Bakıda iki "haker" tutuldu: "06" ilə... - VİDEO
3-03-2021, 15:28
77

Bakıda iki "haker" tutuldu: "06" ilə... - VİDEO

Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində quraşdırılan içərisində 3953 manat pul vəsaiti olan “E-manat” ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə barədə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Qısa zamanda “isti” izlərlə həyata keçirilən əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Məmməd Kazımov və Emil Həmzəyev saxlanılıblar.  
Araşdırma zamanı müəyyən edilib k, bu şəxslər oğurluğa M.Kazımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə gediblər. Hadisədən əvvəl onlar avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirmək üçün Sabunçu rayonunda başqa bir “Chevrolet” markalı nəqliyyat vasitəsinin nömrələrini oğurlayıblar. Daha sonra idarə etdikləri avtomobilə həmin dövlət qeydiyyat nişanlarını bağlayaraq Binəqədi rayonunda qeyd edilən oğurluq hadisəsini törədiblər. M.Kazımov və E.Həmzəyev ödəmə terminalını Masazır qəsəbəsi ərazisində yerləşən qəbirstanlığın ərazisində qıraraq içərisində olan pulu ələ keçiriblər. E.Həmzəyev hadisədən sonra oğurlanan pulun bir qismi ilə özünə məxsus “Khazar” markalı avtomobilin kredit borcunu ödəyib.
Qeyd edək ki, saxlanılan şəxslərin marketdən ödəmə terminalını oğurladığı anlar müşahidə kameraları vasitəsi ilə anbaan qeydə alınıb.
Bu şəxslərin ətraflarında araşdırma aparılan zaman onların elə həmin gün Nəsimi rayonunda yerləşən mağazalardan birindən 400 manat oğurladıqları məlum olub.
Faktla bağlı 6-cı Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. M.Kazımov və E.Həmzəyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə DİN-in “102” Zəng Mərkəzi  ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.


Oxşar xəbərlər

Bakıda avtomobil oğurlayan dayı və bacıoğlu tutuldu
Bakıda mağazadan 7500 manatlıq oğurluq edən şəxs saxlanıldı
Binəqədi rayonunda xanım sürücünün yolunu kəsən şəxs 20 sutka həbs edildi - DİN
Bakıda avtomobildən oğurluq edildi
Bakıda avtomobil qaçıran şəxslər qəza törətdi
Mağazalarda müştəriləri qarət edən dəstə ələ keçdi - Video
İşlədiyi marketdəki terminaldan oğurluq etdi
Bakıda moped oğurlayan şəxslər tutuldu - FOTO
Polis oğurluq edən 3 qardaşı saxlayıb
Bakıda qadını şantaj edən şəxs saxlanılıb
Bakıda və Şamaxıda evlərdən oğurluq oldu
Qəbristanlıqdan 2 000 manatlıq oğurluq edən şəxs saxlanıldı
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı - FOTO
Bakıda mağazadan oğurluq edənlər tutuldu
Paytaxtda marketlərdən, ofislərdən oğurluq edən şəxslər yaxalanıb
Bakıda yataq xəstəsi olan qadına qarşı soyğunçuluq edildi - VİDEO
Bakıda evdən 5 min manatlıq oğurluq edildi
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - FOTO
Polis əməliyyat keçirdi - saxlanılanlar var
Oğurluq edən şəxs avtomobilində yaxalandı - VİDEO
Cəbrayıl polisi Bakıda əməliyyat keçirdi: Qardaşlar 4 kq narkotiklə tutuldu
DİN-dən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR
Bakıda qadın parkda qarət edildi
Bakıda azyaşlı qızların sırğalarını oğurlayan şəxslər saxlanıldı
Bankomat kartından oğurluq edənlər tutuldu
Bakıda maskalılar sürücünün 10 min dollar pulunu alıb
Nəsimi rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb
Bakı sakininə qarşı qeyri-adi soyğunçuluq - “Topaz” kuponu zorla əlindən alınıb
Bakıda piyadanı vurub qaçan şəxsin GÖRÜNTÜLƏRİ YAYILDI
Bakıda qapı-pəncərə sexindən oğurluq edən şəxslər saxlanıldı