Metro açıla bilər: infrastrukturda yoxlamalara başlanıldı
3-03-2021, 12:08
80

Metro açıla bilər: infrastrukturda yoxlamalara başlanıldı

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin qəbul etdiyi qərara müvafiq olaraq sərnişindaşıma fəaliyyətində yaranmış fasilə nəzərə alınmaqla, Bakı metropoliteninin bütün infrastrukturu normal iş rejimi şəraitində yoxlanılacaq.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, mart ayının 6-7-də həyata keçiriləcək tədbirlər çərçivəsində bütün metropoliten xətlərində qatarlar müəyyən edilmiş qrafikə uyğun qaydada hərəkət edəcək. Eyni zamanda hərəkətin təşkili, idarə olunması və nizamlanması, elektrik təchizatı, habelə digər mühəndis-texniki qurğu, avadanlıq və sistemlər adi iş rejimi vəziyyətinə gətiriləcək.
Tədbirin həyata keçirilməsində məqsəd optimal iş rejimi şəraitində metropolitenin infrastrukturunu, o cümlədən qeyd edilən sistem və qurğuların fəaliyyətini texniki-normativ tələblərə uyğun yoxlamaqla qiymətləndirməkdir.
Mühüm məsələlərdən biri kimi, maşinist heyətinin və digər aidiyyəti işçi personalının peşə vərdişlərinin yoxlanılaraq dövrü qiymətləndirilməsi də təmin olunacaq.
Bu tədbirlər Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin daim hazır vəziyyətdə saxlanılmasına xidmət edir. Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində Bakı metrosunda sərnişindaşıma fəaliyyəti yalnız Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir.

Oxşar xəbərlər

Bakı metropoliteni fəaliyyətə hazırdır - bəs nə vaxt açılacaq?
Turizm agentliyinin sədrindən hotellərə üz tutanlara MÜRACİƏT
Hotellərə xəbərdarlıq edildi
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
Bakı metrosu bu tarixdən açılır
Azərbaycan karantin daha da yumşaldıldı - Kafe və restoranlar açılır
Bakı metropoliteni gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Azərbaycanda deputatlar vaksinasiya olunacaq
Azərbaycanda əyani dərslər bərpa olunur
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı
Bakı metrosu 72 gün sonra - FOTOLAR
Türkiyə yenidən “Evdə qal!” rejiminə keçdi
Bu yollarda sürət həddi endirildi
Dünən karantini pozan 3 mindən çox insan CƏRİMƏLƏNİB
Postlardan 4 min maşın geri qaytarıldı
Postlardan 4 min maşın geri qaytarıldı
Bakı metrosu bu gündən BAĞLANIR
Postlardan 2315 maşın geri qaytarıld - 3 nəfər həbs olundu
DİN-dən rayonlara getmək istəyənlərə XƏBƏRDARLIQ
AQTA 155 obyektdə pozuntular aşkarladı
“8 Noyabr” stansiyasından - Fotolar
Metrodan istifadə ilə bağlı YENİ QAYDALAR
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Sabahdan uşaq bağçaları açılır - bu rayon və şəhərlər istisna olmaqla
Daxili İşlər Nazirliyindən əhaliyə SƏRT XƏBƏRDARLIQ
Xüsusi karantin rejimi ilə bağlı yoxlamalara başlanıldı - FOTO
DİN vətəndaşlara xəbərdarlıq etdi - Video
Bakının bu yollarında sürət həddi endirildi
Bakı metrosunda qatarların hərəkətində gecikmələr müşahidə olunur
200 gündür bağlı olan metroda hansı işlər görülüb? - Rəsmi açıqlama