Bakıda aksiz markası olmayan külli miqdarda siqaret satan şəxs saxlanılıb - VİDEO
3-03-2021, 17:44
98

Bakıda aksiz markası olmayan külli miqdarda siqaret satan şəxs saxlanılıb - VİDEO

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinə əvvəlcədən daxil olan məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində, Bakı şəhəri Nəsimi rayonu ərazisində Azərbaycan Respublikası vətəndaşı idarə etdiyi "Kia Sorento” markalı nəqliyyat vasitəsində olan siqaretləri şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.
 Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa yük yerində 5 ədəd karton qutuların içərisində Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan 1470 qutu "Parliament Silver Blue”, 1030 qutu "Parliament Agua Blue” markalı siqaretlər həmçinin, avtomobilin arxa yük yerinin döşəməsinin altında olan zavod konstruksiyasında nəzərdə tutulmuyan boşluqdan 990 qutu "Marlboro Touch”, 20 qutu "Sobranıe superslims less smoke smell”, 4 qutu "Marlboro touch less smell” markalı siqaretlər aşkar edilib.
Avtomobilin sürücüsü şifahi sorğu-sual zamanı Abşeron rayonu, Masazır qəsəbəsində qohumunun yaşadığı fərdi yaşayış evində əlavə olaraq Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan siqaretləri saxladığını bildirib. Dərhal əməliyyat tədbirləri davam etdirilərək qeyd edilən əraziyə baxış keçirilib, daha 8 ədəd karton qutularda Azərbaycan Respublikasının müvafiq aksiz markası ilə markalanmayan 1000 qutu "Parliament Silver Blue”, 500 qutu "Parliament Agua Blue”, 1980 qutu "Marlboro touch” və 500 qutu "Marlboro double mix” markalı siqaretlər aşkar edilib.
Bununla da, hüquqpozma predmeti olaraq, ümumilikdə 7494 qutu xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Oxşar xəbərlər

Siqaretləri ehtiyat təkərinin içərisində keçirmək istədi
Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər müsadirə olundu
Külli miqdarda pirotexniki vasitələr aşkarlandı - Video
Külli miqdarda dərman preparatları aşkarlandı - FOTOLAR
Ölkəyə qanunsuz yolla siqaret keçirmək istədi
Külli miqdarda ətirlər keçirmək istədilər
Gömrükçülər 16 ədəd "İphone" markalı mobil telefonlar aşkarladı
Ölkəyə qanunsuz yollarla siqaret keçirilməsinin qarşısı alındı
İstanbuldan Bakıya qızıl sikkələr gətirən şəxs tutuldu - Video
Gömrükdə külli miqdarda narkotik aşkarlandı - VİDEO
Gürcüstandan gələn "Opel"də siqaret və spirtli içkilər aşkarlandı
Sərhəddən tapança keçirmək istədilər - FOTO
Külli miqdarda brilliant qaşlar aşkar edildi - VİDEO
“Gəncə paxlavası”ndan 105 min dollar çıxdı
Dünyanın ən təhlükəli narkotiki - Onları Azərbaycana gətirən qadın həbs olunu + Video
Gömrükçülər avtomobildə dərman preparatları aşkarladılar
DİN əməliyyat keçirdi - Silahlı şəxslər saxlanıldı
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
Bakıda 1000 manata tapança satmaq istəyən şəxs saxlanılıb
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb
Polis əməliyyat keçirdi - saxlanılanlar var
Uşaq şirniyyatlarının içində qadağan olunmuş maddələr aşkarlandı - FOTOLAR
Ölkəyə gizli yolla 243 ədəd kosmetik vasitələr keçirmək istədi
Bakıda narkotik satan qadın saxlanıldı
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO
DİN əməliyyat keçirdi - Külli miqdarda narkotik aşkarlandı
DİN-dən Bakıda ƏMƏLİYYAT: Saxlanılanlar var