Rəsmi Bakıdan bəzi avropalı parlamentarilərin qətnamələrinə CAVAB
3-03-2021, 13:26
57

Rəsmi Bakıdan bəzi avropalı parlamentarilərin qətnamələrinə CAVAB

Hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunması ilə bölgədə yaranmış yeni vəziyyətdə, dayanıqlı sülhün əsas təminatçısı qismində çıxış edən üçtərəfli bəyanatların həyata keçirilməsi olduqca vacibdir və bölgəmizdə sülhü arzulayan hər hansı tərəf məhz bu razılaşmaların icrasına istər bəyanatları, istərsə də fəaliyyəti ilə töhfə verməlidir.
Bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəzi Avropa ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərlə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, Vətən müharibəsindən sonra bölgədə yaranan yeni vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası sadəcə bölgə ölkələrinin deyil, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxladığı məsələlərdəndir:
"Azərbaycan tərəfi hər zaman bəyan edib və bir daha vurğulayırıq ki, bölgədə dayanıqlı sülh və təhlükəsizliyin, inkişafın təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi vacib şərtdir. Doğru qeyd edirdiniz, son günlərdə bəzi Avropa ölkələrinin qanunverici qurumları bölgədəki vəziyyət və razılaşmaların icrası ilə bağlı sənədlərlə çıxış edirlər. Bu ilin 2 mart tarixində İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında “Ermənistan və Azərbaycan arasında razılaşmanın yerinə yetirilməsi vəziyyəti haqqında” qətnamə qəbul olunub. Qətnamədə hər iki tərəfə müraciət edilərək, tərəflər konstruktiv fəaliyyətə dəvət olunurlar. Balanslaşdırılmış mövqe nümayiş etdirən İtaliya Parlamenti İtaliya hökumətinə Ermənistan və Azərbaycan arasında gələcək barışıq şəraitinin yaranması üçün etimad quruculuq tədbirlərini təşviq etmək istiqamətində hər iki dövlətlə ikitərəfli səviyyədə iş aparmağı tapşırıb. Burada ən önəmli məsələ kimi, Parlamentin ərazilərin minalardan təmizlənməsi məsələsinə diqqət ayırdığını və bu xüsusda minalanmış ərazilərin xəritələrinin verilməsini qeyd etdiyini vuruğulamaq istərdim. Ümumiyyətlə, bildiyiniz kimi, artıq ikinci dəfədir ki, İtaliya Parlamenti üçtərəfli bəyanatın icrası ilə bağlı məsələyə diqqət ayırır. Bir müddət öncə 18 noyabr 2020-ci il tarixində qəbul olunmuş qətnamədə də sözügedən birgə bəyanatın imzalanması alqışlanmış və tərəflər, bu bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməyə dəvət olunmuşdular".
L.Abdullayeva qeyd edib ki, bununla yanaşı, bu ilin 25 fevral tarixində Niderland Parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən “Azərbaycan tərəfindən həbs edilmiş hərbi əsirlərin azad edilməsi ilə bağlı” Niderland hökumətinə çağırış edən qətnamə qəbul olunmuşdu:
"Niderland Parlamentinin növbəti əsassız və tamamilə birtərəfli xarakter daşıyan bu sənədi Komitənin hər zaman qərəzli mövqeyi ilə tanınan üzvlərinin canfəşanlığı nəticəsində qəbul olunub. Qeyd etmək istərdim ki, qətnamənin müzakirəsi zamanı iclasda çıxış edən Niderland xarici işlər naziri Stef Blok qətnamənin əleyhinə çıxış etmiş, həm Ermənistan, həm də Azərbaycanın hərbi əsirlərlə bağlı qarşılıqlı iddialarının olduğunu söyləmiş və qətnamədə hər iki tərəfə çağırışın edilməsi düzəlişini təklif etmişdir. Buna rəğmən qətnaməyə düzəliş edilməmişdir. Bu, bir daha bəzi ölkələrin parlamentarlarının öz qərəzli mövqelərini hər şeydən, hətta bölgədə sülhün təmin olunması səylərindən üstün tutduqlarını göstərir".

Oxşar xəbərlər

Azərbaycan XİN Ermənistana cavab verdi
Azərbaycan XİN-dən Kanada Xarici İşlər nazirinə CAVAB
Ceyhun Bayramov italyan həmkarı ilə telefonla danışdı
Xocavənddə 62 nəfərlik diversiya qrupu saxlanılıb - RƏSMİ AÇIQLAMA
Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının görüşü olacaq
Azərbaycanla Ermənistan arasında viza məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanlıların sülhməramlılara münasibəti açıqlandı
"Azərbaycan siyasi müstəvidə də uğur qazanıb" - Ceyhun Bayramov
Azərbaycan XİN-dən Belçika Parlamentinin qəbul etdiyi qətnaməyə CAVAB
Azərbaycan XİN-dən Ermənistana CAVAB
Ceyhun Bayramov İsrail səfiri ilə Qarabağ məsələsini müzakirə etdi
Azərbaycan ABŞ Dövlət Departamenti və Konqresə məktublar ünvanlayıb - RƏSMİ
Azərbaycan XİN Fransa XİN rəhbərinin bəyanatına cavab verdi
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşdü
Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə danışdı
“Bu, bölgədə sülh üçün atılan ən böyük addımdır” - Çavuşoğlu
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
Azərbaycan XİN Ermənistana cavab verdi
Ceyhun Bayramov Pakistanda...
Ceyhun Bayramov Roberto Mardini ilə görüşdü
İranın Xarici İşlər naziri cəbhədəki gərginlikdən narahatlığını ifadə etdi
SON DƏQİQƏ: Rəsmi Bakı Laçın dəhlizi ilə bağlı açıqlama yaydı
Ceyhun Bayramov Əfqanıstanın XİN başçısı ilə müzakirə aparıb –XİN-dən açıqlama
Azərbaycan Türkiyənin addımlarını qətiyyətlə dəstəkləyir – XİN
Ceyhun Bayramov Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşdü
Rusiya XİN-dən Qarabağa dair YENİ AÇIQLAMA
Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verib
İlham Əliyev Putinə zəng etdi
Azərbaycan XİN İzmirdəki zəlzələ ilə bağlı açıqlama yayıb
Azərbaycan Ermənistana xəbərdarlıq etdi - Nə baş verir?