Daha bir qazimiz yüksək vəzifəyə TƏYİN OLUNDU
2-03-2021, 18:03
123

Daha bir qazimiz yüksək vəzifəyə TƏYİN OLUNDU

İsmayıllı Rayon İcra Hakimiyyətində (RİH) daha bir qazi yüksək vəzifəyə təyin olunub.
"Report"un məlumatına görə, icra başçısı Nahid Bağırovun sərəncamına əsasən, Süleymanov Əlişir Muxibbi oğlu RİH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ə.Süleymanov 15 mart 1974-cü ildə Özbəkistan Respublikası Daşkənd vilayətinin Buka rayonunda anadan olub. Hazırda İsmayıllı rayonunun Qoşakənd kəndində yaşayır. 1996-cı il tarixində Bakı Ali Birləşmiş Komandirlər məktəbinin taktiki motoatıcı qoşunları komandiri (zirehli tank və avtomobil texnikasının istismarı üzrə mühəndis) ixtisasi üzrə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 1992-2016-cı illərdə Azərbaycan ordusunda müxtəlif hərbi vəzifələr üzrə ön cəbhədə xidmət etmiş Ə.Süleymanov 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılmışdır. 22 iyun 2006-cı il tarixində "Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 26 iyun 2008-ci il tarixində "Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, 05 iyul 2019-cu il tarixində "FƏDAİ” medallarına layiq görülüb. II qrup Qarabağ Müharibəsi əlilidir. 15 may 2020-ci il tarixindən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş mütəxəssis-komendant vəzifəsində çalışıb.
Ailəlidir, 3 övladı var.

Oxşar xəbərlər

Prezidentin səfir təyin etdiyi Nərgiz Qurbanova kimdir? - DOSYE
Nəsimi Rayon İcra Hakimiyyətində yeni şöbə müdiri TƏYİN EDİLİB
İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...
Yeni mədəniyyət naziri kimdir? - DOSYE
Nazir bu rayon postlarının komandirlərini dəyişdi
Əli Həsənovun qardaşı da işdən çıxarıldı
General Hikmət Mirzəyevin bu günə qədər aldığı orden və medallar - SİYAHI
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Prezident Əhməd İsmayılovu yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM
Mirqafar Seyidovun vəzifəsini o icra edəcək
Azərbaycanda yüksək vəzifəyə təyinat - FOTO
Binəqədinin icra başçısına yeni müavin təyin edildi
Vətən müharibəsi iştirakçısına İcra Hakimiyyətində vəzifə verildi
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Goranboy İcra Hakimiyyətində yeni TƏYİNATLAR
Vətən Müharibəsi Qəhrəmanı - Şəhid kapitan (FOTO)
Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür
İcra başçısına yeni müavin təyin edildi
Daha iki qaziyə icra hakimiyyətində vəzifə verildi - ADLAR
İcra başçısı onu özünə birinci müavin təyin etdi
Prezidentin təltuf etdiyi general Tofiq Hüseynov KİMDİR?
Faiq Ağayev sədr müavini təyin olundu
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Tanınmış vəkil vəzifəyə TƏYİN EDİLDİ
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
Yaralı halda əraziləri minadan təmizləyən qəhrəman zabit - Video
DTX-nın həbs etdiyi rəisi o əvəzlədi - Nazirlikdə yeni təyinat (FOTO)
MM Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat