Şəmkirdə 120 nəfərlik toy edənlər saxlanıldı - VİDEO
3-03-2021, 12:23
220

Şəmkirdə 120 nəfərlik toy edənlər saxlanıldı - VİDEO

Şəmkir rayonunda toy edən şəxslər məsuliyyətə cəlb olunub.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir RPŞ-yə rayon ərazisində yerləşən “Pavlovniya” restoranında 120 nəfərdən ibarət toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları və restoranın inzibatçısı saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.
Mərasim iştirakçılarından 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.
Restoran sahibi və digər 3 əməkdaşı barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Digər şəxslər ilə izahedici-profilaktiki söhbətlər aparılaraq, onlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydaları məlumat verilərək bu kimi hallara bir daha yol verilməməsi barədə xəbərdarlıq edilib.


Oxşar xəbərlər

Polis toyu yarımçıq saxladı - 10 nəfər cərimələndi
Toy yarımçıq dayandırıldı, qonaqlar cərimələndi
Polis qızına nişan keçirən atanı cərimələdi
Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər saxlanıldı
Evdə toy edənlər cərimələndi
Gəncədə gizli şagird hazırlaşdıran müəllim cəzalandırıldı
Xocalı polisi gizli qumarxana aşkarladı
Kafedə karantini pozan 12 nəfər polis şöbəsinə gətirildi
Gizli şəkildə xınayaxdı mərasimi keçirənlər saxlanıldı - FOTO
Yas mərasiminə qatılan 17 nəfər saxlanıldı - Fotolar
Gecə saatlarında işləyən restoranın sahibi həbs edildi
"Ləzzət" kafesi qanunsuz işləyirmiş
Evdə qumar oynayanlar cərimələndi
Karantini pozan çayxana aşkarlandı, 15 nəfər cərimələndi
Gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Yas mərasimi təşkil edən şəxs cərimələndi
Daha bir rayonda toy edənlər cərimələndi
Çayxana sahibi və müştəriləri polis şöbəsinə gətirildi
Xaçmazda gizli toy keçirən şəxslər saxlanılıb
Bakıda “Aşura” mərasimi keçirmək istəyənlər saxlanıldı
Gecə iki çayxana işlədi - Sahibkar və müştərilər saxlanıldı
Bakıda “Dostlar” kafesi, Sumqayıtda "Power gym" qanunsuz işləyirmiş - VİDEO
Gizli işləyən çayxana aşkarlandı
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Koronavirusdan ölən ərinə ehsan verən qadın cərimə olundu
Evində toy təşkil etdi: Qonaqlardan əvvəl polis gəldi
Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb
Karantin rejimini pozan çayxana aşkarlandı
Qobustanda karantin qaydalarını pozan kafe aşkar edilib
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib