YAP bu gün toplanır - Tam məxfi qurultay
5-03-2021, 10:18
89

YAP bu gün toplanır - Tam məxfi qurultay

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı bu gün səhər saatlarında partiyanın mərkəzi qərərgahında öz işinə başlayacaq.

Partiyadakı mənbədən "AzPolitika.info"-ya verilən məlumata görə, artıq bütün dəvətlilər koronavirus testindən keçirilib. Ali tədbirdə 200-ə yaxın YAP üzvünün, eyni zamanda partiyanın sədri, Prezident İlham Əliyevin də iştirak edəcəyi gözlənilir. 

Qeyd edək ki, hakim partiya qurultay barədə indiyə qədər heç bir məlumat yaymayıb. Partiyanın saytında da bununla bağlı informasiya yoxdur, təşkilatın sözçüsü Hüseyn Paşayev isə günlərdir zəngələrə cavab vermir.

YAP deputatlarının bəziləri qurultaydan xəbərsiz olduqlarını deyiblər. Əksər millət vəkilləri isə jurnalistlərlə kontakta girməkdən çəkiniblər. 

Məsələn, deputat Musa Quliyev deyib ki, onun qurultaydan xəbəri yoxdur, çünki dəvət etməyiblər.

Adının çəkilməsini istəməyən başqa bir deputat isə bildirir ki, qurultayın qəflətən və partiyanın bir qrup üzvündən xəbərsiz keçirilməsinin səbəbi YAP rəhbərliyində ciddi dəyişikliklərin planlaşdırılması ilə bağlıdır. 

Partiyanın İdarə Heyətinin, Siyasi Şurasının, Gənclər Birliyinin, habelə Qadınlar Şurasının və Mərkəzi İcra Aparatının xeyli üzvü vəzifələrindən kənarlaşdırılacaq. Onların yerini partiyanın aşağı strukturlarından irəli çəkilən nümayəndələr, eyni zamanda YAP-a yeni qoşulan siyasətçilər tutacaq.

Partiyanın icraçı katibi Əli Əhmədovun da postundan gedəcəyi, onu YAP Gənclər Birliyinin sədr müavini, deputat Ramin Məmmədovun əvəzləyəcəyi gözlənilir.

Bundan başqa YAP-ın nizamnaməsinə, proqramına da dəyişikliklər edilməsi gözlənilir.

"Hakim partiyada böyük dəyişikliklər gözlənilir, ondan narazı qalanlar, qarşı çıxanlar ola bilər. Bu da qurultayqabağı manipulyasiyalara, daxili narazılıqların ictimai müzakirəsinə rəvac verə bilərdi. Ona görə də qurultayla bağlı ictimaiyyətə geniş informasiyanın verilməməsi qərara alınıb. Bu qadağanı pozan partiya yetkilisi, deputat sərt qınaqla üzləşəcək" - deyə, mənbə vurğualyıb.

Mənbə daha sonra qeyd edib ki, qurultayın gündəliyi ancaq Təşkilat Komitəsinə məlumdur, iştirakçılara bu barədə hər hansı informasiya verilməyib.

"Yəqin ki, tədbir başlayanda gündəlikdəki məsələlər elan olunacaq. Kimlər gələcək, kimlər gedəcək, bu haqda bir söz deyə bilmərəm. Amma şəxsi fikrim budur ki, YAP fəallığını, çevikliyini, hərəkətliliyini daha da artırmalıdır. Köhnə təfəkkürlü insanlarla, köhnə metodlarla çox da uzağa getmək olmaz. 

Artıq yeni nəfəs, yeni ruh, fəal insanlar partiyanın rəhbər strukturlarında təmsil olunmalıdırlar. Bu zaman YAP daha da güclənmiş, möhkəmlənmiş olar. Təbii ki, YAP ölkənin ən böyük partiyasıdır və heç bir siyasi təşkilat onunla müqayisə belə oluna bilməz. Amma bununla belə, yenilənmək, dəyişmək, daha da güclənmək lazımdır”- deyə, o, sözlərinə əlavə edib.

Oxşar xəbərlər

YAP-ın gizli qərarı: bu həftə islahat qurultayı olacaq
Azərbaycanda bu partiyanın adı dəyişdirildi
Əli Əhmədov YAP-dakı vəzifəsindən uzaqlaşdırılacaq
YAP həbs edilən sabiq məmurlarla vidalaşır: “Hamısı partiyadan çıxarılacaq!”
Siyavuş Novruzov YAP-ın qərargahını TƏRK ETDİ
Moldovanın yeni prezidenti istefa verdi
Siyavuş Novruzovun boş qalan yerinə İlham Əliyev təqdimat verəcək - Açıqlama
Siyavuş Novruzovun istefası qəbul edildi RƏSMİ
Mirşahin YAP-ı tənqid etdi: “Hakim partiyanın passivliyi gözə girir”
Siyavuş Novruzovla bağlı YAP-dan açıqlama
Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
“YAP-a qayıtmaq üçün cəhd etmədim” - Gülər Əhmədova Hafiz Hacıyevi seçməyinin səbəbini AÇIQLADI
Daha bir partiya YAP-a birləşmək üçün müraciət etdi
YAP-ın "qocaman" üzvləri - Yaşı 70-dən çox olanlar
“Harınlamış məmurlara islahatlar təsir etmir”
Siyavuş Novruzov bir müddətliyə “qeybə çəkilib” - zənglərə cavab vermir
Ramiz Mehdiyev Elşad Abdullayevi niyə deputat seçdirmək istəyirdi?
Aydın Hüseynov Novruzovun digər vəzifəsini də tutacaq?
YAP 200 min manat yardım edəcək - Koronavirusla Mübarizəyə Dəstək Fonduna
“AXCP-nin qeydiyyata alınmasını tələb edirəm”
Şuşadakı məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı qoyacaq
İlham Əliyev Mevlüt Karakayanı qəbul edib
Ərdoğanın Azərbaycana səfəri başlayıb
“Düşmən nə edirsə etsin, Dağlıq Qarabağ Azərbaycanın olacaqdır” - Dövlət Bahçeli
Ermənistan müxalifəti xalqı küçələrə səslədi: “Bu satqın...“
Saakaşviliyə Gürcüstanda daha bir qadağa
Azərbaycanda 10 partiya bir araya gələ bilmədi - Səbəb koronavirusdur, yoxsa...
“Lider” TV-nin binası partiyalara VERİLDİ
AY Partiya Başqanı yanında Məsləhət Şurası yaradıldı
Sabir Rüstəmxanlı yeni müavinlər təyin etdi