"Pakistan ölkəmizin ərazisindən keçən nəqliyyat marşrutlarına qoşulacaq" - Ali Baş Komandan
3-03-2021, 21:12
80

"Pakistan ölkəmizin ərazisindən keçən nəqliyyat marşrutlarına qoşulacaq" - Ali Baş Komandan

"Əvvəlcə, müharibə zamanı nümayiş etdirilən həmrəyliyə və dəstəyə görə qardaş Pakistana təşəkkürümü ifadə etmək istəyirəm. Torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibə 44 gün çəkdi və Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatdı. Biz 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdik".
Bunu Prezident İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.
"Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi. Pakistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının tərəfdarı kimi çıxış etdi və Ermənistanın təcavüzünü pislədi. Bu, həqiqi qardaşlıq və dostluğun nümunəsi idi. Yəqin bilirsiniz ki, Azərbaycanda insanlar Pakistan xalqı ilə, ölkənizlə bağlı öz hisslərini nümayiş etdirdilər, müharibə zamanı Pakistan bayraqlarını dalğalandırdılar. Bu, bir daha bizim birlik və qardaşlığımızı nümayiş etdirir.
Ölkələrimiz arasında əlaqələrin uzun tarixi var. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir və Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Xalqımız bundan xəbərdardır və biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək tərəfimizdən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının videokonfrans formatında Zirvə toplantısı keçiriləcək və biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığı müzakirə edəcəyik. İkitərəfli münasibətlərimizə bir daha toxunaraq qeyd etmək istəyirəm ki, biz diqqətimizi iqtisadiyyat sahəsində cəmləşdirəcəyik. Buraya energetika və nəqliyyat sahəsi aiddir. Biz ümid edirik ki, Pakistan ölkəmizin ərazisindən keçən mövcud və yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq. Beləliklə də, biz əməkdaşlığımızı bu sahədə də genişləndirmiş olacağıq", - dövlət başçısı bildirib.

Oxşar xəbərlər

Prezident Pakistanın Baş Qərargah rəisini videoformatda qəbul etdi
Pakistan generalı Azərbaycana gəldi
"Biz sülh istəyirik" - Prezident
Azərbaycanla Pakistan birgə hərbi təlimlər keçirəcək
Pakistandan Azərbaycana növbəti dəstək
Qardaş Azərbaycanı dəstəkləyirik - Pakistan XİN
Pakistanın Baş Qərargah rəisindən Qarabağla bağlı AÇIQLAMA
"Qələbəmiz dövlətimizin gücünü nümayiş etdirdi" - İlham Əliyev
Fransa səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırıldı
Azərbaycanla Pakistan arasında saziş imzalandı
"Buna görə sizə çox minnətdarıq" - Dövlət başçısı
Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının görüşü olacaq
"Azərbaycan bizim əzəli dostumuzdur" - Pakistan XİN
“Paşinyan Pakistan xalqından üzr istəməlidir” - Rəhman Məlik
Ceyhun Bayramov Pakistana səfər edəcək
Səfir Bakı meriyasında - FOTO
ABŞ-a görə 70 min pakistanlı öldü – İmran Xan
Kəşmirdə nə baş verir? – Hindistan PUA-sı vuruldu
Yenidənqurma işləri ilə bağlı ilk müqavilə bağlanan şirkətlər bəlli oldu
Qardaş Azərbaycan xalqını təbrik edirik - Pakistan XİN-dən açıqlama
Pakistandan Ermənistana: Dərhal Qarabağdan geri çəkil...
Pakistan prezidenti Azərbaycan xalqını və hökumətini təbrik etdi
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
Ceyhun Bayramov Pakistanda...
“Global Media Group”un işçiləri “YAŞAT” Fonduna ianələr barədə qərar qəbul etdi
"Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir" - İlham Əliyev
Prezident ermənilərin Gəncəni ballistik raketlərlə atəşə tutmasından DANIŞDI
"Azərbaycan xalqı qardaş Türkiyənin qəti və birmənalı dəstəyinin bir daha şahidi oldu" - Prezident İlham Əliyev
"Axı, atəşkəs barədə yalvaran onlar idi..." - Ali Baş Komandan
Pakistandan Türkiyəyə dəstək: Ən qısa zamanda...