəfər bu virusa yoluxub, 3 225 nəfər vəfat edib.
Bu gün açıqlanan rəsmi statistik göstəricilərə əsasən, ölkədə COVID-19 infeksiyasına yoluxma sayı ötən günlə müqayisədə 3 dəfəyə yaxın artaraq 352-ə çatıb.
Azərbaycanda yoluxmanın pik vəziyyəti ötən ilin dekabr-bu ilin yanvar ayının əvvəllərində qeydə alınıb. Həmin dövrdən sonra yoluxma sayı getdikcə azalıb. Fevralın 5-dən sonra isə yoluxma sayı hətta 300-ü belə keçməyib.
Yoluxma sayındakı azalmadan sonra bu gün sayın 3 dəfəyə qədər artması sözsüz ki, karantin tədbirlərinin sərtləşdirilə bilməsi məsələsi barədə məlumatların dolaşmasına da səbəb olur.
İnsanlar arasında yayılan məlumatlarda yaxın günlərdə məktəblərdə dərslərin dayandırılması barədə fikirlər səsləndirilsə də, bu, hələlik təsdiqlənmir.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov hazırda məktəblərdə tədrisin davam etdiyini açıqlayıb.
Nazirlik rəsmisi əyani tədrisin dayandırılacağı ilə bağlı hər hansı rəsmi qərarın verilmədiyini söyləyib: "Bu qərar ölkənin sanitar-epidemiologi vəziyyəti nəzərə alınmaqla verilir. Məktəblərdə tədrisin başlanılacağı və ya dayandırılacağı barədə qərarı Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti verir".
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib ki, əslində, insanlar yoluxma sayının artması səbəbindən karantin qaydalarının sərtləşdirilə bilməsi haqqında deyil, vaksinasiya olunmaq haqqında düşünməlidirlər: "Artıq bir ildir ki, ölkəmizdə pandemiya ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilib. Bu müddətdə ən sərt karantin qaydaları da tətbiq edilib, müxtəlif qapanmalara gedilib. Lakin bütün bunlar ona görə edilib ki, pandemiyadan qurtulmaq üçün görülməsi mümkün olan başqa tədbir olmayıb, həmin dövrdə virusa qarşı vaksin də tapılmamışdı. Amma artıq vaksin hazırlanaraq istifadəyə verilib".
Y.Abdiyeva qeyd edib ki, Azərbaycan vaksinasiya prosesinə tez başlayan azsaylı ölkələrdən biridir. Ölkədə artıq 293,360 nəfər COVID-19 infeksiyasına qarşı vaksin olunub: "İndi bizim əsas məqsədimiz COVİD-19-a qarşı peyvənd vurdurmaq olmalıdır. Yalnız vaksinasiya prosesində aktiv iştirak etməklə pandemiyadan qurtula bilərik. Əgər pandemiyadan qurtulacağıqsa, o zaman artıq qapanmalar, sərt karantin tədbirləri haqqında fikirləşməli olmayacağıq, darıxdığımız ənənəvi həyatımıza geri qayıdacağıq". (Trend)

Oxşar xəbərlər

Azərbaycanda yoluxma sayı yenidən artdı - 30 nəfər öldü
Azərbaycanda koronavirusa yoluxma artdı - 4 nəfər öldü
Azərbaycanda koronavirusa yoluxma yenidən artdı - 10 nəfər öldü
Afrikada koronavirusa yoluxanların sayı 3 milyonu ötdü
Koronavirusla bağlı son RƏQƏMLƏR
Azərbaycanda son sutkada virusa yoluxma sayı açıqlanıb
Azərbaycanda koronavirusdan daha 11 nəfər öldü, yoluxma sayında kəskin azalma
Azərbaycanda daha 17 nəfər koronavirusdan öldü, yoluxma sayı kəskin azaldı
Azərbaycanda yoluxma sayı mini keçdi - 9 nəfər vəfat etdi
Azərbaycanda koronavirusa yoluxma üzrə ölüm faizi açıqlandı
Azərbaycanda daha 139 yoluxma qeydə alınıb, 1 nəfər ölüb
Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - GÜNÜN STATİSTİKASI
Azərbaycanda koronavirusa 988 yoluxma sayı ilə yeni rekord qeydə alındı
Azərbaycanda 4356 yeni yoluxma qeydə alındı: 39 nəfər vəfat etdi
Koronavirusa yoluxma və ölüm sayı artdı - GÜNÜN STATİSTİKASI
Azərbaycanda daha beş nəfər koronavirusdan öldü, yoluxma azaldı
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - 41 nəfər öldü
Azərbaycanda koronavirusa yoluxma azaldı - 39 nəfər ölüb
Azərbaycanda daha 14 nəfər koronavirusdan öldü, 380 yeni yoluxma
Azərbaycanda daha 2 nəfər koronavirusdan öldü, 270 yeni yoluxma
Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı artdı
Azərbaycanda COVİD-19-a yoluxma bir qədər də azaldı - STATİSTİKA
Azərbaycanda yoluxma kəskin azaldı
Azərbaycanda son sutkada 799 nəfər virusa yoluxub, 26 nəfər vəfat edib
Azərbaycanda son sutkada "korona"ya yoluxanların sayı
Azərbaycanda koronavirusa rekord yoluxma qeydə alındı
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Son sutkada Azərbaycanda neçə nəfər koronavirusa yoluxub?
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı, 12 nəfər öldü
Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlandı