Dələduz, saxta general azadlığa buraxıldı
2-03-2021, 18:17
208

Dələduz, saxta general azadlığa buraxıldı

Nərimanov rayon məhkəməsində Bakıda özünü "general-mayor" kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Ələkbərovun işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F. Ələkbərova təqsirləndirildiyi 3 maddədən biri üzrə bəraət alıb. Belə ki, F. Ələkbərova qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədilməklə), 178.2.4-cü (Külli miqdarda ziyan vurmaqla dələduzluq etmək) və 320.1-ci (saxta sənəd hazırlama və satma) ittiham irəli sürülsə də, məhkəmədə onun saxta sənəd hazırlamaq və satması sübuta yetirilmədiyindən ona qarşı irəli sürülən bu ittiham üzrə bəraət verilib. Məhkəmə digər iki maddəni əsas gətirərək F. Ələkbərova 1 il 1 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Təqsirləndirilən şəxs barəsində seçiklmiş həbs qətimkan tədbiri ləğv edilib və o məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmənin qərarı ilə razılaşmayan F. Ələkbərov qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.
Bakı Pellyasiya Məhkəməsində şikayət araşdırılıb və qismən təmin edilib. Məhkəmənin qərarı ilə F. Ələkbərovun barəsindəki azadlığın məhdudlaşdırılması qərarı 2 min manat cərimə ilə əvəzlənib.
Xatırladaq ki, 2019-cu il sentyabrın 22-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat tədbiri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Firdovsi Ələkbərov general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı (İnternational Human Rights Defence Committee) beynəlxalq təşkilatın Paris Departamenitinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərək insanları buna inandırıb.
Daha sonra o, ayrı-ayrı zərərçəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara general, polkovnik və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyərək onları aldadıb. Bu üsulla F.Ələkbərov zərərçəkənlər İ.Ağayevdən 24976 manat, T.Musayevdən 3000 manat və E.Axundzadədən 6000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Əvəzində isə zərərçəkmiş şəxslərə həmin təşkilatın adından qanunsuz hazırlanmış saxta diplomatik pasport, saxta vəsiqə və digər saxta sənədlər satıb.
F.Ələkbərovun Nəsimi rayonunda yerləşən ofisinə baxış zamanı təşkilatın adından qanunsuz hazırlanmış özünə aid saxta diplomatik pasport, saxta xidməti vəsiqə, müxtəlif saxta sənədlər, iki dəst general forması və digər madi sübutlar aşkar edilərək götürülüb. Qeyd edək ki, F.Ələkbərov zərərçəkənlərdə inam yaratmaq məqsədi ilə müxtəlif sosial şəbəkələrdə səhifələr yaradaraq general formasında şəkillərini də paylaşıb.
Faktla bağlı Baş İdarədə F.Ələkbərov barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 320.1 (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər

Vəzifəli şəxs məhkəmə zalında həbs edildi
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
Rasim Məmmədov bu gün məhkəmə qarşısına ÇIXARILACAQ
Bakıda "general" həbs edildi
Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçildi
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı
Sabiq hakim 100 min manatlıq dələduzluqda ittiham edilir
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ
Özünü məmur kimi təqdim edib dələduzluq edən şəxs HƏBS EDİLDİ
İki il əvvəl həbsdən çıxan şirkət rəhbəri yenə dələduzluqda ittiham edilir
Sabiq hakim Lətif Nəbiyev yarım milyon manatı niyə alıb? – Təfərrüat
AXCP üzvünə hökm oxundu –Məhkəmə
10 milyonluq mənimsəmə - Həbs edilən direktor hakim qarşısında
Dələduzluq edən "vəzifəli şəxs" SAXLANILDI
DSMF-nin 7 vəzifəli şəxsi hakim qarşısında
XİN-in sabiq vəzifəli şəxslərinin ev dustaqlığının müddəti uzadıldı
Keçmiş nazir dövlətə vurduğu ziyanı ödədi - Azərbaycanda BİR İLK
Professor oğlu olan universitet müəllimi külli miqdarda dələduzluqda ittiham olunur
Generalın şikayəti təmin edilməyib
Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin məhkəməsi başlayıb
Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək - TƏFƏRRÜAT
Bələdiyyə sədri ittihamları qəbul etmir: Saxta arayışlarda imzam olmayıb
Azərbaycanda iş adamlarının qızıl fırıldağı — ŞOK TƏFƏRRÜAT
Baş prokuror protest verdi: Vəzifəli şəxsin hökmü ləğv edildi - TƏFƏRRÜAT
Bu gün Eldar Həsənovun ev dustaqlığına buraxılmasına dair şikayətinə baxılacaq
Prokuror hökumət əleyhinə çağırışlar edən Elvin İsayevə cəza istədi
Ermənistanda sabiq nazir müavini də daxil olmaqla, 12 nəfər həbs edildi
Vüqar Səfərli ilə birgə həbs olunan Nadir Məmmədov apelyasiya şikayəti verdi