Paytaxtın ən iri poladəritmə istehlakçısı olan "Baku Steel Company" zavodunda bu ilin fevralından istehsal dayandırılıb.

Nəhayət uzun çəkən fasilədən sonra “Baku Steel Company” şirkətinin rəhbərliyində ciddi dəyişikliklər həyata keçirilib. 

Gundelik-baku.com xəbər verir ki, indiyə kimi şirkətin qeyri-rəsmi sahibi Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev olsa da, artıq o bu zavoda nəzarəti itirib.


Şirkətin idarəetməsinə Nüsrət Məmmədovun gəlişi gözlənilir.

Qeyd edək ki, o əvvəllər "Baku Steel Company"-nın rəhbərliyində təmsil olunmuşdu və həmin dövrdə zavod yüksək nəticələr əldə etmişdi.

Ekspertlərin proqnozuna görə Nüsrət Məmmədovun rəhbərliyə qayıdışı ilə zavod default vəziyyətindən çıxıb əvvəlki istehsal normasını bərpa edə biləcək.