“Azəriqaz”ın ənənəvi “qazlama” əməliyyatı: - “Abonent smart sayğacın yerinə qaytarılmasını tələb edə bilər"
3-03-2021, 11:58
112

“Azəriqaz”ın ənənəvi “qazlama” əməliyyatı: - “Abonent smart sayğacın yerinə qaytarılmasını tələb edə bilər"

Məlumdur ki, “Azəriqaz” İstehsalat Birliyinin smart sayğacları mexaniki sayğaclarla əvəzləməsi ilə bağlı kütləvi şikayətlər var.

Abonentlər mexaniki sayğacların daha çox sərfiyyat yazdığını bildirirlər. Şikayət və narazılıqlar mətbuat və sosial şəbəkələrdə dəfələrlə gündəmə gəlsə də, “Azəriqaz” “işindən qalmır”, sayğac dəyişdirmə əməliyyatları davam etməkdədir.

Maraqlıdır, abonent buna etiraz edərək, smart tipli sayğacın saxlanılmasını və ya yerinə qaytarılmasını tələb edə bilərmi?

Hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında xatırladıb ki, “Azəriqaz” sayğacların dəyişdirilməsini onların istismar müddətinin bitməsi ilə əlaqələndirilir:

““Azəriqaz”-ın açıqlamasına görə, abonentin narazılığı olduğu halda yenidən smart sayğaclar qaytarılıb yerinə quraşdırılır, yəni qurum bundan imtina etmir. Hələ ki, elə bir şikayət eşitməmişəm ki, abonent köhnə sayğacını qaytarmaq istəsin, amma “Azəriqaz” bundan imtina etsin. Hüquqi cəhətdən də abonent bunu tələb edə bilər”.

Hüquqşünas deyir ki, amma problem ondadır ki, smart sayğaclar da etibarlı deyil və “Azəriqaz” tərəfindən aparılıb geri gətirildikdən sonra qurumun daha çox sərfiyyat yazması üçün sayğaca müdaxilə edə biləcəyi ilə bağlı ehtimal yarana bilər:

“Buna da əsas verən odur ki, istənilən sayğacın ölkəyə gətirilməsi, quraşdırılması, onlara nəzarət bir əldədir. Bu düzgün deyil. Ölkədə bütün ölçü, çəki cihazlarına nəzarət edən xüsusi bir qurum olmalıdır. O zaman insanlarda buna etimad yaranar. Sovet dövründə belə bir qurum vardı. “Azəriqaz”-ın özünün ixtiyarı olmamalıdır ki, sayğacların işləmə standartlarını özü yoxlasın. Abonentlərin həmin quruma müraciət etmək imkanı olmalıdır. Çünki indi bu cür şikayətlər həddindən artıq çoxdur. Həm də yalnız qaz sayğacları ilə bağlı deyil, su sayğacları, marketlərdəki ölçü cihazları bağlı da narazılıq var. Hesab edrəm ki, belə bir qurumun yaranmasına çoxdan ehtiyac yaranıb”.

Oxşar xəbərlər

“Azəriqaz” rəsmi izahat verməlidir - ETİRAZ
"Azəriqaz"dan sayğaclarla bağlı açıqlama - VİDEO
Deputatdan sayğaclarla bağlı açıqlama: “Mənə çoxsaylı müraciətlər olur”
Mexaniki sayğaclar kimin marağına XİDMƏT EDİR? - qiymət artımının bir növüdür...
“Azəriqaz”ın qanunlara zidd sayğacdəyişmə əməliyyatı – Ay yarıma 162 manat...
"Azəriqaz" bizi necə qazlayır... - Gizli sövdələşmə İDDİASI...
Bu gündən yeni qaz sayğaclarının quraşdırılmasına başlanılır
Sayğaclarda limit fırıldağı – “Azəriqaz”ın məsuliyyətsizliyi, yoxsa maxinasiya? – ŞİKAYƏT
Əhalini donduran “Azəriqaz”ın “qış nağılı”: - İnsanlar bu "nağıla" inanmır
Yeni qaz sayğacları haqda rəsmi açıqlama: Əgər artıq pul hesablayırsa…
Qaz limitini keçənlərin DİQQƏTİNƏ: Bu gün yükləyəcəyiniz balans...
"Azəriqaz"da korrupsiya şəbəkəsi iş başında - NARAZILIQ!
"Azəriqaz" yeni ilə belə girdi... - Yenə də şikayətlər...
"Maraqlıdır, nə bəhanə uyduracaqsınız?" - "Azəriqaz" abunəçisini heyrətləndirir...
“Azəriqaz” yaxasını kənara çəkir - Öz başınıza çarə qılın
Qaz sayğacları "Bakıxanov Rezidens"də 500 manata satılır - GİLEY
“AAAF Park”da daha bir problem - “4 ildir qazsız qalmışıq”
“Azəriqaz”dan Misir Mərdanovun ailəsi ilə məhkəmə çəkişməsinə açıqlama gəldi...
"Azəriqaz”ın xalqa xidmət nümunəsi: Qazlaşdırma üçün hər evdən 8 000 manat rüşvət tələb olunur... - Video
Vətəndaş “Azəriqaz”ın əlindən fəryad edir: - “Allahdan qorxmursunuz?
Heç kimin yaşamadığı evə 30 azn qazpulu gəlib - NARAZILIQ!
Ruslan Əliyev Əli Kərimliyə narazı elektorat toplayır? — SAYĞAC MAXİNASİYASI
“Azəriqaz” Gəncədə rəsmi maxinasiyalara başladı - İLGİNC FAKT
"Azəriqaz" özünə yeni QAZANC YERİ TAPIB? - Yeni sayğaclar alınması vacibdirmi?
“Allah üzünüzü heç ağ eləməsin, ay “Azəriqaz” – Narazılıq getdikcə artır
"Azəriqaz"da total islahatlar gözlənilir - Kimlər işsiz qalacaq?
"Azəriqaz" elə Əkbər Hacıyevin dövründəki kimi işləyir... - FAKT BUDUR!
Vətəndaşları "sayğac əməliyyatı" ilə bezdirən “Azəriqaz”ın sədr müavininin BİZNES ŞƏBƏKƏSİ - İLGİNC FAKTLAR
Qaz sayğacları ilə bağlı mühüm açıqlama
İşıqla bağlı əhaliyə VACİB AÇIQLAMA