Hazırda paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, adları qeyd olunan ərazilərdə sıxlıq səbəbindən müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var:
1. Üzeyir Hacıbəyli küçəsi – Mərkəz istiqamətində sıxlıq
2. Tbilisi prospekti – Hər iki  istiqamətdə sıxlıq
3. Ziya Bünyadov prospekti – 20 Yanvar dairəsi istiqamətdə sıxlıq
4. Ağa Neymətulla küçəsi – Heydər Əliyev prospekti kəsişməsindən sonra üzü Nərimanov m/st istiqamətində sıxlıq
5. Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti və Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq
6. Abdulvahab Salamzadə küçəsi  – Hər iki istiqamətdə  sıxlıq
7. Koroğlu Rəhimov küçəsi   – Hər iki istiqamətdə  sıxlıq
8. Bakı-Sumqayıt şossesi – Şamaxinka dairəsi və 20 Yanvar dairəsi istiqamətində sıxlıq
9.Heydər Əliyev prospekti şəhər mərkəzi istiqaməti kənar yol (bu hissədə hazırda 30-dan çox avtobus sıxlıqda qalıb).